(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
"Qəbələ" də olmasa...

"Qəbələ" də olmasa...

"Neftdən sonrakı caz şəhəri", fikrimcə, bir karikaturadan üstündür. Bakının fonunda ölkənin xaotik, taqətdən düşmüş halını təsvir eləyən müəllif saksafonçu obrazıyla mənzərəni mükəmməl göstərməyin nümunəsini yaradıb. Halımız metal rokdan sonrakı cazz kimidir? Qayıdacağıq bu məsələyə...

Qəbələyə Peşəkar Futbol Liqasının "bölgələrə səfər" layihəsi çərçivəsində getdik. 30-dan çox jurnalist yorğun postneft şəhərindən yola düzələndə saata baxdım - 10:45. Sanki əvvəl Qəbələ də daxil, bölgələrə daha tez, qıvraq tərpənərdi.. səfərin başlanması da mücərrəd bir yorğunluq içində əsnəyə-əsnəyə...
 
Azərbaycan futbolunun böyük bir "interşum zamanı"ndan qopub qulaq batıran sükunətə yan almasının bizi daşıyan "neoplan"ın qədərindən artıq səsi kəsirdi.. bir də media əhlinin breyn-rinqlə məşğul kəsiminin mübahisələri.
 
Mübahisəli, lakin qansız-qadasız gəlib çatdığımız Qəbələdə hava günəşli-buludlu-yorğun... Monotonluğa yalnız həmkrlardan birinin, "...bəs Qəbələnin hər yanında gur olan ərəb turistlər stadiona niyə gəlmir" zarafatı qarşı çıxdı. Və biz işə başladıq.

"Qəbələ" Futbol Akademiyası
 
Oyuna bir oyunun vaxtı qədər zaman qalıb. Həmkarm Elnur Həmidov və Anar şabanoğluyla birgə klubun akademiyasını yoluxmağa getdik. Bilirik ki, "Bakı" və "Xəzər Lənkəran"ın məhvi-nəbud olmasından sonra akademiyası ilə gözdə olan əsas klubumuz "Qəbələ"dir. Kənardan akademiya təsiri bağışlamayan (akademiyanın yataqxanası) binanın həyətinə daxil olanda Nazim adlı mühafizəçinin gülərüz və açığı, gözlənilməz etik-estetik salamlaşma-dəvət davranışından məmnunuq. Bizə necə kömək edə biləcəyini soruşanda yataqxananın köçürüləcəyi yeni bina ilə tanış olmaq istədiyimizi bildiririk. Dərhal tanış sima, vaxtilə bizdən - medianın içindən çıxıb, klubun akademiyasının direktorluğunadək irəliləyən Nail Kərimovla əlaqə saxlayır. 
 
İşlərin sıxlığından vaxtını qoparıb, təngnəfəs köməyini bizə yetirən Kərimovla birgə təmiri bitmək üzrə olan akademiyanın yeni yataqxanasına gedirik. 
 
Bu haqda hazırladığımız reportajda gördüyünüz kimi, yeni inzibati binada şərait idealdır. yaxın zamanda istifadəyə veriləcək məkanda futbolçu pöhrələrin qalması, yaşaması üçün demək olar, müasir həyat elementlərinin hər incə detalı nəzərə alınıb. 

Kərimovun dediyi həqiqətin kəsən - iti tərəfidir: "Ölkənin müxtəlif bölkələrindən 70-dən çox uşaq akademiyamızda futbolun sirlərini öyrənir. Onlar burda həm yaşayır, böyüyür, həm də cəmiyyətə hazırlanır. Qəbələnin futbol bölgəsi kimi tanınmaması bizə sirr deyil. Ancaq 2009-cu ildən başladığımız bu missiyanın uğurla davam etdiyini, bünövrənin qoyulduğunu deməyə əsasımız var. Bircə bunu ənənəyə çevirə bilsək..."
 
Elə məsələnin bu həssas məqamında "Qəbələ" - "Neftçi" matçına fokuslanaq...
 
Azarkeş üçün ideyalar istehsalı, hazırlanması və tətbiqi baxımından ən çox "Qəbələ"nin çalışdığıni etiraf edək. Hətta məktəblərdə belə klubun təbliğatı istiqamətində işlər görən bir klub və o effekti ala bilməyən prosesi düşünün... Komandanın ev oyunlarında stadiona gələn, dəstəyini əsirgəməyən qəbələlilərin heç 500 nəfəri keçməməsi möcüzənin tərs üzünə oxşayır. Hətta ötən il I Divizionun  "Mil-Muğan" - "Zaqatala" matçına daha çox azarkeş gəlmişdi.
 
"Qəbələ" Şimal bölgəsinin ölkə futbolunda yeganə təmsilçisidir. Bu amil belə məsələyə təsir eləmir. "Xəzər Lənkəran"ı xatırlayaq. Ev oyunlarına Lerikin ucqar dağ kəndlərindən, Astaradan, Masallı, Yardımlı, Cəlilabad, hətta Biləsuvardan belə gedənlər olurdu. "Xəzər Lənkəran" cənub regionunun təmsilçisi obrazında idi və klub bununçün heç bir təbliğat işi aparmamışdı. "Qəbələ" isə hətta bir aralar qonşu Qaxdan gəlmək istəyənlərçün nəqliyyat dəstəyi versə belə, iş o effekti vermədi ki, vermədi. 
 
