(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

15 faizlik büdcə, lazımsız İcraiyyə Komitəsi və susdurulan Əbilov

15 faizlik büdcə, lazımsız İcraiyyə Komitəsi və susdurulan Əbilov

I divizionla bağlı bütün suallara bir gün ərzində son qoyuldu. Gün başlayan kimi AFFA-nın Apellyasiya Tribunalı yarışa buraxılmamalarından şikayət edən “Bakılı” və “Şahdağ”a növbəti dəfə rədd cavabı verdi, ardınca yeni mövsümün püşkü atıldı.
 
“İldırımsürətli hücum” elə reallaşdı ki, inciklərin buna etiraz etməyə də vaxtı olmadı. Hər şeyə qısa zaman kəsiyində qərar verildi, hətta start günü də müəyyənləşdi: oktyabrın 3-də yeni mövsüm start götürəcək.
 
16 dəqiqə gecikmə ilə başlayan püşkatma mərasiminin əvvəli qəribə alındı. Əslində, bu tədbirə kimi yeni mövsümlə bağlı bütün suallara aydınlıq gəlməliydi və gəlmişdi də. Lakin iştirakçı komandaların rəsmiləri növbəti dəfə polemikanı lazım bildi.
 
10 komandanın 3 dövrədə mübarizə aparması elan ediləndən sonra bu yeniliyi qəbul etmək istəməyənlər oldu. Lakin heç kim alternativ variant təklif edə bilmədi. İndiyədək tək sayda dövrə olan yarış təşkil edilmədiyindən, əvvəlcə klub rəsmiləri bunu qəbul etmək istəmədi. Çünki bütün cütlərdə komandalardan biri digərinə bir dəfə artıq qonaq gedəcək. Amma indiki halda bu,məcburiyyətdən atılan addımdı. 2 dövrə az, 4 dövrə həddindən artıq çox oyun keçirilməsi deməkdi – ona görə bir az qeyri-adi görünən 3 rəqəmi məqbul bilindi.
 
Klub rəsmiləri nəhayət ki, razı salındı. Halbuki müzakirə konfrans zalında açılmamalı, daha öncədən bilinməliydi. İstənilən halda, püşkdən asılı olaraq, ilk turda meydan sahibi olanlar səfər oyunlarının azlığına görə (14-13) kiçik üstünlük qazandı. Amma məhdud büdcə üzündən səfərdə çox oynamaqdan ehtiyat edən klubların hansının daha çox əziyyət çəkəcəyi təqvim tam açıqlanandan sonra bəlli olacaq.
 
Maraqlıdı ki, Peşəkar Futbol Liqasının (PFL) prezidenti Ramin Musayev klub nümayəndələrini narazılığını maddi məsələylə bağlı verdiyi vədlə aldı. O, bütün klubların sponsorları ilə danışdığını, büdcələrə 15 faizlik əlavə ediləcəyini dedi. Klubların əksəriyyətinin SOCAR tərəfindən maliyyələşdiyini nəzərə alsaq, məbləğin necə artırılacağı bəllidi.
 
Yeni mövsümdə komandalar meydana eyni vaxtda maksimum 2 legioner buraxa biləcək. Qalan 9 oyunçudan isə minimum üçü 1996-cı il təvəllüdlü və ya daha gənc olmalıdı.
 
Musayev çıxışında ötən mövsüm danışılmış oyunlarla bağlı yaranan qalmaqala da toxundu. O, növbəti dəfə ölkəmizin adının qara siyahıya düşəcəyi təqdirdə avrokuboklarda bir yeri itirməyimizin qaçılmaz olduğunu vurğuladı. Prezident klub nümayəndələrinə xəbərdarlıq etdi ki, bu səbəbdən qara əməllərə qarşı mübarizədə amansız olacaqlar. Hər oyuna xüsusi nümayəndələr göndəriləcək, şübhə doğuran məqamlar hüquq-mühafizə orqanlarında araşdırılacaq.
 
Musayevin “Bakılı”nın çemionatdan uzaqlaşdırılması ilə bağlı dedikləri də maraqlıydı. O, klub prezidenti Misir Əbilovun məktubla müraciət etdiyini dedi: “Əbilov səbəb kimi ölkə xaricində olduğunu göstərib. Dedi ki, özüm burada olmayacamsa, çempionatda iştirak etmək istəmirəm”.
 
Xatırladaq ki, Əbilov püşkatma mərasimindən öncə AFFA-daydı və çempionata buraxılmamalarından narazılığını bildirirdi. Görünür, ona ötən mövsüm komandasının adının danışılmış oyunlarda hallanması ilə bağlı ciddi faktlar göstərilib, üstəlik, imzası ilə gülünc bəhanəli rəsmi məktub da alınıb. Əbilov ölkədən gedirsə və özü olmadığı üçün komandanın çıxışını dayandırırsa, o zaman niyə apellyasiya şikayəti vermişdi? Yəqin ki, bu sualın cavabı bir neçə ildən sonra veriləcək, lakin o zaman Misir bəyin açıqlamaları heç kimə lazım olmayacaq. Əsas odur ki, daim oyunları şübhəli olan bu komanda daha başımızı ağrıtmayacaq.
 
Ramin Musayevin növbəti mövsüm haqda açıqlaması daha çox populizm yüklü idi: “Növbəti mövsümdə elitaya 4 klub çıxacaq və Premyer Liqada 12 komanda iştirak edəcək. Nəticədən və imkanından asılı olaraq, komandalar Premyer Liqada iştirak edə biləcək”.
 
