(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Prosineçkinin üç “muşketyoru”

Prosineçkinin üç “muşketyoru”

Azərbaycan millisi DÇ-2018-in seçmə mərhələsində çıxışını başa vurub.

Futbolinfo.az xəbər verir ki, C qrupunda 5-ci yeri tutan yığmamız keçirdiyi 10 görüşdə 27 futbolçunun xidmətindən yararlanıb.
 
Xorvatiyalı baş məşqçi Robert Prosineçkinin daim güvəndiyi 3 oyunçu var. Bunlar Qara Qarayev, Rahid Əmirquliyev və Ramil Şeydayevdi. Onlar bütün görüşlərdə iştirak ediblər.
 
Lakin “üçlük”dən heç biri əvəzolunmadan meydanda olmayıb. Qara ilə Rahid daha çox – 8 dəfə start heyətdə yer alıb. Qarayev həm də hamıdan çox dəqiqə oynayan futbolçudu.
 
Rahid yığmanın iki kapitanından da biridi. Əmirquliyev 3, Rəşad Sadıqov 7 dəfə meydana kapitan sarğısı ilə çıxıb.
 
Komandamızın 10 qolundan biri san-marinolu Miçel Çevolenin öz qapısına vurması hesabına gerçəkləşib. Digər 9 qola 7 oyunçu imza atıb. Yalnız Əfran İsmayılov 1 dəfədən çox – 3 dəfə qol sevinci yaşayıb.
 
Yarımmüdafiəçi həm də assistentlikdə hamını qabaqlayıb. O, 2 dəfə qol ötürməsi verib. Ümumiyyətlə isə 10 qol vuran yığmamızın 7 assisti olub.
 
Millimiz 1 qolu – Əfranın dəqiq yerinə yetirdiyi penalti ilə vurub. Rəqiblərimizdən buraxılan 19 topdan birini penalti ilə gerçəkləşdirib.
 
Rəqib avtoqolu ilə yanaşı, millimiz də bu uğursuzluğu yaşayıb. Rəşad Sadıqov Norveçdə xətaya yol verib.
 
Yığmamız 10 qarşılaşmada cəmi 11 sarı vərəqə alıb. Yalnız iki futbolçu – Dmitri Nazarovla Maksim Medvedev 2 dəfə xəbərdarlıq alıb. Yeganə qırmızı vərəqə isə Bədavi Hüseynova yazılıb. (Apasport)
 
futbolçu
O
S/H (K)
D
Q
Ö
SV
QV
Qara Qarayev
10
8
755
0
0
1
0
Rahid Əmirquliyev
10
8 (3)
732
0
0
0
0
Ramil Şeydayev
10
6
534
1
1
1
0
Kamran Ağayev
9
9
810
-18 (1/1)
0
0
0
Dmitri Nazarov
9
7
599
1
0
2
0
Məhəmməd Mirzəbəyov
8
8
720
0
0
0
0
Bədavi Hüseynov
8
7
630
0
0
0
1
Əfran İsmayılov
8
7
598
3 (1/1)
2
0
0
Rəşad Sadıqov
7
7 (7)
630
1 (A)
0
0
0
Ruslan Qurbanov
7
5
395
1
0
1
0
Maksim Medvedev
6
6
540
1
0
2
0
Cavid Hüseynov
6
6
487
0
1
1
0
Namiq Ələsgərov
6
2
223
0
0
1
0
Riçard Almeyda
5
5
450
0
1
1
0
Ağabala Ramazanov
5
2
240
0
1
0
0
Arif Daşdəmirov
4
4
360
0
0
0
0
Pavel Paşayev
4
4
360
0
0
0
0
Araz Abdullayev
3
1
76
1
0
0
0
Eddi İsrafilov
3
1
69
0
0
0
0
Təmkin Xəlilzadə
2
2
180
0
1
0
0
Emin Mahmudov
2
1
82
0
0
1
0
Mahir Mədətov
2
1
73
0
0
0
0
Dəniz Yılmaz
2
0
68
0
0
0
0
Ruslan Abışov
1
1
90
0
0
0
0
Səlahət Ağayev
1
1
90
-1
0
0
0
Tərlan Quliyev
1
1
90
0
0
0
0
Rinat Dadaşov
1
0
18
0
0
0
0
Miçel Çevole (San Marino)
-
-
-
A
-
-
-
 
