(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Sadıqova yaraşmayan vida

Sadıqova yaraşmayan vida

Rəşad Sadıqov milli komanda ilə vidalaşdı. Ayaqları sözünə baxmadı və özünə hörmət qoyaraq, fitə basılmadan, şərəflə getdi. Qışa, uzağı yaya kimi onu yalnız “Qarabağ” formasında izləyəcəyik və son illər yetişdirdiyimiz ən istedadlı oyunçulardan biri meydanlara birdəfəlik vida edəcək.
 
Sadıqovu heç vaxt superistedad saymamışam. Belə bacarığı olsaydı, Avropada özünü isbatlayar, uzunmüddətli legioner karyerası yaşayar, transfer qiyməti milyonlarla ölçülərdi. Amma Azərbaycan səviyyəsində Rəşad son illərin ən yaxşısıdı və o, SSRİ dövründən qalma məktəbin yetirməsidi, canında “sovet yağı” var. Bünövrəsi yaxşı olduğundan bu yaşa kimi yüksək səviyyədə oynadı, millidə ən çox xal yığan heyətin kapitanı, tarixi uğurlara imza atan “Qarabağ”ın lideri oldu.
 
Təkcə bu faktlar kifayət edirdi ki, Rəşad millidən layiqincə yola salınsın. Lakin Çexiyaya qarşı dünənki oyun Sadıqovun vida matçına oxşamadı. Kapitan adi yoxlama oyununa çıxıbmış kimi oynadı, xüsusi diqqət görmədi. AFFA onun üçün heç bir sürpriz hazırlamadı, məşqçi oyun zamanı onu əvəzləyib alqışlatmadı, hətta penaltini vurmağı da ona çox gördü.
 
Son oyunda xal qazanmaq Rəşada ən böyük hədiyyə olardı. Komanda yoldaşlarının bunu bacarmaması azmış kimi, onu çiyinlərində meydandan çıxarmağı, kapitanı kövrəlməyə məcbur etmələrini də görmədik. 111 oyunluq xidmətin qarşılığı kiçik bir xatirə hədiyyəsi olmamalıydı. Azarkeşlərlə bağlı təşkilati işlər də sıfır səviyyəsində idi – Rəşad alqışa da layiq bilinmədi.
 
Təbii ki, Rəşadın əsl vidası “Qarabağ”da olacaq və ona qiymətini verəcəklər. Amma millidəki bu soyuq münasibəti kapitan bağışlamayacaq. Hər nə qədər kinli adam olmasa da, illərlə yığdığı qəzəbi mütləq nəvaxtsa büruzə verəcək.
 
Rəşadın futbolçu kimi səviyyəsi öz yerində, amma o, əsl lider idi. “Qarabağ”ın bugünkü uğurlarında klub rəhbərliyinin, baş məşqçi Qurban Qurbanovun yanında Sadıqovun da müstəsna payı var. Hamını bir amal ətrafında birləşdimək bacarığı olan “14 nömrə” ağdamlıların ölkə futbolundakı hegemonluğunda açar isimlərdəndi.
 
Rəşad ölkə prezidentinin də sevimlisidi. “Qarabağ”ı qəbul edən zaman İlham Əliyev çıxışında onun qiymətini verdi. Hamı anladı ki, ona bundan sonrakı fəaliyyətində də böyük ümidlər, gözləntilər var. Ya baş məşqçi, ya idarəçi kimi Sadıqov hələ uzun illər ölkə futbolunda əsas simalardan olacaq.
 
Rəşadın adının Robert Prosineçkiyə xələf kimi çəkilməsi təsadüfi deyil. Heç onun “Neftçi”ni təhvil alacağıyla bağlı deyilənlər də heç nədən ortaya çıxmayıb. Hamı Sadıqovun nüfuzundan öz məqsədi üçün istifadə etmək, onun arxasında kölgələnmək istəyir. Hətta kimərsə hansısa uğursuz layihədə onun imicini korlamağın, zərərsizləşdirməyin də əleyhinə deyil. Çünki “14 nömrə” çox böyük fiqurdu, onun qarşısında olmaq yanında olmaqdan daha təhlükəlidi.
 
