(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
10 ilin nəticəsi: yerində addımla marş!

10 ilin nəticəsi: yerində addımla marş!

Hay-küy, vay-şivən, hiss-həyəcan... Amma reallıq sonda görünəndi. Millimiz yenə doğma 5-ci pillədədi və bu, maksimum nəticəmizdi.
 
İndi yola “Niyə də yox?!” şüarıyla çıxanlar hesabat versin. Şüarla, hay-küylə 1-2 oyun udmaq olar, böyük hədəflərə çatmaq üçün potensial yoxdusa, ümidlənmək belə qəbahətdi.
 
AFFA-nın indiki rəhbərliyinin hesabat verməsi lazımdı. 10 il ərzində xərclənən yüzmilyonların nəticəsi 5-ci pillə olmamalıdı. Ayına 100 min avro maaş alan baş məşqçin varsa, deməli, buna uyğun futbolçun, potensialın da olmalıdı. Belə kadr ehtiyatın yoxdursa, məşqçiyə sərvət paylamağın mənasızdı, çünki milyonlar sənə millinin nəticələrini yaxşılaşdırmağa imkan verməyəcək. O pullar Robert Prosineçkiyə yox, gələcək nəsillərin hazırlanmasına, bünövrəyə, uşaq futboluna xərclənməlidi. Həm də daha diqqətlə...
 
Xorvat məşqçi oyunçu seçimində, heyətin qurulmasında 1-2 səhv edə bilər, lakin aşağı-yuxarı eyni səviyyədə olan futbolçularla bundan artığı mümkün deyil. 10 xal toplamışıqsa, bu, özü də təsadüfdü, San Marinonun hədiyyəsidi, real gücün əksi deyil.
 
Rəşad Sadıqov milli karyerasını başa vurdu və faktiki Almaniya ilə matçda meydana buraxmağa mərkəz müdafiəçimiz yoxdu. Ölkə futbolunun reallığı, 10 ildi Azərbaycan futboluna rəhbərlik edənlərin “xidmət”i bundan ibarətdi. Topçiləmə festivallarıyla futbol inkişaf etdirilmir.
 
Çexiya ilə dünənki matç göstərdi ki, millimizin oyununda, nəticələrdə heç bir inkişaf yoxdu. Layiq olduğumuz məğlubiyyəti aldıq. Prosineçkinin bir neçə oyunçu ilə bağlı seçimlərini alqışlamırdıq və Cavid Hüseynov, Ruslan Kurbanov, Maqomed Mirzabekov, Rahid Əmirquliyev yanılmadığımızı göstərdi. Düzdü, 1 aydı futbol oynamayan Əfran İsmayılov istedadı, fərdi keyfiyyətləri hesabına bizi təəccübləndirdi, qeyri-sabit Kamran Ağayev bu dəfə ən yaxşılardan biri oldu, amma reallıq budur ki, futbolçu potensialımız çox kasaddı.
 
Millinin oyununda “Qarabağ” üslubu aşkar seçilirdi. Ağdam klubunun bütün oyunçuları ən yaxşılar idi, ansamblı Mirzabekov, Kurbanov, Cavid Hüseynov pozurdu. “Neftçi”, “İnter” və başqaları miskin duruma düşməsəydi, layiqli gənc nəsil yetişdirilsəydi, rəqabət olsaydı, daha güclü milli komanda görərdik. Amma AFFA rəhbərliyi 10 ildi papağını günə verib, futbolu deyil, şəxsi büdcələrini inkişaf etdirib, ortaya real iş qoymayıb.
 
“Qarabağ”, “Qəbələ” kimi müstəqil klublar olmasaydı, yəqin ki, ölkə futbolu çoxdan sıradan çıxmışdı. Xüsusilə ağdamlıların ayaqda qalması, klub rəhbərliyinin real iş görməsinə görə hələ də Azərbaycan futbolundan danışa bilirik. “Roma” ilə Çempionlar Liqası matçına gələn azarkeş sayı ilə dünənki milli matçı müqayisə etmək belə yersizdi. Halbuki bizdə milli həmişə daha çox dəstək görürdü. Deməli, AFFA rəhbərliyi doğru yolda deyil, düzgün işlər görmür, bacarıqsız, səriştəsizdilər.
 
