(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

İlk dəfə: Premyer Liqa və divizion klublarının hamısı kubok üçün yarışacaq

İlk dəfə: Premyer Liqa və divizion klublarının hamısı kubok üçün yarışacaq

“Qarabağ”ı ölkə kubokunun finalçısı kimi təbrik etmək olar. Bu gün atılan püşkdən sonra ağdamlıların düşdüyü qrafikdə finala kimi çox əziyyət çəkməyəcəyi bəlli oldu.
 
Düzdü, “Kəpəz”, “İnter”, “Sumqayıt” kimi Premyer Liqa klubları da “Qarabağ”ın potensial rəqibləridi. Lakin onların çempiona ciddi müqavimət göstərə bilməyəcəyini etiraf etməliyik.
 
Kubok cədvəlinin digər yarısı daha çəkişməli olacaq. Artıq ¼ finalda “Zirə” – “Neftçi” dueli gözlənilir. Onların qalibi isə “Qəbələ” ilə duellərdə finalçını müəyyənləşdirəcək.
 
Təbii ki, bütün bunlar ehtimaldı. Heç kim favoritlərin mütləq qalib gələcəyini və ya divizion klublarından kiminsə sürpriz etməyəcəyini deyə bilməz. Sadəcə, ilkin təəssürat “Qarabağ”ın finalda digər iddiaçılardan – kubok komandası kimi tanınan “Qəbələ”, özünə gəlmək istəyən “Neftçi” və ya bu il daha yaxşı görünən “Zirə”dən biri ilə qarşılaşacağını göstərir.
 
Püşkatma zamanı təkoyunluq 1/16 və 1/8 final mərhələlərinin ev sahibləri də müəyyənləşdi. Divizion klublarının burada da bəxti gətirmədi. Yalnız “Şüvəlan” rəqibini öz meydanında qəbul edəcək, digərləri isə qonaq olacaq. Bir də “İnter” 1/8-dəki rəqibinə qonaq gedəcək.
 
Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev püşk atılmamış kiçik nitq də söylədi. Onun dediklərindən anlaşıldı ki, əlavə problemlər çıxmazsa, mayın 28-dəki final Gəncədə baş tutacaq. Hətta “Kəpəz”in finala yüksəlməsi də buna əngəl olmayacaq. Lakin bu, qəti qərar deyil, Gəncə stadionunda bir sıra problemlər aradan qaldırılmalıdı.
 
Tədbirin sonunda isə Musayev mətbuat konfransı keçirmədi. Daha doğrusu, azsaylı media əhli də buna maraq göstərmədi.
 
Son illərdə ilk dəfə olaraq, Premyer Liqa və I divizion komandalarının hamısı kubok yarışına qoşulacaq. Əvvəllər hansısa aşağı dəstə komandası perspektiv görmədiyi bu yarışdan imtina edirdi. Bu dəfə isə bütün komandalar yarışda olacaq. Lakin bu, könüllü olmayacaq. Bildiyimizə görə, divizion komandaları həvəsli olmasalar da, onlara yarışmaları israr edilib. Lakin “Turan Tovuz”, “Zaqatala” və “Mil-Muğan” rəsmiləri tədbirə gəlməməklə kuboka önəm vermədiklərini elə indidən göstərdilər.
 
AĞA

 
tarix: 06-10-2017 15:45


 
Xəbər lenti
22.10.2017

09:57   Samir oynadı, “Fakel” yenə uduzdu

09:48   "Neftçi" rəhbərliyini əsəbləşdirən 90 faiz

09:36   Əsgərov Latviyada yenə dubla imza atdı

09:30   Təbrikə it də gəldi

09:23   Məhv edilmiş sabah: Təbriz Həsənov qəbirqazan rolunda

09:17   "Kəpəz" rəhbərliyi üçün "yadasaldı pankartı"

09:12   "Kəpəz" yenə Gəncədə oynamayacaq

08:57   Xaqani Məmmədov təhqir edildi, Tahir Süleymanov yada düşdü

01:35   "Monako"dan 2 qolla 3 xal - VİDEO

01:06   “Barselona”dan qələbə, "Valensiya"dan darmadağın - VİDEOLAR

00:58   “İnter”lə “Napoli”dən qolsuz heç-heçə - VİDEOLAR

00:40   Debütantlardan inamlı qələbə

00:20   “Bavariya” qalib gəldi, “Borussiya” yenə xal itirdi - VİDEOLAR

21.10.2017

23:51  Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi

23:44  "Trabzonspor" yenə uduzdu

23:32  Pillələri sayan "Neftçi", zirzəmidə "möhkəmlənən" "Kəpəz"

23:05  MY uduzdu, MS 3 qolla qalib gəldi - VİDEOLAR

22:43  Vurğunla Amildən “Zirə” üzərindəki qələbəyə şərh - VİDEO 

22:22  Millimizin üzvü oynadı, komandası xal itirdi

21:50  “Qarabağ”dan möhtəşəm qələbə və liderlik

21:23  Rauf Əliyevdən daha bir qol, “Kukesi”dən növbəti qələbə

21:03  "Qarabağ" fanatlarını təhqir etməyim üçün dəli olmağım lazımdı”

20:16  Samir Abasov: “Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik”

20:10  “Zirə”ni də məğlub edən tapıldı - FOTOLAR

19:46  “Sumqayıt” “Zirə”yə belə qalib gəldi - VİDEO

19:19  Turun son matçında heç-heçə - VİDEO

19:09  “İnter” “Səbail”ə məğlub oldu

18:55  “Zirə”dən ilk məğlubiyyət, “Neftçi”dən ardıcıl 3-cü qələbə!

18:36  “Neftçi”dən növbəti qələbə - FOTOLAR

18:25  “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO

18:16  Emin Mahmudov: “Seçimimdə yanılmamışam”

17:55  Şahin Diniyev: “Bizim də küçəmizdə bayram olacaq”

17:45  Tərlan Əhmədov: “Neftçi”də qruplaşma hələ tam aradan götürülməyib”

17:42  Məhv edilmiş sabah: 330 minlə 120 minin fərqi

17:32  “Kəpəz” yeni qazondakı ilk matçında “Neftçi”yə uduzdu - VİDEO

17:20  Birinci Divizionda 3-cü tur heç-heçə ilə yekunlaşdı

17:07  Nəsirovlu “Sportinq” 4 qola üzüldü

16:25  İmişlidə 6 qolluq duel - VİDEO

15:21  “Zaqatala” “Binə”yə də məğlub oldu - VİDEO

15:17  UEFA “Kəpəz” – “Neftçi” görüşünə görə dəyişiklik etdi

15:06  Donald Gerrye: “Atletiko”ya qarşı qızım üçün oynadım”

15:00  "Neftçi" rəhbərliyi azarkeşlər arasında

14:55  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az