Rəşad yenə lider kimi qalacaq, aparıcı klublarımızın, millinin məşqçisi, rəhbəri, hətta nəvaxtsa AFFA prezidenti də olacaq. Həm xarakteri, həm bacarığı buna imkan verir. Lakin meydanda zədələrdən qorunmağa çalışan kapitan indi daha ehtiyatlı oynamalı, düzgün mövqe seçməli, əla taktika qurmalı, zərbəni vaxtında endirməlidi. Avtoqol məğlubiyyətlə nəticələnə bilər.
 
Sadıqov dünənki layiq olmadığı vidanın əvəzini mütləq çıxacaq. Amma kinlə, ədavətlə yox, daha ağıllı, daha düşünülmüş hərəkətləri ilə. Uğurlar kapitan, OYUNda yeni mərhələyə xoş gəldin, top səndədi...
 
CAVAD

 
tarix: 06-10-2017 09:31


 
Xəbər lenti
19.08.2018

12:00   Millimizin forvardı üçün 19 dəqiqə və 3 xal

11:31   Millimizin futbolçusu qələbəni kənardan izlədi

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Mövsümün ilk matçında 6 dəqiqə oynadı - Millimizin üzvü

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Paşayevin klubundan ilk məğlubiyyət

09:00   “Neftçi” “Qəbələ”yə, “Sabah” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:10   “Barselona” qələbə ilə başladı

01:45   “Monako” büdrədi, PSJ qalib gəldi

01:30   “Neftçi”nin zədəlilərindən biri sıraya döndü

01:14   London derbisində “Çelsi” sevindi

01:00   İtaliya çempionatı da başladı

00:43   “Fənərbaxça” uduzdu

00:25   Dadaşov Portuqaliyada qol hesabını açdı, qovuldu

18.08.2018

23:55  Ayxan Abbasov: “Bir səhvi böyütmək olmaz”

23:46  Mladen Milinkoviç: “Bəzi məcburi dəyişikliklər etməli oldum”

23:30  Paytaxt derbisində 4 qol - VİDEO

23:15  Arif Əsədov: “Ən gözəl hədiyyə elə budu”

22:25  “Qarabağ” qələbə, “Zirə” heç-heçə ilə başladı

21:30  “Səbail” “Qarabağ”a da uduzdu - VİDEO

21:15  “Səbail”in baş məşqçisi: “Təqvim bizim üçün uğursuzdu”

21:04  Qurban Qurbanov: “Rəşad Sadıqovun nə gücü tükənib, nə də zəifləyib”

19:36  Futbolçularımızın klubu 3 xalı 3 qolla qazandı

18:55  Rüfət Dadaşov üçün 17 dəqiqə və 3 xal

18:01  “Zirə”nin Premyer Liqada 4-cü startı

17:34  Mbia yenidən Fransa klubunda

17:01  Fransada klub dəyişdi

16:35  “Torino”dan son gündə 3 rəsmi transfer - FOTO

16:03  Kamerun yığmasının üzvü La Liqa klubunda

15:34  Bundesliqa klubu milli üzvü ilə gücləndi

15:05  “Şerif” - “Qarabağ” oyunu avstriyalı hakimlərə həvalə olundu

14:31  “Napoli”nin futbolçusu “Sampdoriya”da

14:00  Rəhbərliyi tənqid edən baş məşqçiyə şok cəza

13:30  “Liverpul”un futbolçusu A Seriyası klubunda

13:11  David Ospina rəsmən “Napoli”də

13:00  Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

12:43  Litva yığmasının üzvü “Keşlə”də - RƏSMİ

12:25  Donald Gerrye: “Yaxşı start “Qarabağ” üçün çox vacibdi”

12:04  Bordin: “Neftçi”ni layiq olduğu yerə qaytarmalıyıq” - VİDEO

11:23  Millimizin üzvü ilk oyunda şans qazanmadı

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  “Keşlə” yenə qarışıb

10:32  “Traktorsazi”dən ilk qələbə

10:21  İtaliya klubu Salih Uçanı təqdim etdi - FOTO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az