O – oyun, S/H (K) – start heyətində (kapitan), D – dəqiqə, Q – qol (penalti/dəqiq), A – avtoqol, Ö -  ötürmə, SV – sarə vərəqə, QV – qırmızı vərəqə.

 
tarix: 09-10-2017 15:16


 
Xəbər lenti
22.02.2018

10:31   “Roma”nın türkü ÇL-in tarixinə düşdü

10:01   Sultanovun perspektivi: o, hələ də seleksiyaçı menecer kimi danışır

09:44   “TOPAZ”DA BU GÜN

09:21   Nicat Muxtarov yenə oynayacaq

09:00   59 texniki məğlubiyyət, 4 qovulma

02:04   İspaniyada heç-heçə, Donetskdə 3 qol - VİDEO

01:39   “Roma” “Şaxtyor”a uduzdu, MY “Sevilya” ilə heç-heçəyə razılaşdı

00:08   “Real”dan səfər qələbəsi - VİDEO

21.02.2018

23:32  Yüksək Liqada 17-ci turun oyun cədvəli açıqlandı

23:05  ÇSKA serbləri məğlub yola saldı - VİDEO

22:52  Avroliqada 1/8 finala ilk vəsiqə ÇSKA-ya qismət oldu

22:00  “Neftçi”dən öncə təqdimat, sonra məşq - VİDEO

21:12  “Qəbələ”dən “Kəpəz”ə 4 cavabsız qol

20:10  “Qarabağ” “Kəpəz” üçün hazırlığa başladı

19:51  Ali Məhkəmə Maşallah Əhmədovla bağlı şikayəti təmin etmədi

19:40  Birinci Divizionda sabah keçiriləcək oyunlara təyinatlar açıqlandı

19:32  Elnur Eyvazovdan baza açıqlaması

19:27  Ceyhun Sultanov: “Sumqayıt”dan “Neftçi”yə futbolçular cəlb edəcəyik”

19:18  Böyükağa Hacıyevin son durumu: Vəziyyət daha da ağırlaşır

17:45  Kamran Quliyev 1 həftə vaxt istədi: “…maaşı reallıqdan çox uzaqdı”

16:15  Dieqo Souza: “Sadəcə, qol vura bilməməyimiz narahatlıq doğurur”

15:55  Ceyhun Sultanov “Neftçi”nin üzvlərinə təqdim olundu

14:46  AFFA bir kluba texniki məğlubiyyət verdi, daha birini yarışdan kənarlaşdırdı

14:01  Rəqibi təhqir edən futbolçuya 3 oyunluq cəza

13:50  “Qəbələ” - “Zirə” matçı ilə bağlı AFFA-dan sərt cəzalar

13:11  “Hər gün məşq etsək, üçüncü yeri tuta bilərik”

12:21  Ceyhun Sultanov rəsmən “Neftçi”də

11:59  “Kəpəz” “Qarabağ”la oyuna itkisiz hazırlaşır

11:45  “Neftçi”dən “Şaxtyor”a

11:12  “Neftçi” legioneri ilə vidalaşdı

11:00  “Latsio”dan “İnter”ə

10:47  İngilissiz İngiltərə klubu

10:32  Konfransı kim çağırıb?

09:58  “eTopaz”da günün canlı oyunları

09:39  Messi "Çelsi" tilsimini qırdı

09:27  “TOPAZ”DA BU GÜN

09:00  “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03  Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az