(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Bu oyun qapıçıların dueli oldu”

“Bu oyun qapıçıların dueli oldu”

Futzal üzrə Azərbaycan Yüksək Liqasının debütantlarından olan “FK.İD.Futsal” keçirdiyi hər iki qarşılaşmada məğlub olsa da, əzmkarlığı, nümayiş etdirdiyi oyunla alqış qazanmağı bacarıb. Futbolinfo.az xəbər verir ki, xüsusilə təcrübəli EKOL-la dueldə bəxtsiz şəkildə uduzan debütantın qapıçısı Ramil Həsənzadə matçdan sonra Azərbaycan Futzal Federasiyasının “Facebook”dakı rəsmi səhifəsinə müsahibə verib.

- Futzal oyunlarında nadir hallarda qeydə alınan hesabla uduzdunuz. 40 dəqiqənin taleyini 1 qolun həll etməsi nəyin nəticəsi idi?
- Bərabər səviyyəli oyun keçdi. Həmin qolu biz vursaydıq, qələbəni bayram edəcəkdik. Əfsuslar olsun ki, onlar kuryoz qol vurdular və 3 xalı aktivlərinə yazdırdılar. Nəticəyə gəldikdə, cəmi bir qol vurulsa da, çoxsaylı epizodlardan istifadə olunmadı.

- EKOL təcrübə və heyətinin oturuşması baxımından sizi bir qədər qabaqlayırdı. Bu amilin həlledici olduğunu qeyd etmək olarmı?
- Bunu yox, qapıçıların çıxışını qeyd etmək istərdim. Bu qarşılaşma qapıçıların oyunu oldu və dueli Emin Kürdov qazandı. Komandası qələbəni onun sayəsində əldə etdi. Doğrudan da, qapıçı komandasının 50 faizidi.

- Yüksək Liqada keçirdiyiniz hər iki oyunda məğlub olsanız da, yaratdığınız çoxsaylı qol epziodu ilə diqqət çəkdiniz...
- Komandamız yeni yaranıb. Buna görə də müəyyən qədər vaxt lazımdı. Çünki transferlərimiz heyətə gec qoşuldu və tam hazırlaşmaq, adaptasiya keçmək, oynayacağımız sistemi mənimsəmək üçün vaxtımız qalmadı. Yeni ilə qədər hər kəs sistemimizə alışacaq. Ola bilsin, qışda heyətimizə 1-2 əlavə futzalçı qataq. 

- Özünüzü yeni çempionatda debütant kimi hiss edirsinizmi?
- Heç kimdən qorxmuruq, çəkinmirik. Debütant olsaq da, hər oyuna qələbə qazanmaq üçün çıxırıq. Rəqibin “Araz”, EKOL və ya digər komanda olmasının heç bir fərqi yoxdu. Çünki bizim də öz məqsədimiz var. Komanda oyundan oyuna inkişaf edəcək, məşqçinin sisteminə alışacaq.

- Komandanın məqsədi nədi?
- Mükafatçılar sırasında yer almaq. Bunun üçün yola çıxmışıq, nəticələrimiz hələlik yaxşı olmasa da, oyunumuz düzgün yolda olduğumuzdan xəbər verir.

- Adətən komanda bir neçə oyunda qələbə qazana bilməyəndə sponsorlar geri çəkilir. Sizdə də bu cür təhlükə varmı?
- Xeyr, elə bir təhlükə yoxdu. Bir il üçün yaradılmış komanda deyilik. Planımıza köklü klublardan olmaq, davamlı fəaliyyət göstərmək daxildi.

- Yeri gəlmişkən, eşitdiyimizə görə gənc futzalçıları da komandanın hazırlıq prosesinə cəlb edirsiniz. 
- Birinci Liqada da bir komandamız çıxış edir. Orada əsasən gənclər çıxış edir. Qapıçılara özüm məşq keçirəm. Həmin komanda bizim ehtiyat qüvvəmiz olacaq. Gələcəkdə Yüksək Liqada onların da xidmətindən istifadə etməyi planlaşdırırıq. Perspektivli uşaqlar var, üzərlərində çox işləməlidilər.


 
tarix: 09-10-2017 19:26


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az