(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
DÇ qəhrəmanı - Əfran İsmayılov

DÇ qəhrəmanı - Əfran İsmayılov

Futbol üzrə Azərbaycan millisi seçmə mərhələlərdə 7-ci dəfə penalti şansı qazanıb. 

Futbolinfo.az “Apasport”a istinadən xəbər verir ki, bu hadisə DÇ-2018-in seçmə mərhələsinin Çexiya ilə Bakıdakı görüşünə təsadüf edib. Yığmamız 1:2 hesabı ilə uduzduğu qarşılaşmada rəqib qapısına 11 metrlik zərbədən yol tapıb. Əfran İsmayılov bu imkandan dəqiq istifadə edib.

Bunadək yığmamız seçmə oyunlarında 6 belə şans qazanmışdı. Nazim Süleymanov 2, Qurban Qurbanov, Mahir Şükürov və Vadim Vasilyev hərəyə 1 imkanı qola çeviribsə, Kamal Quliyev şansı qaçırnışdı. Bununla da yığmamız 7 zərbədən 6-da dəqiq olub. Penaltidən istifadə faizi 85,7-yə bərabərdi.

Əfran İsmayılov bu qol sayəsində həm də Azərbaycan milli komandasının tarixinə düşüb. O, cari tsikldə qol sayını 3-ə çatdırıb. Bununla da Əfran dünya çempionatlarının bir seçmə tsiklində ən çox qol vuran azərbaycanlı futbolçu adına yiyələnib. İndiyədək DÇ-lər tarixində heç bir oyunçumuz seçmə mərhələdə 3 qol vurmamışdı.

Ümumiyyətlə isə yığmamızın tarixində 3-cü dəfə bir oyunçu tsikli 3 qolla bitirib. Lakin Qurban Qurbanov AÇ-2004-də, Dmitri Nazarov AÇ-2016-da bunu gerçəkləşdirmişdi. Ümumi rekordu təkrarlayıb, buna nail olan 3-cü futbolçu olan İsmayılov DÇ-lərdə mütləq rekordçumuza çevrilib. Qeyd edək ki, Əfran ilk iki topunu ötən ay keçirilən San Marino ilə qarşılaşmada vurmuşdu.

Azərbaycan millisinin bombardirləri siyahısında da dəyişiklik baş verib. Əfran həm də yığmada 5 və daha çox top vuranlar siyahısına daxil olub. O, buna nail olan 13-cü futbolçudu. Əfran 5 qolla bombardirlər siyahısında 8-ci yerə şərik çıxıb. Onun şərikləri arasında millinin kapitanı Rəşad Sadıqov, Vyaçeslav Lıçkin, Vidadi Rzayev, Fərrux İsmayilov və Nazim Süleymanov var.

Qeyd edək ki, bombardirlər siyahısında 14 dəfə fərqlənən Qurban Qurbanov başçılıq edir.

Yeri gəlmişkən, Rəşad Sadıqov seçmə mərhələlərdə 60-cı oyununu keçirib. Çexiya ilə oyun Azərbaycan millisinin kapitanının dünya və Avropa çempionatları yolunda yubiley matçı olub.
 
Yığma ilə 1:2 hesablı məğlubiyyət, həmçinin ümumilikdə keçirdiyi 111 matçlıq rekordla ayrılan müdafiəçi seçmə oyunların sayında da hamıdan öndədi. 
 
Seçmə oyunlarda ən çox oyun keçirən futbolçular arasında 5-ci yerə daha bir şərik çıxıb. Rahid Əmirquliyev 35 belə matç keçirən “üçlüy”ə qoşulub.

Qeyd edək ki, Rəşadın ən yaxın izləyicisi Kamran Ağayev kapitandan 13 oyun geri qalır.


 
tarix: 06-10-2017 10:04


 
Xəbər lenti
25.02.2018

16:00   “Keşlə” “Sumqayıt”a cavab verdi - YENİLƏNİR

15:04   “İnter Arena”da 1 dəqiqəlik sükut

14:49   Müəllimləri istismar edən icra başçısının öz qohumları haradadı?

12:54   Aqibəti Antalyada müəyyənləşən “Neftçi”

11:33   “Duysburq” Eratsız qalib gəldi

11:09   “eTopaz”da günün canlı oyunları

10:50   Millimizin sabiq üzvü üçün 90 dəqiqə

10:26   Nəsirovsuz “Sportinq” yenə xal itirdi

10:00   “TOPAZ”DA BU GÜN

09:24   Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal

03:30   “Səbail”dən “Qəbələ”yə ağır zərbə - FOTOLAR

02:29   Çempion 3 qol vurub, 1 xal qazandı - VİDEO

02:08   “İnter”dən inamlı qələbə - VİDEOLAR

01:53   “Barselona” 6, “Real” 4 qolla qalib gəldi - VİDEOLAR

01:27   “Liverpul”dan darmadağın - VİDEOLAR

00:59   “Bavariya” xal itirdi - VİDEOLAR

00:17   “Trabzonspor”dan səfər qələbəsi

24.02.2018

23:50  Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal

22:25  “Neftçi”nin “Zirə” ilə heç-heçəsi - FOTOLAR

22:18  Bombardirlərin yarışında fərq azaldı

21:36  “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”

21:26  Tərlan Əhmədov: “Gələcəyə ümid var”

20:45  Paytaxt derbisində hərəyə 1 qol, 1 xal - VİDEO

19:58  “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

18:59  “Səbail” “Qəbələ”ni belə məğlub etdi - VİDEO

18:41  “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə

18:32  Samir Əliyev: “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq”

18:19  Roman Qriqorçuk: “Bunu gözləmirdim”

17:18  “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

16:16  “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü

14:49  AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi

13:03  “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu

12:16  “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”

11:40  Xidməti müqavilələr, şəxsiyyət vəsiqəsi olmadan alınan xarici pasportlar…

11:04  “eTopaz”da günün canlı oyunları

10:07  3,6 milyonu yeyən adamın yalanları

09:47  “TOPAZ”DA BU GÜN

09:34  Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi

02:04  Autsayderlərin duelində heç-heçə - VİDEO

01:56  Qolsuz başlanğıc - VİDEO

01:49  “Maynts”la “Volfsburq”dan heç-heçə - VİDEO

00:52  Təbriz klubu darmadağına üzüldü

00:01  Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az