Əslində, bu, həm də elitanı heç kimin tərk etməyəcəyi deməkdi. İcraiyyə Komitəsinin qərarı olmadan belə açıqlama nə dərəcədə məqsədəuyğundu? Qoy, bu barədə AFFA rəhbərliyi və 7 aydı İK-nı yığa bilməyən baş katib Elxan Məmmədov danışsın.
 
Püşkdən əvvəl ilk dövrəylə 3-cü dövrənin təqviminin eyni olacağını bilən klub nümayəndələrinin hamısı ilk turda ev sahibi olmağı arzulayırdı. Amma püşk yalnız 5 komandanın üzünə güldü. Nəbiyev qardaşlarından isə yalnız biri sevindi. “Turan Tovuz”un icraçı direktoru Nadir bəy “Şüvəlan”ın baş məşqçisi olan qardaşı Aqili 2 dəfə doğma rayonda qəbul edəcək. Təqvim açıqlanandan sonra bəlli olsa ki, şüvəlanlılar Tovuza, Zaqatalaya, Ağsuya və İmişliyə 2 dəfə getməli olacaq, o zaman daha məyus görünəcəklər. Ümid edirik, klubların qrafikində aşkar bərabərsizlik yaranmayacaq.
 
“Forvard” firmasının istehsal etdiyi “Foster” topları ilə oynanacaq yeni mövsümün yayım məsələsi də sual altındadı. Musayev bizimlə söhbətdə bu məsələnin dəqiqləşmədiyini bildirdi. “Çox güman ki, ən maraqlı oyunları yayımlamaq üçün “CBC-Sport”a müraciət edəcəm” deyən Ramin bəy bu baxımdan ciddi problemlərin olduğunu etiraf etdi. Onu da boynuna aldı ki, bu məsələlər xahişlə yox, müqaviləylə tənzimlənməlidi. Amma...
 
CAVAD

 
tarix: 25-09-2017 16:46


 
Xəbər lenti
24.10.2017

14:50   Bir oyun canlı yayımda

14:35   Birinci Divizionda 5-ci turun oyun cədvəli

14:06   Üç oldular, Qurban bəy!

13:22   "Böyük kapitan"ın həyat kitabı: Embarqoyla başlayan uzun yol...

13:00   Dmitri Nazarova ağır cəza

12:41   “Zirə” - “İnter” matçının hakim təyinatları açıqlandı

12:23   “eTopaz”da günün canlı oyunları

12:06   “TOPAZ”DA BU GÜN

11:44   4-cü turun hakim təyinatları açıqlandı

11:20   Sadıqovla Prosineçki kmə səs verib?

11:05   Elnur Eyvazov: “Bu, tam başqa - əsl “Neftçi”di!”

10:05   Fərid Nəbiyev oynadı, “Slaviya” yenə uduzdu

09:04   Emin 90 dəqiqə oynadı, “Kalmar” uduzdu

01:38   Fransa klubu baş məşqçisini qovdu

01:18   "Deportivo" uduzdu, "Real Sosyedad" xal itirdi

01:09   "Beşiktaş" doğma meydanda xal itirdi

00:55   “Qızıl oğlan” mükafatı ona verildi

00:15   Qadın futbolunda da ən yaxşılar müəyyənləşdi

00:09   İlin ən yaxşı futbolçusu – Ronaldo!

23.10.2017

23:58  FİFA 2017-ci ilin simvolik komandasını açıqladı - FOTO

23:46  İlin feyr-pley mükafatı ona verildi - VİDEO

23:38  İlin ən yaxşı fanatları onlar seçildi

23:33  2017-ci ilin ən yaxşı qapıçısı - Buffon

23:25  2017-ci ilin ən yaxşı məşqçisi bəlli oldu

23:15  2017-ci ilin ən yaxşı qolu seçildi - VİDEO

22:46  “Qəbələ”ni dayandıran tapıldı

22:24  AFFA Argentina millisi ilə oyundan imtina etdi

18:45  Çempionlar Liqasında 3-cü turun ən gözəl qolu - VİDEO

18:11  Kuba Ensiklopediyasında "Qarabağ" haqda məqalə

17:50  Nazarov meydandan buna görə qovulub - VİDEO

17:31  Məhv edilmiş sabah: müəllimini göstər, deyim “kimsən?”

17:10  Ronald Kuman qovuldu

16:53  9 liqada 7118 futbolçu meydana çıxıb

16:38  Millimizin seçmə mərhələ üçün heyəti açıqlandı

15:46  “Qarabağ” “Qəbələ”yə belə məğlub oldu - FOTOLAR

14:50  Super Liqa klubu baş məşqçisini qovdu

14:14  Rauf Əliyevin Albaniyada növbəti qolu - VİDEO

13:41  Millimizə İspaniya və İsveç klublarından futbolçular dəvət olundu

13:30  Məhv edilmiş sabah: yığma 10 il öncə yetişənlərin ümidinə qalıb

13:26  “Neftçi” bunu sonuncu dəfə 2014-cü ildə görmüşdü

13:14  Liderlərin məğlubiyyətsizliyinə son

13:02  Topaz Premyer Liqasında iki rekord

12:34  “eTopaz”da günün canlı oyunları

12:18  Qurban Qurbanova gizli məktub

12:05  “TOPAZ”DA BU GÜN

11:55  “Qəbələ” rəhbərliyi gəldi, amma danışmadı

11:46  Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

11:37  Hakim səhvi Premyer Liqada intriqanı geri qaytardı

11:27  Bir oyun canlı yayımda

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az