(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Eyvazovun yalan avazı

Eyvazovun yalan avazı

389 gündü “Neftçi”də vitse-prezident işləyən, GÜNLÜK gəliri 500-700 manat arasında olduğu deyilən (rəsmi deyil – red.), burada olduğu müddətdə rəhbərlik etdiyi komanda 8 iştirakçı arasında 7-ci pillədən yuxarı qalxmayan Elnur Eyvazov müsahibə verib. “Qəbələ”ylə paytaxtdakı sınaq matçından (1:2) sonra ilk dəfə jurnalistlər arasına çıxan cavan oğlan bəzi maraqlı açıqlamalar verib.
 
SİTAT: “Biz gələndən çox adam deyir ki, "Neftçi" "qara zolağ"a düşüb. Nədənsə, bu zolaq çox enli və ya dərin olub. Hələ ki, ordayıq, çıxa bilmirik. Amma ümid işığı var ki, bir ildə çəkdiyimiz əziyyət öz bəhrəsini verəcək. Artıq vəziyyətimiz düzəlir. Son bir neçə matç göstərdi ki, oyunumuz alınmağa başlayıb. Bir qələbə vəziyyətin düzəlməsi demək deyil. Öncəki qarşılaşmalarda buraxdğımız qollardan sonra sərgidiyimiz futbol nəyəsə ümid etməyə əsas verir. Baş məşqçi postuna Tərlan Əhmədov gəlib, ümidimiz onadır. Peşəkar mütəxəssisdir. Daha əvvəl "Neftçi"də işləyib. Eyni zamanda vəziyyəti yaxşı olmayan AZAL-da çalışıb və nəyəsə nail ola bilib. İnanırıq ki, çox şey edəcək. Biz də rəhbərlik olaraq dəstəyimizi əsirgəmirik. Hər zaman onun yanındayıq. Nə lazımdırsa, edəcəyik”.
 
Eyvazov bilmədən özü də eitarf edir ki, hələ çıxmadıqları, amma çıxmağa ümid etdikləri çuxurdan onları bir ildə çəkdikləri əziyyətlər yox, Tərlan Əhmədov çıxarır. Bu, həmin baş məşqçidir ki, onun təyinatını PFL prezidenti Ramin Musayev reallaşdırıb, indiki rəhbərlik yox. Yəni, kənardan müdaxilə olmasaydı, “Neftçi” o zolaqda hələ çox irəli-geri gedəcəkdi.
 
SİTAT: “Tərlan müəllim komanda ilə çox sayda məşqlər keçir. Elə günlər olur ki, iki məşqə çıxırlar. Bu da komanda ilə daha yaxından tanış olmaq üçün yetərlidir. Heyətə düşə bilməyən futbolçular bugünkü oyunda özlərini təsdiqləmək istəyirdilər. Hazırda bizim fiziki hazırlıq üzrə məşqçimiz yoxdur. Tərlan müəllim bu sahədə də komandaya köməklik edir. Fiziki məşqçi gözləyirik. Yəqin ki, gələn ay komandaya qoşulacaq. Fasilədə komandanı yığa bilərik. Yəni, müsbət yöndə köməyi dəyəcək”.
 
Elnur bəyə biri başa salsın ki, danışdıqca öz eyiblərini açır. Əhmədovun 2 məşq keçməsi yenilik deyil, toplanış vaxtı belə də olmalıdı. Sadəcə, siz dünyadan bixəbərlər bilməmisiz ki, məşq prosesi necə olmalıdı? Bilsəydiz, bəlkə də Elxan Abdullayevin Avstriya toplanışında xurmalamasının səbəbini soruşardız. Hələ də gec deyil, öyrənin, onsuz da day-daylı adamlarsız, sizi postunuzdan tərpədən kimdi? Dayınız Cəbrayıl Cəbrayılov nə qədər ki, SOCAR-da vitse-prezidentdi, siz də burada kölgələnəcəksiz.
 
SİTAT: “Müşahidə Şurası mətbuat və azarkeşlər tərəfindən müzakirə predmeti idi. Deyirdilər ki, kluba futbolu bilməyənlər rəhbərlik edir. Əslində, "Neftçi" bir xalq komandası olduğu üçün Müşahidə Şurasının üzvləri də xalqdan seçilmiş intelligent, müəyyən təbəqənin üzvləridir. Onlar xalq komandasının yanında idilər. Sadəcə, elə fikir formalaşmışdı ki, məsələn, şuranın sədri Çingiz Abdullayev icra orqanıdır. Əslində isə elə deyil. Prezidentlik sistemini qaytarmaqla göstərmək istədik ki, məsuliyyət bizdədir. Müşahidə Şurası bizdən hesabat alır. İldə bir neçə dəfə toplaşıb, onlara hesabat veririk. Durum nədir, planlar hansıdır və s.”
 
