(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
İspanlar "Qarabağ"dan yazır: Qvardiola kimi Qurbanov

İspanlar "Qarabağ"dan yazır: Qvardiola kimi Qurbanov

“Atletiko”nun Çempionlar Liqasının qrup mərhələsində üz-üzə gələcəyi “Qarabağ” İspaniya mətbuatının gündəmindən düşmür. “Marca” nəşri Ağdam klubunun tarixi barədə yazı dərc edib.
 
Məqalədə ən diqqətçəkən məqam “Qarabağ”ın “evsiz çempion” kimi təqdim edilməsidi. Azərbaycanla Ermənistan arasındakı münaqişəyə toxunan ispanlar “Qarabağ”ın bu səbəbdən 20 ildən çoxdu Bakıda məskunlaşdığını vurğulayıblar: “İspaniyalı Ruben Sellesin məşqçi kimi çalışdığı komanda müharibə ucbatından şəhərsiz və stadionsuz qalıb. Həmçinin, bir milyondan çox insan qaçqın düşüb. Komandanın məşqçisi Allahverdi Bağırov Ağdam döyüşlərinə könüllü qatılıb və həlak olub. Baş verənlər klubu 255 km uzaqlıqda olan Bakıya köçməyə məcbur edib. Hazırda “Azərsun Holding”in sponsoru olduğu kluba Tahir Gözəl başçılıq edir”.
 
Eyni mövzuda yazı hazırlayan “Mundo Deportivo” “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanmaqla, yeni tarix yazdığını qeyd edib: “İspaniyalı futbolçular Miçel və Dani Kintana baş məşqçi Qurban Qurbanovun komandasının sütunlarındandı. Qurbanovun sistemi Pep Qvardiolanın “Barselona”da tətbiq etdiyi sistemlə eynidi. Qvardiolanın bu sistemini bəyənən Qurbanov bu barədə daha geniş məlumat almaq üçün 2012-ci ildə “Barselona”nın düşərgəsində olub, Qvardiola ilə söhbət edib. Buna görə də, “Qarabağ” Qafqazın “Barselona”sı adlanır. Qurbanov 4-2-3-1 taktiki sxeminə üstünlük verir. İspaniyalılarla yanaşı, yeni ulduzu parlayan və sol cinahda çıxış edən gənc Mahir Mədətov, həmçinin hücumçu Dino Ndlovu ən təhlükəli futbolçularıdı”.
 
Qeyd edək ki, sabah Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ” – “Atletiko” görüşü saat 20:00-da başlayacaq (apasport).

 
tarix: 17-10-2017 13:29


 
Xəbər lenti
21.02.2018

09:39   Messi "Çelsi" tilsimini qırdı

09:27   “TOPAZ”DA BU GÜN

09:00   “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03   Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

01:43   “Beşiktaş” darmadağın oldu, “erkən final”da qalib müəyyənləşmədi

00:34   Təxirə salınan oyundan qol səsi çıxmadı

00:02   Millimizin sabiq üzvü üçün 76 dəqiqə

20.02.2018

19:17  Bundesliqa klubunda yeni baş məşqçi

18:54  Bombardir fərqi 5-ə yüksəltdi

18:38  EKOL büdrədi, “Araz” yenə qalib gəldi

18:00  Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi

17:28  Topaz Premyer Liqasında 17-ci turun oyun cədvəli

17:17  “Bayıl Arena”da bir gündə iki çempionat oyunu

16:11  Birinci Divizionda 15-ci turun oyun cədvəli

16:00  “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO

15:28  “Sumqayıt”ın prezidenti bəlli oldu - RƏSMİ

15:19  “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı

14:54  Şehiç həftənin rəmzi yığmasında

14:46  Millimizlə qarşılaşma ən az gəlir gətirən oyun oldu

13:55  “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi

13:47  Droqba Fransa klubunda - FOTO

12:52  PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi

12:00  “TOPAZ”DA BU GÜN

11:25  “Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:43  İspaniya futbolunda şok - Danışılmış oyunlara görə 24 nəfər saxlanıldı

10:26  Bundesliqa klubunda baş məşqçi istefası

10:01  “Kəpəz”in “yeyilən” xalı - VİDEOFAKT

09:17  Qarşılıqsız sevgi barədə ATMACA

09:04  Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı

09:00  Yiyəsiz “Zirə”

02:42  MS-ni kubokdan qovdular - VİDEO

02:31  “Xetafe”dən darmadağın - VİDEO

02:19  “Latsio”dan inamlı qələbə - VİDEO

01:57  “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21  “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az