(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Şahin Diniyev: “Kəpəz”in tutduğu yer Gəncəyə yaraşmır”

Şahin Diniyev: “Kəpəz”in tutduğu yer Gəncəyə yaraşmır”

“Kəpəz”in əsas komandasının baş məşqçisi Şahin Diniyev klub saytına müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir: 

- Şahin müəllim, ilk dövrənin yekunları haqda nə demək olar? 
- Hər şey göz qabağındadır, ilk dövrə bizim üçün yaxşı başlamasa da, yaxşı bitdi. Son oyunu çıxmaq şərti ilə digər matçlarda stabil çıxış edə bilmədik. Stabil heyətin olmaması stabil oyunun olmamasına gətirib çıxardı. Bilirsiz ki, heyət 70-75 faiz dəyişib. Ərzurumdakı təlim-məşq toplanışından sonra komandanın tez formaya düşəcəyini, futbolçular arasında anlaşmanın yüksək olacağını düşünmüşdüm amma yanıldım. Bu proses uzandı. Bunda psixoloji amilin də rolu oldu. Səbəblərdən danışırıqsa, bunu da qeyd etməliyik. Bizim Gəncədə oynamamağımız, bütün görüşləri səfərdə keçirməyimiz futbolçuların üzərində psixoloji gərginlik yaratdı. Oyunçulara özünə inamı qaytara bilmədik.
 
- Sizcə, ən pis oyunumuz hansı oldu?
- Ən pis oyunumuzu “Səbail” ilə oynadıq. “Sumqayıt” və “Zirə” ilə matçlarda da bərbad çıxış etdik. Ən yaxşı matçımız isə “Qəbələ”yə qarşı oldu. Yaxşı görüşlərdən “İnter”dən 3 top buraxdıqdan sonra göstərdiyimiz oyunu, eləcə də “Qarabağ”a qarşı ikinci hissədə apardığımız mübarizəni deyə bilərəm. Azarkeşsiz oynamaq təsirsiz ötüşmədi. Sizi inandırıram, əgər hansısa bir qarşılaşmanı evdə oynayıb qələbə qazansaydıq, nəticələr başqa cür olacaqdı. Bir sözlə, komandanın ilk dövrədəki nəticəsindən narazıyam. “Kəpəz”in tutduğu yer Gəncəyə yaraşmır. Səbəbləri özümüzdə axtarmalıyıq, çatışmayan cəhətlərin üzərində işləməliyik. İtirməyə bir şeyimiz qalmayıb. Əldən buraxdığımız xalları geri qaytarmalıyıq. Bundan sonra xal itkilərinə az yol verməliyik. İnanıram ki, Gəncəyə qayıtdıqdan sonra daha yaxşı futbol nümayiş etdirib uğurlar qazanacağıq. Komanda oyundan-oyuna artırır və yəqin ki, növbəti dövrələrdə öz sözümüzü deyəcəyik.     
 
- “Kəpəz” əvvəlki iki mövsümdən fərqli bu il çempionata uğursuz start verdi. Ötən mövsümün III dövrəsini də komanda pis keçirmişdi. Yenə vəziyyət eynidir. Statistika nəyi deyir?
- Statistika göstəricidir. Bundan qaçmaq olmaz. Hər 3 ildə yeni komanda yığmağımız bizə mane oldu. Son mövsüm bəzi futbolçular vardı ki, heyətdə saxlamağı çox istəyirdik. Amma mümkün olmadı. Futbol həyatı belədir, ona görə oyunçuları anlayırıq. Stabil komanda yarada bilməyəndə oyunu tutmaq üçün avtomatik olaraq zamana ehtiyac duyulur. Zamanın da uzanması məsələsi var, bizdə vaxt çox çəkdi. Ağıllı oynayıb heç-heçə edə biləcəyimiz və ya qazanacağımız matçlar ola bilərdi. Az öncə sadaladığım amillər hamısı üst-üstə gəlib bu nəticələrə yol açdı. Statistika olmasa belə turnir cədvəlində tutduğumuz yer hər şeyi deyir. Bu nəticələr nə komandanın adına, nə də ki, oyununa yaraşmır.
 
- Komandanın oyununu mövqelər üzrə bölsək, narazı qaldığınız hansı olar?
- Komanda bu yerdədirsə, bütün mövqelərdən narazılığın olması başa düşüləndir. Məşqçilər ilk növbədə vurulan və buraxılan toplara baxıb hücum və müdafiəni analiz edirlər. Vəziyyətimiz acınacaqlıdır. İlk dövrədə 7 oyuna hamıdan çox top buraxmışıq. Rəqiblər 11 qola seviniblər. Bu, olduqca çoxdur. Elə cəmi 5 qol vurmağımız da çox az rəqəmdir. Amma tutduğumuz yerə uyğundur. Demək, istər hücumda, istərsə də müdafiədə komandanın göstərdiyi oyun qənaətbəxş deyil. Sonuncu matçı çıxmaq şərti ilə. İlk oyunlarda daha çox top buraxdıq, sonradan müdafiədə oyunumuz stabilləşməyə başladı. Hücumda da artıq yaxşı çıxış etməyimizin vaxtıdır. Bu gün əgər “qapıçı inamlı oynayır” deyirlərsə və qolkiper qoruduğu çərçivədən 11 top buraxıbsa, deməli, onun da səhvi var. Mən hər iki mövqedən, həm müdafiə, həm də hücumdan narazıyam. Lakin “Qəbələ” ilə oyunda mən başqa şey gördüm və bu, məndə sabaha ümid oyadır. Səfərdə top buraxmadan 2 qol vurmağımız məni razı salır. Gələcəyə nikbin baxıram, indiki heyətlə sonuncu yerdən qalxacağımıza və uğur qazanacağımıza ümid bəsləyirəm.
 
