(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Yan Kopiç: “Bakıda şübhəli penalti ilə cəzalandıq”

Yan Kopiç: “Bakıda şübhəli penalti ilə cəzalandıq”

Çexiya millisinin futbolçusu Yan Kopiç ölkəsinin mətbuatına müsahibə verib.

Futbolinfo.az xəbər verir ki, DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycanla səfər oyununda 2:1 hesablı qələbədə qolla pay sahibi olan futbolçu matç haqda fikirlərini açıqlayıb:

- Üç uğursuz oyundan sonra qələbə qazandız. Azərbaycanla matçda əldə olunan 3 xal sizdə hansı hisslər oyatdı?
- Layiqli qələbə qazandıq. Buna görə çox şadam. Oyunu həddən artıq çətin adlandırmazdım. Çoxsaylı qol imkanlarımız oldu. Onlardan yararlanıb, matçın taleyini daha tez həll etməliydik. Daha 2-3 qol vursaydıq, oyunu sakit məcrada bitirəcəkdik. Amma biz bunu bacarmadıq, əvəzində şübhəli penalti ilə cəzalandıq. Bəzən belə hallar olur. Yaxşı ki, sonda qələbəmizi qazana bildik.
 
- Hücum futbolu oynadız və 2 qol vurduz. Bütün seçmə mərhələni belə keçirmək olmazdı?
- Təəssüf ki, final mərhələsinə yüksələ bilmədik. Hərçənd bunu çox istəyirdik. Ola bilər ki, bu qarşılaşmadakı qələbə növbəti seçmə mərhələdə bizə çox kömək etsin. Yaxşı da qollar vurduq.
 
- Çıxış etdiyiniz “Viktoriya”a məhsuldarlığınızla seçilmirsiniz. Yığmada fərqləndiyiniz üçün xoşbəxtsiz?
- Özümü yaxşı hiss edirəm. Zədəm, hər hansı ağrım yoxdu. “Viktoriya”da daim meydanda oluram. Azərbaycanda da 90 dəqiqə şans qazandım. Bu qolu gözləyirdim. Ola bilər ki, hansısa görüşdə qol vurmayım. Amma iki tam fərqli matç da ola bilər.

- Yığma çox tənqid olunur. Bunu necə qarşılayırsız?
- Millidəki əhval-ruhiyyəni əla saymaq olmaz. Bu da final mərhələsinə çıxa bilməməyimizlə bağlıdı. Biz bunun acısını yaşayırıq. Futbolda belə hallar çox olur. Çoxumuz klub səviyyəsində də uğursuz mövsüm keçirib. Lakin biz peşəkarıq və oyunumuzu yaxşılaşdırmalıyıq. Növbəti seçmə mərhələdə vəzifənin öhdəsindən gəlib, AÇ-2020-yə yüksəlməliyik.
 
- Baş məşqçi Karel Yarolim istefa təhlükəsi ilə üzləşibmi? Bu qələbəni onun xeyrinə işləyən amil hesab etmək olar?
- Hər kəs özünü tam göstərməyə çalışır ki, yenə milliyə dəvət olunsun. Biz Çexiya üçün qalib gəlməyə çalışdıq.
 
- Bakı Olimpiya Stadionunun yarıboş tribunaları önündə necə oynadız?
- Arenada nə qədər tamaşaçı olduğunu deyə bilmərəm. 15 min? Bir neçə mini də bu nəhəng “qazan”da it-bat olmuşdu. Bu da heç də yaxşı deyildi. Amma bizim edəcəyimiz bir şey də yoxdu. Çexiya çempionatında da belə oyunlar olub. (Apasport)


 
tarix: 06-10-2017 12:55


 
Xəbər lenti
22.10.2017

09:57   Samir oynadı, “Fakel” yenə uduzdu

09:48   "Neftçi" rəhbərliyini əsəbləşdirən 90 faiz

09:36   Əsgərov Latviyada yenə dubla imza atdı

09:30   Təbrikə it də gəldi

09:23   Məhv edilmiş sabah: Təbriz Həsənov qəbirqazan rolunda

09:17   "Kəpəz" rəhbərliyi üçün "yadasaldı pankartı"

09:12   "Kəpəz" yenə Gəncədə oynamayacaq

08:57   Xaqani Məmmədov təhqir edildi, Tahir Süleymanov yada düşdü

01:35   "Monako"dan 2 qolla 3 xal - VİDEO

01:06   “Barselona”dan qələbə, "Valensiya"dan darmadağın - VİDEOLAR

00:58   “İnter”lə “Napoli”dən qolsuz heç-heçə - VİDEOLAR

00:40   Debütantlardan inamlı qələbə

00:20   “Bavariya” qalib gəldi, “Borussiya” yenə xal itirdi - VİDEOLAR

21.10.2017

23:51  Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi

23:44  "Trabzonspor" yenə uduzdu

23:32  Pillələri sayan "Neftçi", zirzəmidə "möhkəmlənən" "Kəpəz"

23:05  MY uduzdu, MS 3 qolla qalib gəldi - VİDEOLAR

22:43  Vurğunla Amildən “Zirə” üzərindəki qələbəyə şərh - VİDEO 

22:22  Millimizin üzvü oynadı, komandası xal itirdi

21:50  “Qarabağ”dan möhtəşəm qələbə və liderlik

21:23  Rauf Əliyevdən daha bir qol, “Kukesi”dən növbəti qələbə

21:03  "Qarabağ" fanatlarını təhqir etməyim üçün dəli olmağım lazımdı”

20:16  Samir Abasov: “Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik”

20:10  “Zirə”ni də məğlub edən tapıldı - FOTOLAR

19:46  “Sumqayıt” “Zirə”yə belə qalib gəldi - VİDEO

19:19  Turun son matçında heç-heçə - VİDEO

19:09  “İnter” “Səbail”ə məğlub oldu

18:55  “Zirə”dən ilk məğlubiyyət, “Neftçi”dən ardıcıl 3-cü qələbə!

18:36  “Neftçi”dən növbəti qələbə - FOTOLAR

18:25  “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO

18:16  Emin Mahmudov: “Seçimimdə yanılmamışam”

17:55  Şahin Diniyev: “Bizim də küçəmizdə bayram olacaq”

17:45  Tərlan Əhmədov: “Neftçi”də qruplaşma hələ tam aradan götürülməyib”

17:42  Məhv edilmiş sabah: 330 minlə 120 minin fərqi

17:32  “Kəpəz” yeni qazondakı ilk matçında “Neftçi”yə uduzdu - VİDEO

17:20  Birinci Divizionda 3-cü tur heç-heçə ilə yekunlaşdı

17:07  Nəsirovlu “Sportinq” 4 qola üzüldü

16:25  İmişlidə 6 qolluq duel - VİDEO

15:21  “Zaqatala” “Binə”yə də məğlub oldu - VİDEO

15:17  UEFA “Kəpəz” – “Neftçi” görüşünə görə dəyişiklik etdi

15:06  Donald Gerrye: “Atletiko”ya qarşı qızım üçün oynadım”

15:00  "Neftçi" rəhbərliyi azarkeşlər arasında

14:55  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az