Eyvazov cənabları, elədisə, zəhmət olmasa, deyin: Müşahidə Şurası axırıncı dəfə nə vaxt yığışıb, nə vaxt hesabat vermisiz? Rəsmi məlumatlarınıza inansaq, 2017-də cəmi bir dəfə hansısa yığıncaq olub, onun üstündən isə 8 ay keçib. 7-ci yerin hesabatından sonra sizə bir irad bildirən olmayıbsa, ya onların futboldan anladığı bir şey yoxdu, ya da siz Allahın bacısı oğlu.
 
SİTAT: “Fərqli sahələrdə Müşahidə Şurasının funksiyası tam başqadır. Məsələn, bank sistemində qərarverici, strategiyanı quran orqandır. Rusiyada və Türkiyədə futbol klublarında yer alan Müşahidə Şurasının üzvləri konkret, komandaya kömək göstərmək üçün fəaliyyət göstərirlər. Məsələn, üzvlərdən biri tikiş fabrikinin rəhbəri olur. Həmin şəxs komandaya bu yöndə dəstək olur. Rusiyada klublardan birinin Müşahidə Şurasında vilayət qubernatorunun müavini yer alıb. O, klubu bu istiqamətdə kömək edir. Başqa bir misal, logistinkanı göstərə bilərəm. Kluba nəqliyyatla bağlı kömək edə bilər. Əslində, Müşahidə Şurası pis sistem deyil. Deməzdim ki, səhv idi, özünü doğrultmadı. Sadəcə, bu qurum komandaya dəstək, xalqla klubu birləşdirən körpü rolu oynayır”.
 
Zəhmət olmasa, Azərbaycandan da misal gətirin. Görəsən, “Neftçi”dəki şuranın funksiyası nədir? Klub büdcəsindən maaş alıb, vaxt öldürənlər, sizin əməllərinizi ört-basdır edənlər yığını?
 
SİTAT: “Mən gələndən "Neftçi"nin maliyyə durumunda problem yoxdur. Stabil büdcəsi var. Futbolçular və digər işçilər maaşlarını vaxtında alırlar. Bəli, biz gələndə böyük borclar var idi. Məcbur olub kredit götürdük və həmin borcların əksəriyyətini bağladıq. Hardasa 20-30 faiz xarici futbolçulara borclar qalmışdı. Əksəriyyətinin də işi UEFA-da idi. Yəni, bu məsələləri həll etmək məcburiyyətində idik. Saşa Stamenkoviç, Emil Mpenza, Nikolas Kanales kimi futbolçulara borclar vardı. Böyük vəsaitlər idi. Hazırda büdcəmizin müəyyən hissəsini kreditin ödənilməsinə yönəltmişik. Bildiyiniz kimi, ilk vəzifəm icraçı direktorun maliyyə üzrə müavini idi. Vəzifəm ondan ibarət idi ki, bütün xərclərimizi maksimum optimallaşdıraq və A komandasına yönəldək. Hər bir quruma hesabat verməyə tam hazırıq. Çünki şəffaf sistemimiz var. Klubda nəğd pul ödənişləri yoxdur. Hamısı köçürmə üsulu ilədir. Görürəm, yazırlar, hansısa söz-söhbətlər gəzir. Bizdə paket maaş almaq gülməli söhbətdir. Maaşlar şəffaf formada kartlara köçürülür. Bu cür yazılara əhəmiyyət verməmək lazımdır”.
 
Məsləhətiniz üçün sağ olun. Təbii ki, “konvert”lərlə bağlı deyilənlər sadəcə, təsdiq edilməsi çətin olan söz-söhbətdi. Amma zamanı gələndə bunların da hesabatını sizdən istəyəcəklər. Futbolçulara qalan borclarla bağlı qeydləriniz doğrudu. Bildiyimiz qədəri ilə borclar heç 2 milyon manatı keçməyib. Köhnə rəhbərlik sizə bu borclarla yanaşı, büdcədən kənar gələn vəsaitlər də qoyub getmişdi. Bu məbləğin yarısından çoxu avrokuboklarda iştiraka görə gələn puldan ödənildi. Qalanı üçün 4-5 milyonluq kreditə girməyə nə lüzum vardı? Aya 100 min manat ödəyirsizsə, bu, ilə 1,2 milyon deməkdi və 5 illik kredit götürdüyünüzü nəzərə alsaq, deməli, 5 qat artıq kreditə girmisiz. Əcəba, niyə? Bir də axı, Elnur Məmmədovun dövründə bu borclar bağlanmışdı, siz təmiz komandaya gəlmişdiz, niyə yalan danışırsız?
 