- Yəqin ki, “Qəbələ” ilə oyunda qazanılan qələbə komandada əhval-ruhiyyəni qaldırıb və bu, fasilə dövründə “Kəpəz”ə güc verəcək. Siz nə düşünürsüz?
- Əlbəttə, qələbənin və fasilənin bizə xeyrli olacağını mən də düşünürəm. Fasilədən daha faydalı yararlanmağa çalışacağıq. Hazırlıq müddətini 2 mini tsiklə bölmüşük. I məşq dövründə daha çox funksional hazırlığın üzərində işləyəcəyik. Qoy futbolçular məndən inciməsinlər, əgər bu gün bizim oyunçuların ustalıq səviyyəsi yüksək deyil söyləyiriksə, deməli, daha çox gücü funksional hazırlığa verməliyik. Mənə elə gəlir ki, uşaqlar bunu anlayırlar. Futbolçuların məşqlərdə göstərdikləri performansdan razıyam. Heyəti yenilənən komanda üçün bütün görüşləri səfərdə oynamaq çətindir. Amma formalaşmış komanda üçün bu problem olmamalıdır.


 
tarix: 07-10-2017 17:39


 
Xəbər lenti
17.07.2018

15:08   Ramos qayıdır: “Sabah” “Neftçi”nin daha bir veteranını gətirir

14:52   “Neftçi” sabah yoxlama oyunu keçirəcək

14:40   “Barselona”dan rekord gəlir

14:32   Laqeyd olduğumuz “Qarabağ”

14:11   “Sabah” yeni transferini rəsmən açıqladı - FOTO

14:06   Qriqorçuk “Qəbələ”nin mərhələ keçəcəyinə inanır

14:01   “Sabah” da Türkiyə toplanışına start verdi

13:52   “Neftçi” müraciət etdi

13:41   “O zərbə qol olsaydı, mən də karyeramı bitirməliydim, qapıçı da”

13:35   İsmayılovun jurnalistlərlə görüş vaxtı açıqlandı

13:29   “Kintana çox təhlükəli futbolçudu” - Qayiç

12:33   MY-dən “Ayaks”a 20 milyon avroluq transfer

11:45   “Valensiya”dan “Xetafe”yə

11:22   Kaseres rəsmən La Liqa klubunda

11:00   “eTopaz”da günün canlı oyunları

10:41   Rakitiç bu mövsüm hamını qabaqladı

10:32   Super Liqa klubu yeni hücumçu aldı - FOTO

10:19   “TOPAZ”DA BU GÜN

09:58   Maksimov məğlub kimi getdi: səhvləri rəhbərliyə onu qovmaq imkanı yaratdı

09:44   “Yuventus” Ronaldonu təqdim etdi: “Burada da iz buraxmaq istəyirəm”

09:38   “Neftçi”nin rəqibində qarşıdurma: “Rəhbərlik müflis olduğunu bildirir”

09:32   “Qarabağ”dan Polşa klubuna

09:30   Avroliqada ilk qaliblər bəlli olur - YENİLƏNİR

09:00   ÇL-də 1-ci təsnifat mərhələsi həyəcanı davam edir - YENİLƏNİR

00:02   “Sumqayıt” Boluda ilk məşqinə çıxdı

16.07.2018

23:35  “Sumqayıt” artıq Boludadı - VİDEO

23:16  “Neftçi” “Uypeşt”lə cavab matçına bir itki ilə hazırlaşır

22:28  “Keşlə”dən Yuri Maksimov açıqlaması - RƏSMİ

21:06  “Qarabağ” - “Olimpiya” matçına nə qədər bilet satılıb?

18:30  Maksimov “Keşlə”dən getdi

17:14  “Qarabağ” - “Olimpiya”: Mətbuat konfranslarının vaxtı açıqlandı

16:38  “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

16:00  Millidə debüt etmədən dünya çempionu oldu, tarixə düşdü

15:40  A Seriyası klubundan yeni transfer - FOTO

15:25  “Qarabağ”dan abituriyentlərə jest

14:49  Danimarka yığmasının üzvü Premyer Liqa klubunda

14:35  “Çelsi”nin yetirməsi La Liqa klubunda

14:00  “Borussiya”dan Premyer Liqa klubuna

13:42  Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32  “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17  “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06  Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50  Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36  Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19  Çempiona 38 milyon dollarlıq mükafat

11:54  Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30  “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21  Mandzukiç tarixə düşdü

11:11  “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  Kurtua fəxr edir

10:40  Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33  “Finalda belə penalti təyin etmirlər”

10:21  Argentina və Uruqvaya çatdı - Fransa

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az