(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Denisin oyunu

Denisin oyunu

Futbol etibarsızdı. Bu gün Denis Silvanın üzləşdiyi aqibət qənaətimizi bur daha təsdiqləyir.
 
“İnter” “Qarabağ”a qarşı normal futbol oynadı, hətta hesabı açmaq üçün daha real şanslar qazandı. Amma qalibi ustalıq səviyyəsi, bir də futbolçuların fiziki durumu müəyyənləşdirdi. Düzdü, ağdamlıların yaraəvəzedici heyəti meydanda istədiyini edirdi, lakin son 15 dəqiqəyə kimi onlar həm süni örtüyün gətirəcəyi zədələrdən qorunmağa çalışır, həm də sanki istədikləri vaxt qol vuracaqlarına əminlikdən arxayın oynayırdı.
 
Qurban Qurbanov tempi artırmaq, hücumu gücləndirmək üçün 3 dəyişiklik etdi və qısa zamana istədiyinə nail oldu. Riçard Almeyda hələ oyuna alışmamış vacib zərbə vurdu, dirəkdən qayıdan topu Dino Ndlovu tora atdı. Daha sonra ikinci qol gəldi. Zaur Svanadzenin əvəzləmələri isə oyunu gücləndirməyə yox, yorulanların nəfəslərini dərməsinə hesablanmışdı. “Qarabağ”ın hətta ikinci heyəti də “İnter”dən güclüdü.
 
Çempionlar Liqasında “Atletiko”yla oyunöncəsi “Qarabağ” həm gücünə qənaət etdi, həm də vacib qələbə qazandı. Premyer Liqada ciddi rəqibi olmayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçulara motivasiya verməkdə çətinlik çəksə də, qələblər sıralanır. Çünki rəqiblər aşkar zəifdi, Qara Qarayevi eksperiment aparıb müdafiəyə yox, qapıya da qoysan, xal qazanmaq problem olmamalıdı. Bir də məşqçinin Elvin Yunuszadəni yenidən qazanması alqışalayiqdi - o qədər səhvdən sonra da Qurbanov bu müdafiəçiyə tam dəstək verib, onu sabit oynayan birinə çevirdi.
 
Qurbanov millinin düşərgəsində çox əziyyət çəkən oyunçuları qoruyub, Pedro Enrike, Dino Ndlovu kimi futbolçulara praktika qazandırmağa çalışdı. Bəlkə də süni qazon üzərində onların oynadılması riskliidi, lakin 3 həftəlik fasilədən sonra “Atletiko” ilə oyuna çıxacaq oyunçular mütləq top görməliydi. Bu səbəbdən Qurban bəy qarışıq heyətə üstünlük verdi və istədiyinə nail oldu.
 
Qəzasız ötüşmək mümkün olmadı. Komandanın əsas hücumçusu Ndlovu ikinci qolu vurarkən ayağını zədələdi və texniki heyətin köməyi ilə meydanı tərk etdi. Onun zədəsinin ciddi olub-olmadığı, oktyabrın 18-də Çempionlar Liqasında “Atletiko” ilə matçda oynayıb-oynamayacağı tibbi müayinədən keçdikdən sonra bilinəcək. Lakin ilkin baxışdan görünürdü ki, faciəvi bir şey baş verməyib, bəlkə də birgünlük istirahət cənubi afrikalı legionerə kifayət edəcək.
 
“İnter” uduzmasaydı, buna görə Denis Silvaya minnətdar olacaqdı. Bu oyunçu 80 dəqiqə müdafiədə o qədər etibarlı oynadı ki, El Yunussidən 14 dəfə az maaş aldığı hiss olunmurdu. Təcrübəsi hesabına soyuqqanlı, inamlı oynayırdı. Lakin bakılıların uduzmasına görə də günahkar odu – ilk qolda adi epizodda topu uzaqlaşdıra bilmədi, ikincidə qapıçının götürəcəyi topu məhsuldar ötürməyə çevirdi.
 