FƏRİD
 
Yeri gəlmişkən, 3 futbolçuya qalan borcla təhvil aldığınız klubun əvvəlki rəhbərliyi də 4,5 milyon dollarlıq kəsiri bağlamışdı. Amma onlar səslərini çıxarmadan, kimisə ifşa etmədən o borcları ödəmişdi. Təkcə AFFA-nın baş katibi Elxan Məmmədovun şəxsən komandaya təqdim etdiyi baş məşqçi Hans-Yürgen Gedeyə 800 min dollara yaxın təzminat ödənilmişdi. Bildiyimiz qədər, o vaxt da təsisçilərlə klub arasında maliyyə məsələlərini tənzimləyən, indi Müşahidə Şurasının üzvü olan, "Neftçi"də 4 prezident görmüş Cəbrayılov idi. İnanmırsızsa, görəndə özündən soruşun.

 
tarix: 08-10-2017 17:06


 
Xəbər lenti
16.12.2017

18:00   Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37   “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36   Fransa klubu baş məşqçisini qovdu

15:28   FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36   “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59   “Qəbələ”də yeni müqavilə

13:42   “Kəpəz”də baş məşqçi istefaları

13:39   “Neftçi” legioneri ilə yolları ayırdı

13:16   Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02   Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01   BOM-da təqdimat - FOTOLAR

11:46   “eTopaz”da günün canlı oyunları

11:22   “TOPAZ”DA BU GÜN

11:08   Nazim Süleymanov yenidən “Alaniya”da

10:05   Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08   “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56   La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30   “Borussiya”dan inamlı qələbə - VİDEO

15.12.2017

23:35  Ölkə kubokunda böyük sensasiya - FOTOLAR

23:07  “Qəbələ” yarımfinala belə yüksəldi - FOTOLAR

22:25  “Qarabağ” kubokdan belə kənarlaşdırıldı - VİDEO

21:59  “Qarabağ”ın məğlubiyyəti, yoxsa “Sumqayıt”ın qələbəsi?

21:55  Qurban Qurbanov: “Futbolçuların üzərinə çox getmədim”

21:40  “Bundan sonra kubok daha maraqlı olacaq"

21:36  “Büdcəmizdə qırmızı işıq yanır”

21:10  Azərbaycan Kuboku: Yarımfinalçılar müəyyənləşdi

20:55  “Sumqayıt” “Qarabağ”ı kubokdan kənarlaşdırdı

19:03  “Qəbələ” “Səbail” səddini belə keçdi - VİDEO

18:50  “Səbail” üç legionerini yola salır

18:27  Samir Əliyev: “Belə rəqiblərlə eyni səviyyədə mübarizə aparmağa hazır deyilik”

18:09  Roman Qriqorçuk: “Tətilə xoş hisslərlə gedirik”

17:35  Türkiyə klubu Popoviçlə yollarını ayırdı

17:00  Pro kursunun 5-ci modulu başa çatdı - FOTOLAR

16:12  MOİK 3 futbolçunu transferə çıxardı

15:51  “Zirə”nin qış hazırlıq planı açıqlandı

15:25  “Zirə”də ilk rəsmi ayrılıq

15:10  “Neftçi”nin hazırlıq planı rəsmən açıqlandı

14:55  Region Liqası: 1-ci turun təqvimi açıqlandı

14:29  Rəşad Sadıqov Françesko Totti ilə bir arada - FOTO

14:01  Riad Rəfiyevin futbol imperiyası

13:07  Millimizin Dubaya gedəcək heyəti açıqlandı

12:52  “Keşlə” yubanmamalıdı!

12:44  “Azərbaycan çempionatında çəkindiyim hücumçu yoxdu”

12:30  “Kəpəz”in qış hazırlıq planı müəyyənləşdi

12:24  Döyüşlə qazanılan qələbə

11:45  UEFA-dan məktub gəldi: Gəncədəki feyr-pley nümunəsinə görə

11:25  “Neftçi” kapitansız qaldı

11:04  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az