(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Qara Qarayev pula baxmadan gedəcək

Qara Qarayev pula baxmadan gedəcək

 “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsində növbəti oyununu sabah “Atletiko”ya qarşı keçirəcək. Bakıdakı matçdan öncə baş tutan mətbuat konfransında yarımmüdafiəçi Qara Qarayev də iştirak edib.
 
O, söhbətə rəqibi tərifləməklə başlayıb:
 
- Rəqib son vaxtlar alqışalayiq futbol göstərir. Qrupumuzda ən aqressiv oyun göstərən komandadı. Sabah da belə olacaq. Amma biz də azarkeşlərimiz önünə yaxşı futbol göstərmək istəyirik. Xal qazansaq, əla olar. İnşallah, yaxşı nəticə ilə ayrılarıq.
 
- Hazırda işğal altında olan şəhəri təmsil etmək sizin üçün nə deməkdi?
- Sözsüz ki, doğma vətəndə oynamamaq şəxsən mənə bəzən problem yaradır. Buna baxmayaraq, “Qarabağ” klubu bu hisslərin qarşısını az da olsa, ala bilir. Düşünürəm ki, çox keçmədən oyunlarımızı doğma şəhərdə keçirəcəyik. Üzərimizdə böyük məsuliyyət var. Həmin torpaqları təmsil edirik.
 
- Bu yaxınlarda millinin heyətində Almaniya yığmasına qarşı oyunda iştirak etdiniz. Həmin görüşün birinci hissəsindəki ab-havanı sabahkı matçda da görə bilərikmi?
- Millinin heyətində oynamaq “Qarabağ”da oynamaqdan fərqlidi. Yığmada çıxış edən həyəcan daha çox olur. Buna rəğmən, Almaniyaya qarşı birinci hissədə yaxşı oynadıq. Amma ikinci hissədə rəqibin təzyiqinə tab gətirə bilmədik. Biz həmin ab-havanı kluba da gətiririk. Düşünürəm ki, həmin ab-hava “Atletiko” ilə görüşdə də bizə kömək edəcək.
 
- Son 4 ildə “Qarabağ”da əsas heyət üzvüsüz. Buna rəğmən, hələ də Avropa klublarından real təklif almırsız. Bunun səbəbini nədə görürsüz?
- Görünür, hələ lazımi səviyyəyə çatmamışam. Bu təklif təkcə mənə yox, heç bir azərbaycanlı futbolçuya gəlmir. Səbəbin nə olduğunu bilmirəm. Əvvəl də demişəm ki, Avropanın hansısa komandasından mənə təklif gəlsə, pula baxmayacam, gedib oynayacam. Karyeramı Avropada davam etdirməyi çox istəyirəm.
 
- Sabahkı matça biletlərin hamısı satılmayıb. Stadionun tam dolması üçün azarkeşlərə hansı çağırışı edə bilərsiz?
- Qrupa düşəndən sonra Bakıda 3 böyük oyunumuz olmalı idi. Artıq birini keçirmişik, 2 matçımız qalıb. Bu görüşlər ölkəmizdə futbol bayramı kimi qeyd olunmalıdı. Düşünürəm ki, 1 gün ərzində hər hansı çətinliyə düşmək olar. Sabah bizə azarkeş dəstəyi çox lazım olacaq. Bu, komandanın daha yaxşı motivasiya olması üçün vacibdi. Məncə, qalan biletlər də sabah satılacaq.

 
tarix: 17-10-2017 14:31


 
Xəbər lenti
25.02.2018

19:01   “Qarabağ” “Kəpəz”ə qarşı - YENİLƏNİR

18:46   Samir Abasov: “Allah bu 3 xalı bizə pay verdi”

18:31   “Sumqayıt”ın növbəti qələbəsi - FOTOLAR

18:07   “Sumqayıt” “Keşlə”yə də qalib gəldi - VİDEO

17:19   Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”

17:12   Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”

15:04   “İnter Arena”da 1 dəqiqəlik sükut

14:49   Müəllimləri istismar edən icra başçısının öz qohumları haradadı?

12:54   Aqibəti Antalyada müəyyənləşən “Neftçi”

11:33   “Duysburq” Eratsız qalib gəldi

11:09   “eTopaz”da günün canlı oyunları

10:50   Millimizin sabiq üzvü üçün 90 dəqiqə

10:26   Nəsirovsuz “Sportinq” yenə xal itirdi

10:00   “TOPAZ”DA BU GÜN

09:24   Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal

03:30   “Səbail”dən “Qəbələ”yə ağır zərbə - FOTOLAR

02:29   Çempion 3 qol vurub, 1 xal qazandı - VİDEO

02:08   “İnter”dən inamlı qələbə - VİDEOLAR

01:53   “Barselona” 6, “Real” 4 qolla qalib gəldi - VİDEOLAR

01:27   “Liverpul”dan darmadağın - VİDEOLAR

00:59   “Bavariya” xal itirdi - VİDEOLAR

00:17   “Trabzonspor”dan səfər qələbəsi

24.02.2018

23:50  Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal

22:25  “Neftçi”nin “Zirə” ilə heç-heçəsi - FOTOLAR

22:18  Bombardirlərin yarışında fərq azaldı

21:36  “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”

21:26  Tərlan Əhmədov: “Gələcəyə ümid var”

20:45  Paytaxt derbisində hərəyə 1 qol, 1 xal - VİDEO

19:58  “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

18:59  “Səbail” “Qəbələ”ni belə məğlub etdi - VİDEO

18:41  “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə

18:32  Samir Əliyev: “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq”

18:19  Roman Qriqorçuk: “Bunu gözləmirdim”

17:18  “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

16:16  “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü

14:49  AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi

13:03  “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu

12:16  “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”

11:40  Xidməti müqavilələr, şəxsiyyət vəsiqəsi olmadan alınan xarici pasportlar…

11:04  “eTopaz”da günün canlı oyunları

10:07  3,6 milyonu yeyən adamın yalanları

09:47  “TOPAZ”DA BU GÜN

09:34  Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi

02:04  Autsayderlərin duelində heç-heçə - VİDEO

01:56  Qolsuz başlanğıc - VİDEO

01:49  “Maynts”la “Volfsburq”dan heç-heçə - VİDEO

00:52  Təbriz klubu darmadağına üzüldü

00:01  Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az