Futbol buna görə ədalətsizdi. Amma Denisin 10 dəqiqəyə belə dəyişməsinin səbəbi yorğunluq, klub daxilindəki problemlərin yaratdığı psixoloji gərginlik, əvəzedilmədən oynamaq idi. Qəhrəmanın bir anda antiqəhrəmana çevrildiyi matçda baş rolda braziliyalı müdafiəçi “çəkilmişdi”.
 
CAVAD

 
tarix: 13-10-2017 18:20


 
Xəbər lenti
17.07.2018

15:08   Ramos qayıdır: “Sabah” “Neftçi”nin daha bir veteranını gətirir

14:52   “Neftçi” sabah yoxlama oyunu keçirəcək

14:40   “Barselona”dan rekord gəlir

14:32   Laqeyd olduğumuz “Qarabağ”

14:11   “Sabah” yeni transferini rəsmən açıqladı - FOTO

14:06   Qriqorçuk “Qəbələ”nin mərhələ keçəcəyinə inanır

14:01   “Sabah” da Türkiyə toplanışına start verdi

13:52   “Neftçi” müraciət etdi

13:41   “O zərbə qol olsaydı, mən də karyeramı bitirməliydim, qapıçı da”

13:35   İsmayılovun jurnalistlərlə görüş vaxtı açıqlandı

13:29   “Kintana çox təhlükəli futbolçudu” - Qayiç

12:33   MY-dən “Ayaks”a 20 milyon avroluq transfer

11:45   “Valensiya”dan “Xetafe”yə

11:22   Kaseres rəsmən La Liqa klubunda

11:00   “eTopaz”da günün canlı oyunları

10:41   Rakitiç bu mövsüm hamını qabaqladı

10:32   Super Liqa klubu yeni hücumçu aldı - FOTO

10:19   “TOPAZ”DA BU GÜN

09:58   Maksimov məğlub kimi getdi: səhvləri rəhbərliyə onu qovmaq imkanı yaratdı

09:44   “Yuventus” Ronaldonu təqdim etdi: “Burada da iz buraxmaq istəyirəm”

09:38   “Neftçi”nin rəqibində qarşıdurma: “Rəhbərlik müflis olduğunu bildirir”

09:32   “Qarabağ”dan Polşa klubuna

09:30   Avroliqada ilk qaliblər bəlli olur - YENİLƏNİR

09:00   ÇL-də 1-ci təsnifat mərhələsi həyəcanı davam edir - YENİLƏNİR

00:02   “Sumqayıt” Boluda ilk məşqinə çıxdı

16.07.2018

23:35  “Sumqayıt” artıq Boludadı - VİDEO

23:16  “Neftçi” “Uypeşt”lə cavab matçına bir itki ilə hazırlaşır

22:28  “Keşlə”dən Yuri Maksimov açıqlaması - RƏSMİ

21:06  “Qarabağ” - “Olimpiya” matçına nə qədər bilet satılıb?

18:30  Maksimov “Keşlə”dən getdi

17:14  “Qarabağ” - “Olimpiya”: Mətbuat konfranslarının vaxtı açıqlandı

16:38  “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

16:00  Millidə debüt etmədən dünya çempionu oldu, tarixə düşdü

15:40  A Seriyası klubundan yeni transfer - FOTO

15:25  “Qarabağ”dan abituriyentlərə jest

14:49  Danimarka yığmasının üzvü Premyer Liqa klubunda

14:35  “Çelsi”nin yetirməsi La Liqa klubunda

14:00  “Borussiya”dan Premyer Liqa klubuna

13:42  Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32  “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17  “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06  Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50  Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36  Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19  Çempiona 38 milyon dollarlıq mükafat

11:54  Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30  “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21  Mandzukiç tarixə düşdü

11:11  “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00  “eTopaz”da günün canlı oyunları

10:47  Kurtua fəxr edir

10:40  Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33  “Finalda belə penalti təyin etmirlər”

10:21  Argentina və Uruqvaya çatdı - Fransa

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az