"Qəbələ" -  "Neftçi" qarşılaşması çempionatın 3-4 dinamik, geniş məzmunu olan oyunlarından biridir. Niyə bir qəbələli, həm də bazar günü öz əyləncəsini məhz bu oyuna gəlməklə, komandaya dəstək verməklə qurmasın ki? 
 
"Qəbələ" də olmasa...
 
Azərbaycanda futbolun inkişafı haqda mühazirə hazırlasan, konspeksiyadan əziyyət çəkəcəyin mütləqdir. Bu prosesin əsaslarını izah eləməkçün nə maddi baza, nə müntəzəmlik amili, nə də rentabellik kimi əsas tələblərin hansı formada olmasına aid nümunələr göstərə, nəzəri izahlar verə bilərik. Sadəcə xaotik prosesdə müəyyən nəticələr ürəkaçan olub, ancaq xeyli də itkilər var və s. "Qəbələ" də bu prosesin içində qeyd elədiyimiz kiçik pozitivlik qrupuna aid nümunələrdəndi. Ancaq indidən xoş olmayan proqnozlar vermək olar. Bölgə futbolunun səhnədən yuvarlanıb düşdüyü bu ərəflərdə "Qəbələ"ni də yaxşı günlərin gözləmədiyini görürük, hiss edirik. Səbəb birdir və bunu dəfələrlə vurğulamışıq.
 
Futbolun inkişafını istəyiriksə, bu sahəyə yatırım eləyən iş adamları üçün mükəmməl proqram tərtib edilməlidir. Dövlət konkret imtiyazlar müəyyənləşdirməlidir. 
 
Prosesi gəlirgətirən etapa keçirtməkçün peşəkar layihələrin icrası AFFA-nın prioritetinə çevrilməlidir. Bir xətdən asılılıq prinsipi zərərlidir və bunun davamı, sonrası yoxdur. "Qəbələ" də süquta uğrasa, biz Azərbaycan futbolunun "fatihəsini verək"...

Futbolpress.az


 
tarix: 25-09-2017 16:06


 
Xəbər lenti
17.07.2018

14:52   “Neftçi” sabah yoxlama oyunu keçirəcək

14:40   “Barselona”dan rekord gəlir

14:32   Laqeyd olduğumuz “Qarabağ”

14:11   “Sabah” yeni transferini rəsmən açıqladı - FOTO

14:06   Qriqorçuk “Qəbələ”nin mərhələ keçəcəyinə inanır

14:01   “Sabah” da Türkiyə toplanışına start verdi

13:52   “Neftçi” müraciət etdi

13:41   “O zərbə qol olsaydı, mən də karyeramı bitirməliydim, qapıçı da”

13:35   İsmayılovun jurnalistlərlə görüş vaxtı açıqlandı

13:29   “Kintana çox təhlükəli futbolçudu” - Qayiç

12:33   MY-dən “Ayaks”a 20 milyon avroluq transfer

11:45   “Valensiya”dan “Xetafe”yə

11:22   Kaseres rəsmən La Liqa klubunda

11:00   “eTopaz”da günün canlı oyunları

10:41   Rakitiç bu mövsüm hamını qabaqladı

10:32   Super Liqa klubu yeni hücumçu aldı - FOTO

10:19   “TOPAZ”DA BU GÜN

09:58   Maksimov məğlub kimi getdi: səhvləri rəhbərliyə onu qovmaq imkanı yaratdı

09:44   “Yuventus” Ronaldonu təqdim etdi: “Burada da iz buraxmaq istəyirəm”

09:38   “Neftçi”nin rəqibində qarşıdurma: “Rəhbərlik müflis olduğunu bildirir”

09:32   “Qarabağ”dan Polşa klubuna

09:30   Avroliqada ilk qaliblər bəlli olur - YENİLƏNİR

09:00   ÇL-də 1-ci təsnifat mərhələsi həyəcanı davam edir - YENİLƏNİR

00:02   “Sumqayıt” Boluda ilk məşqinə çıxdı

16.07.2018

23:35  “Sumqayıt” artıq Boludadı - VİDEO

23:16  “Neftçi” “Uypeşt”lə cavab matçına bir itki ilə hazırlaşır

22:28  “Keşlə”dən Yuri Maksimov açıqlaması - RƏSMİ

21:06  “Qarabağ” - “Olimpiya” matçına nə qədər bilet satılıb?

18:30  Maksimov “Keşlə”dən getdi

17:14  “Qarabağ” - “Olimpiya”: Mətbuat konfranslarının vaxtı açıqlandı

16:38  “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

16:00  Millidə debüt etmədən dünya çempionu oldu, tarixə düşdü

15:40  A Seriyası klubundan yeni transfer - FOTO

15:25  “Qarabağ”dan abituriyentlərə jest

14:49  Danimarka yığmasının üzvü Premyer Liqa klubunda

14:35  “Çelsi”nin yetirməsi La Liqa klubunda

14:00  “Borussiya”dan Premyer Liqa klubuna

13:42  Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32  “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17  “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06  Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50  Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36  Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19  Çempiona 38 milyon dollarlıq mükafat

11:54  Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30  “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21  Mandzukiç tarixə düşdü

11:11  “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  Kurtua fəxr edir

10:40  Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33  “Finalda belə penalti təyin etmirlər”

10:21  Argentina və Uruqvaya çatdı - Fransa

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az