(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Neftçi”də boş qalan post

“Neftçi”də boş qalan post

“Neftçi” yeni işçi axtarır. Klub rəhbərliyi Media və Marketinq Departamentini tapşırmaq üçün kadr sorağındadı.
 
Futbolinfo.az xəbər verir ki, Rüstəm Əfsərlinin gedişindən sonra bu post vakantdı. Anar Şabanoğlu “Neftçi”yə təyinat alsa da, o, heç də sabiq həmkarımızı tam səlahiyyətdə əvəzləməyib. Anar bəy kluba yalnız mətbuat katibi kimi işə cəlb olunub.
 
Bəs, sözügedən departamentin taleyi necə olacaq? Yoxsa Rüstəm bəyin gəlişi ilə yaradılan bu şöbə yenidən struktur dəyişikliyi nəticəsində başqa departamentə birləşdiriləcək? Bu suallara rəhbərlikdən cavab almağı elə Anar bəydən istədik: “Mən mətbuat xidmətinə rəhbərlik edirəm. Departamentə kimin rəhbərlik edəcəyi hələlik bilinmir. Bu haqda başqa heç nə deyə bilmərəm”.
 
Bizdə olan bilgiyə görə, hazırda bu posta təyinat məsələsi mübahisəyə səbəb olub. Klub prezidenti Orxan Hüseynzadə ilə vitse-prezident Elnur Eyvazovun münasibətləri qaydasında deyil və onlar işçilərin təyinatı, maaşlarının müəyyənləşdirilməsi məsələsində ortaq məxrəcə gələ bilmirlər. Prezident maliyyə məsələlərində əsas söz sahibi olan müavininin öhdəsindən gəlməyi bacarmır.
 
Müsahibəsində “maliyyə məsələlərində heç bir problemimiz yoxdu” deyən Eyvazov, bu açıqlaması ilə prezidenti çətin vəziyyətdə qoymuşdu. Faktiki o, maliyyədə problem olmadığını, axsayan idman nəticələrinə görə Hüseynzadənin cavab verməli olduğunu işarə etmişdi.
 
Bir neçə gün öncə özünə müşavir götürən Hüseynzadə, ümumiyyətlə, hər addımda Elnur bəyin müqaviməti ilə rastlaşır. O, nəticələrin pisliyini əsas götürərək, Orxan bəyə qalan azacıq inamı da aradan qaldırmaq niyyətindədi. Bu təyinatın yubadılmasında da əsas məqsəd qışda yola salınması planlaşdırılan Hüseynzadənin daha bir kadrının kluba ayaq açmasına əngəl törətməkdi. Eyvazov hətta yayda gətirilən bir neçə işçinin də yola salınmasına çalışır.
 
FƏRİD

 
tarix: 12-10-2017 09:00


 
Xəbər lenti
17.01.2018

03:00   “Lester”lə “Vest Hem” də növbəti mərhələyə vəsiqə qazandı

02:46   Çempion yenə xal itirdi - VİDEOLAR

02:16   “Sürix”lə matç öncəsi son məşq

01:12   “Fənərbaxça” 1/4 finalda, “Bursaspor”la “Trabzonspor” dayandı

00:24   Divizion təmsilçilərinin duelində 3 qol - VİDEO

16.01.2018

23:32  Mustafa Dənizli Azərbaycan klubu ilə razılığa gəldi

22:31  “Sürix”lə ikinci sınaq - VİDEO

20:36  “Qarabağ” “Kuban”la oyuna hazırdı

19:20  Rəşad Sadıqovdan uğurlu debüt

18:54  “Qarabağ” dünyanın 100 ən güclü klubu sırasında

18:33  “Kəpəz” daha 3 transferi rəsmən açıqladı - FOTO

18:11  “Çempionatın startına kimi tam hazır olmağa çalışacağıq” - VİDEO

17:50  “Neftçi” futbolçusu ilə müqaviləyə xitam verdi

17:31  “Sabah” “Binə”yə qalib gəldi

17:11  “Qəbələ” - “Sürix” matçının başlama saatı açıqlandı

16:47  Prosineçkidən Şehiç açıqlaması

16:23  Millimizdən 6 qolluq qələbə

16:00  Sergey Litovçenko “Kəpəz”i seçməsinin səbəbini açıqladı

15:45  Türkiyə klubu Mahirə olan borcunu ödəmədiyi üçün cəzalana bilər

15:17  “Kəpəz” iki legionerlə müqavilə imzaladı

14:27  Fransa millimizlə oyuna 14 futzaçı ilə hazırlaşacaq

14:07  “Neftçi” 2 dövrənin antirekordçusudu

13:54  Rəqib baş məşqçi yekun heyəti açıqladı

13:08  Stadionda faciənin qarşısı alındı - FOTO

12:19  “Azərbaycan millisinə qiymət vermək çətindi”

11:55  UEFA Superkuboku üçün 9 namizəd

11:41  “Sumqayıt” Divizionun liderinə belə qalib gəldi - VİDEO

11:20  “Zirə” - “Keşlə” matçının məkanı bəlli oldu

11:00  “eTopaz”da günün canlı oyunları

10:27  Futbolçunu vuran hakim cəzalandı, qərarı ləğv olundu

10:00  “TOPAZ”DA BU GÜN

09:36  Büdcəni aşan komitəyə “qulaqburma”

09:28  AFFA-nın yalanı: hollandlar razılıq verməyibmiş

09:24  Erməni məşqçiyə ömürlük cəza

09:12  Aleksandr İaşvili: “Razılaşmamız rəsmi xarakterli deyildi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az