(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Messi Argentinanı DÇ-yə daşıdı - VİDEOLAR

Messi Argentinanı DÇ-yə daşıdı - VİDEOLAR

Cənubi Amerika zonasında DÇ-2018-in seçmə mərhələsinin son turunun oyunları keçirilib.

Futbolinfo.az xəbər verir ki, Argentina yığması səfərdə Ekvadora 3:1 hesabı ilə qalib gəlib. Bu qələbə sayəsində Argentina DÇ-yə birbaşa vəsiqə qazanıb. Argentinanın hər üç qolunu Lionel Messi vurub.

Səfərdə Braziliyaya 0:3 hesabı ilə məğlub olan Çili isə DÇ-dən kənarda qalıb. Elə öz meydanında gözlənilmədən Venesuelaya 0:1 hesabı ilə məğlub olan Paraqvay da Rusiyaya getmək şansını itirib.

Peru - Kolumbiya görüşü 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə Kolumbiya DÇ-yə vəsiqə qazanıb. Peru isə pley-off qarşılaşmasında qüvvəsini sınayacaq. Boliviyaya 4:2 hesabı ilə qalib gələn Uruqvay da Rusiyaya bilet sifariş verib.

Braziliya yığması isə daha əvvəl DÇ-yə vəsiqəni təmin etmişdi.

DÇ-2018-in seçmə mərhələsi
11 oktyabr

Braziliya - Çili 3:0
Qol: Paulinyo, 55. Jezus, 57; 90+3.

Ekvador - Argentina 1:3
Qol: İbarra, 1 - Messi, 12; 20; 62.

Paraqvay - Venesuela 0:1
Qol: Y.Errera, 84.

Peru - Kolumbiya 1:1
Qol: Qerrero, 76 – X.Rodriqes, 56.

Uruqvay - Boliviya 4:2
Qol: Kaseres, 40. Kavani, 42. Suares, 60; 76 – Q.Silva, 24-öz qapısına. Qodin, 79-öz qapıısna.


- - - -