(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Prosineçkinin yeni oyunu

Prosineçkinin yeni oyunu

Robert Prosineçki yenə oyun oynayır. Bakıya qayıtdığını deyib, vətəninə yollanmasını demirik, xorvat məşqçi yenə köhnə üsulllarla qiymət qaldırır.
 
Bu gün xəbər çıxıb ki, Prosineçki Sloveniya yığmasını çalışdıra bilər. Guya o, sözügedən komandada işləmək üçün ilinə 800 min avro tələb edib. Xəbərə tələsik münasibət bildirən Sloveniya Futbol Federasiyasının prezidenti Rade Miyatoviç isə deyib ki, həmin  məbləği ödəmək imkanında deyillər: “Prosineçkinin 800 min avro istədiyindən xəbərim yoxdu. Amma federasiyasının maliyyə durumu elə də yaxşı deyil. Belə yüksək vəsaiti xərcləyə bilmərik".
 
Yadınızdadısa, bir neçə ay öncə eynii ssenarili xəbərlər daha çox idi. “Valensiya” və başqa ispan klubları, müxtəlif Türkiyə təmsilçiləri Prosineçki üçün “sıraya durmuşdu”. Hətta “Bursaspor”un prezidenti Roberti yuxusunda da görürdü. Amma ən maraqlısı odur ki, heç kim rəsmi təklif göndərmir, hətta bursalılar da AFFA-nın qapısını döymürdü.
 
Bütün bunlar menecer oyunları idi. Millimizin məşqçisinin müqaviləsinin bitməsinə 6 ay qalmışdı və yeni anlaşma imzalamaq lazım gəlirdi. Bu səbəbdən Prosineçki və onun başına ağıl qoyan menecerlər belə söz-söhbətləri mətbuata sızdırmaqla qiymət qaldırmağa cəhd edirdi. Yaxşı ki, AFFA-dakıların pulu qurtarmışdı və bu şaiyələrə məhəl qoymadılar. Pul olsaydı tora düşəcəkdilər, amma vəziyyət çətinləşdiyi üçün müqavilənin bitiminə kimi dirəşdilər.
 
İndi Robertin anlaşması bitir və onu müqaviləni uzatmaq istəyir. Elə bu səbəbdən həftə ərzində çox belə xəbərlər eşidəcəyik. Azərbaycan millisində ilinə 1,2 milyon (200 mini köməkçiləri üçündü – red.) avro alan Prosineçki Sloveniya variant vasitəsi ilə qiymətini qaldırır. Sloveniyallardan 900 min istəyirsə, deməli, bizimkilər daha çox verməli, ən azından əvvəlki anlaşmanı eyni şərtlərlə yeniləməlidilər - Sloveniyadan fərqli olaraq, Azərbaycan Avropanın göbəyi deyil.
 
Amma yeni müqavilə imzalamaq üçün lüzum yoxdu. Əvvəla, Qurban Qurbanov kimi daha yaxşı yerli, nisbətən ucuz qiymətə Robertdən də bacarıqlı əcnəbi məşqçilər varkən, həvəssiz xorvatla anlaşmaq doğru olmaz. Onun potensialının maksimumunu gördük. Həm də bu məşqçi özü müsahibələrində qeyd edir ki, Azərbaycanın final mərhələlərində oynamaq şansı, layiqli ehtiyat qüvvəsi yoxdu. O zaman hədəfsiz, perspektiv görməyən məşqçiyə milyonlar dağıtmağın nə mənası var?

 
tarix: 10-10-2017 12:22


 
Xəbər lenti
17.12.2017

10:06   Araz Abdullayevdən qol ötürməsi - VİDEO

02:19   “Valensiya” uduzdu, “Atletiko” qalib gəldi - VİDEOLAR

02:11   “İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi - VİDEOLAR

01:44   PSJ 3 xalı 4 qolla qazandı - VİDEO

01:26   “Borussiya” və “Bavariya”dan çətin qələbə - VİDEOLAR

00:52   MS “Tottenhem”i böyük hesabla yendi, “Çelsi” və “Arsenal” qalib gəldi - VİDEOLAR

00:30   “Trabzonspor” tək qolla güldü

16.12.2017

23:27  “Real” dünya çempionu oldu - VİDEO

22:55  Dəniz Yılmaz “Bursaspor”a lazım olmadı

21:27  Yunis Hüseynov istədi, “Kəpəz”də yeni məşqçi təyinatları gerçəkləşdi

20:56  Nəsirov ehtiyatda qaldı, komandası qalib gəldi

19:53  Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi

18:00  Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37  “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36  Fransa klubu baş məşqçisini qovdu

15:28  FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36  “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59  “Qəbələ”də yeni müqavilə

13:42  “Kəpəz”də baş məşqçi istefaları

13:39  “Neftçi” legioneri ilə yolları ayırdı

13:16  Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02  Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01  BOM-da təqdimat - FOTOLAR

11:46  “eTopaz”da günün canlı oyunları

11:22  “TOPAZ”DA BU GÜN

11:08  Nazim Süleymanov yenidən “Alaniya”da

10:05  Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08  “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56  La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30  “Borussiya”dan inamlı qələbə - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az