Əslində, bu reallığı artıq hamı dərk edir və yəqin ki, Kayzerslauterndəki matçdan sonra AFFA-dan da hesabat istəniləcək. Hər il dövlət büdcəsindən 100 milyon manata yaxın vəsait xərclənir, lakin nəticələr 10-15 il əvvəlki kimidi, yerimizdə addımlayırıq. Maliyyə 40-50 dəfə (!) artıb, amma biz yenə də qrupun autsayderiyik. Artıq dövlətin futbol təsərrüfatını idarə edənlərə qulaqburma verməsi zamanıdı.
 
Ortada uğur etalonu olan “Qarabağ” nümunəsi var. Zəhmətin, düzgünlüyün, səriştənin, bacarığın, saf niyyətin və qazanılan uğurun nümunəsi...
 
FƏRİD

 
tarix: 06-10-2017 08:50


 
Xəbər lenti
16.12.2017

19:53   Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi

18:00   Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37   “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36   Fransa klubu baş məşqçisini qovdu

15:28   FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36   “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59   “Qəbələ”də yeni müqavilə

13:42   “Kəpəz”də baş məşqçi istefaları

13:39   “Neftçi” legioneri ilə yolları ayırdı

13:16   Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02   Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01   BOM-da təqdimat - FOTOLAR

11:46   “eTopaz”da günün canlı oyunları

11:22   “TOPAZ”DA BU GÜN

11:08   Nazim Süleymanov yenidən “Alaniya”da

10:05   Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08   “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56   La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30   “Borussiya”dan inamlı qələbə - VİDEO

15.12.2017

23:35  Ölkə kubokunda böyük sensasiya - FOTOLAR

23:07  “Qəbələ” yarımfinala belə yüksəldi - FOTOLAR

22:25  “Qarabağ” kubokdan belə kənarlaşdırıldı - VİDEO

21:59  “Qarabağ”ın məğlubiyyəti, yoxsa “Sumqayıt”ın qələbəsi?

21:55  Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”

21:40  “Bundan sonra kubok daha maraqlı olacaq"

21:36  “Büdcəmizdə qırmızı işıq yanır”

21:10  Azərbaycan Kuboku: Yarımfinalçılar müəyyənləşdi

20:55  “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı

19:03  “Qəbələ” “Səbail” səddini belə keçdi - VİDEO

18:50  “Səbail” üç legionerini yola salır

18:27  Samir Əliyev: “Belə rəqiblərlə eyni səviyyədə mübarizə aparmağa hazır deyilik”

18:09  Roman Qriqorçuk: “Tətilə xoş hisslərlə gedirik”

17:35  Türkiyə klubu Popoviçlə yollarını ayırdı

17:00  Pro kursunun 5-ci modulu başa çatdı - FOTOLAR

16:12  MOİK 3 futbolçunu transferə çıxardı

15:51  “Zirə”nin qış hazırlıq planı açıqlandı

15:25  “Zirə”də ilk rəsmi ayrılıq

15:10  “Neftçi”nin hazırlıq planı rəsmən açıqlandı

14:55  Region Liqası: 1-ci turun təqvimi açıqlandı

14:29  Rəşad Sadıqov Françesko Totti ilə bir arada - FOTO

14:01  Riad Rəfiyevin futbol imperiyası

13:07  Millimizin Dubaya gedəcək heyəti açıqlandı

12:52  “Keşlə” yubanmamalıdı!

12:44  “Azərbaycan çempionatında çəkindiyim hücumçu yoxdu”

12:30  “Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi

12:24  Döyüşlə qazanılan qələbə

11:45  UEFA-dan məktub gəldi: Gəncədəki feyr-pley nümunəsinə görə

11:25  “Neftçi” kapitansız qaldı

11:04  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az