(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər!

Azərbaycan - Ermənistan görüşü bərpa edilə bilər!

DÇ-2018-in seçmə mərhələsinin başa çatması həm də UEFA-nın yeni turniri olan Millətlər Liqasında iştirakçıların liqa və səbətlərinə tam aydınlıq gətirəcək. 

Futbolinfo.az xəbər verir ki, seçmə mərhələnin sonuna 2 gün qalsa da, artıq bir sıra mətləblərə aydınlıq gəlib. UEFA-nın milli komandalar üçün reytinqində 40-cı olan Azərbaycan yığmasının da taleyi artıq bəllidi. Millimiz Avropanın ən zəif 16 komandasının yer aldığı D liqasında mübarizə aparacaq.
 
Bu liqanın ən güclülərindən olan komandamız püşk zamanı 1-ci səbətdə qərarlaşacaq. Millimizi AÇ-2020-yə birbaşa vəsiqə verən liqa çempionluğuna namizədlərdən hesab etmək olar.

Çünki mümkün olan ən zəif 15 rəqibi arxada qoymaq lazımdı. Seçmə mərhələ tam bitmədiyindən liqanın tərkibi rəsmiləşməyib. Amma Gürcüstan, Farer adaları, Makedoniya, Ermənistan, Latviya, Lüksemburq, Moldova, Qazaxıstan, Lixtenşteyn, Malta, Andorra, Kosovo, San Marino və Cəbəllütariq yeganə vəsiqə uğrunda mübarizədəki rəqiblərimizdi.
 
Daha bir komandanın kimliyinə seçmə mərhələnin son günlərində aydınlıq gətirəcək. Bu yığma ya Belarus, ya da Litva olacaq. Əslində, sonuncuların C liqasındakı yerini belaruslulara verməsi o qədər də inandırıcı olmadığından məhz slavyanları mümkün rəqibimiz saymaq mümkündü.

Bir sözlə, artıq sonuncu liqada olduğu dəqiqləşən komandamızı indi yalnız püşk maraqlandırmalıdı. Püşkatma isə 2018-ci il yanvarın 24-də baş tutacaq. Tədbir İsveçrənin Lozanna şəhərində “SvissTech” Konfrans Mərkəzində təşkil olunacaq.
 
D liqasının 16 komandası səbətlərdəki mövqeyi nəzərə alınmaqla 4 qrupa bölünəcək. Mümkün rəqiblərimiz arasında Ermənistan yığması da var. Lakin UEFA-nın qərarına görə, bu iki komanda eyni qrupda yer ala bilməz.
 
Amma liqa çempionluğu və AÇ-2020-yə vəsiqə üçün hər iki komanda sonadək mübarizə aparsa, yarımfinal və ya finaldakı duel qaçılmaz ola bilər. Yalnız qrup qaliblərinin yüksəldiyi və “dördlər finalı”nı xatırladan həlledici qarşılaşmalar 4 komandadan birinin meydanında keçiriləcək. Azərbaycanla Ermənistanın qrup 1-cisi olması isə yarımfinal və finalın digər iki ölkədən birinin meydanında təşkil olunması ilə nəticələnəcək.

İndiyədək iki ölkənin əsas yığmaları üz-üzə gəlməsə də, bu dəfə UEFA məcburiyyətlə üz-üzə qala bilər. Hərçənd, AÇ-2008-in seçmə mərhələsində eyni qrupa düşən yığmaların görüşləri baş tutmayandan sonra UEFA onları ayırmağa qərar vermişdi.

Qeyd edək ki, Millətlər Liqasının qrup oyunları 2018-ci ilin sentyabr-noyabr, həlledici matçları 2019-cu ilin iyununda baş tutacaq. (Apasport)


 
tarix: 09-10-2017 16:45


 
Xəbər lenti
22.10.2017

09:57   Samir oynadı, “Fakel” yenə uduzdu

09:48   "Neftçi" rəhbərliyini əsəbləşdirən 90 faiz

09:36   Əsgərov Latviyada yenə dubla imza atdı

09:30   Təbrikə it də gəldi

09:23   Məhv edilmiş sabah: Təbriz Həsənov qəbirqazan rolunda

09:17   "Kəpəz" rəhbərliyi üçün "yadasaldı pankartı"

09:12   "Kəpəz" yenə Gəncədə oynamayacaq

08:57   Xaqani Məmmədov təhqir edildi, Tahir Süleymanov yada düşdü

01:35   "Monako"dan 2 qolla 3 xal - VİDEO

01:06   “Barselona”dan qələbə, "Valensiya"dan darmadağın - VİDEOLAR

00:58   “İnter”lə “Napoli”dən qolsuz heç-heçə - VİDEOLAR

00:40   Debütantlardan inamlı qələbə

00:20   “Bavariya” qalib gəldi, “Borussiya” yenə xal itirdi - VİDEOLAR

21.10.2017

23:51  Araz Abdullayev oynadı, "Anortosis" qalib gəldi

23:44  "Trabzonspor" yenə uduzdu

23:32  Pillələri sayan "Neftçi", zirzəmidə "möhkəmlənən" "Kəpəz"

23:05  MY uduzdu, MS 3 qolla qalib gəldi - VİDEOLAR

22:43  Vurğunla Amildən “Zirə” üzərindəki qələbəyə şərh - VİDEO 

22:22  Millimizin üzvü oynadı, komandası xal itirdi

21:50  “Qarabağ”dan möhtəşəm qələbə və liderlik

21:23  Rauf Əliyevdən daha bir qol, “Kukesi”dən növbəti qələbə

21:03  "Qarabağ" fanatlarını təhqir etməyim üçün dəli olmağım lazımdı”

20:16  Samir Abasov: “Bu qatardan geri qalsaq, çətinlik çəkəcəyik”

20:10  “Zirə”ni də məğlub edən tapıldı - FOTOLAR

19:46  “Sumqayıt” “Zirə”yə belə qalib gəldi - VİDEO

19:19  Turun son matçında heç-heçə - VİDEO

19:09  “İnter” “Səbail”ə məğlub oldu

18:55  “Zirə”dən ilk məğlubiyyət, “Neftçi”dən ardıcıl 3-cü qələbə!

18:36  “Neftçi”dən növbəti qələbə - FOTOLAR

18:25  “Qarabağ”ın rəqibi 3 xalı 4 qolla qazandı - VİDEO

18:16  Emin Mahmudov: “Seçimimdə yanılmamışam”

17:55  Şahin Diniyev: “Bizim də küçəmizdə bayram olacaq”

17:45  Tərlan Əhmədov: “Neftçi”də qruplaşma hələ tam aradan götürülməyib”

17:42  Məhv edilmiş sabah: 330 minlə 120 minin fərqi

17:32  “Kəpəz” yeni qazondakı ilk matçında “Neftçi”yə uduzdu - VİDEO

17:20  Birinci Divizionda 3-cü tur heç-heçə ilə yekunlaşdı

17:07  Nəsirovlu “Sportinq” 4 qola üzüldü

16:25  İmişlidə 6 qolluq duel - VİDEO

15:21  “Zaqatala” “Binə”yə də məğlub oldu - VİDEO

15:17  UEFA “Kəpəz” – “Neftçi” görüşünə görə dəyişiklik etdi

15:06  Donald Gerrye: “Atletiko”ya qarşı qızım üçün oynadım”

15:00  "Neftçi" rəhbərliyi azarkeşlər arasında

14:55  “eTopaz”da günün canlı oyunları

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az