(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
“CBC Sport”un xəcaləti: vədə əməl edə bilmədilər

“CBC Sport”un xəcaləti: vədə əməl edə bilmədilər

Bir müddət öncə Türkiyə Super Liqasını yayımlayacağına dair müjdə verən, lakin sonradan buna əməl edə bilməyən “CBC Sport” telekanalı yaranmış vəziyyətlə bağlı rəsmi açıqlama yayıb.

Futbolinfo.az sizi həmin açıqlama ilə tanış edir:

“Çox hörmətli tamaşaçılarımız, futbol ictimaiyyəti!

Təəssüf hissi ilə bildirmək istəyirik ki, Türkiyə Super Liqasının oyunlarının rəsmi yayım hüququna malik “DigiTürk” şirkətinin birtərəfli istəyinə əsasən, “CBC Sport” ilə bu qurum arasında müqaviləyə xitam verilib. Belə olan halda biz heç cür vədimizə əməl edə bilmirik və Türkiyə Super Liqasının oyunları bizim kanalda yayımlanmayacaq.

“DigiTürk”dən olan tərəfdaşlarımızın müqavilə bağlayıb, sonra isə onu birtərəfli qaydada ləğv etməsi həm bizə, həm müqavilənin bağlanmasında vasitəçi “Saran Holding” şirkəti əməkdaşlarına müəmma olaraq qalır.

Məsələni araşdırmağa çalışdıq və gəldiyimiz qənaəti sizinlə də bölüşürük. Lakin xatırlatmaq istəyirik ki, bu, bizim təxmin və ehtimallardır.

Rəsmi müqavilə bağlanandan sonra efirmizdə, kanala aid bütün sosial şəbəkələrdəki səhifələrmizdə, həmçinin Azərbaycandakı jurnalist dostlarmızla bu xoş xəbəri bölüşdük. Çünki bu müqavilənin bağlanması naminə olmazın əziyyət çəkmiş, çoxlu enerji sərf etmişdik. Super Liqa oyunlarının ilk dəfə ölkə xaricində açıq yayımda olan telekanal tərəfindən göstəriləcəyi xəbəri ertəsi gün qardaş və dost Türkiyədə, onun mediasında geniş müzakirələrə səbəb oldu. Əldə etdiyimiz məlumata əsasən, ilk 24 saat ərzində “CBC Sport” telekanalını Türkiyə ərazisində izləmək üçün lazım olan peyk avadanlıqları, hətta illərlə anbarlarda yığılıb qalan texniki mallar belə, sürətlə alınıb. Amma tələb o dərəcədə böyük olub ki, hətta bütün bunlar da Türkiyədə texniki vasitələrə yaranan tələbatı tam ödəməyib.

Türkiyə mediasını və müxtəlif forumları monitorinq etdikdə niyə Türkiyədə yerli çempionatın oyunlarını izləmək üçün futbolsevərlər pul verməli, Azərbaycanda isə oyunlar pulsuz nümayiş etdirilməlidir kimi etiraz dolu çoxsaylı fikirlərə rast gəldik.

Bu iki məqam arasında paralel aparanda belə düşünmək olar ki, məhz bu cür nüansların üzə çıxması nəticəsində “DigiTürk”də çalışan tərəfdaşlarımız müqaviləni ləğv etmək kimi radikal addım atıblar. Bir daha bildirmək istəyirik ki, bu, məsələyə bizim şəxsi baxışımızdır. Və bütün bunları, sadəcə, ehtimal edirik.

Biz heç vaxt pul, qazanc və reklam dalınca qaçmamışıq. Çünki bizim əsas qazancımız siz tamaşaçıların maraq və sevgisidir. Amma adi həyatda olduğu kimi, televiziya həyatında da bəzən çalışıb işi daha yaxşı görmək istəyirsən, lakin kənar müdaxilələr buna imkan vermir.

Ölkə idmansevərlərini həmişə yeniliklərlə və maraqlı idman layihələri ilə sevindirən “CBC Sport” yaranmış xoşagəlməz vəziyyətə görə sizlərdən üzr istəyir!

Problemin müsbət həlli üçün əlimizdən gələni etdik, təəssüf ki, etdiklərimiz yetərli olmadı. Haqlı irad və etirazlarınızı anlayışla qarşılayır, qəbul edirik. Vədimizə əməl edə, Türkiyə Super Liqasının oyunlarını yayımalya bilmədiyimizə görə bir daha üzrxahlıq edirik.

P.S. Bu, “CBC Sport” telekanalının rəsmi məlumatıdır. Jurnalist dostlarımızdan, “Facebook”, “Twitter” və “İnstagram” istifadəçilərindən artıq dərəcədə xahiş edirik ki, məsələ ilə bağlı kanal rəhbərliyinə, eləcə də istənilən əməkdaşına müraciət etməyəsiniz”.


 
tarix: 18-10-2017 14:22


 
Xəbər lenti
18.12.2018

21:51   “Qarabağ”dan Reynaldo ilə bağlı maraqlı VİDEO

18:10   “Neftçi” “Sumqayıt”la cavab matçına hazırlığı başa vurdu

17:24   Super Liqa klubunda ciddi itki

17:08   Prosineçki yığmamıza qayıdır? - Özü açıqladı

16:27   Türkiyədə ilin ən yaxşıları bəlli oldu

15:58   Messi Xavini geridə qoydu

15:33   “Neftçi” Mezzotero ilə yeni müqavilə bağladı

14:50   İdman Araşdırmalar Mərkəzi “İlin qalibləri"ni açıqladı - SİYAHI

14:33   MY Mourinyonu qovdu - RƏSMİ

14:02   AFFA daha 2 komandaya texniki məğlubiyyət verdi

13:47   AFFA rəsmiləri Belarusda səfərdə olub

13:22   Azərbaycanlı məşqçilər Pro lisenziyasına qovuşdu

12:59   Kamran Ağayev və Zaur Axundova görə pul cəzası

12:36   AFFA bütün millilərə əcnəbi axtarır

12:27   1/4 finalın cavab oyunlarına hakim təyinatları açıqlandı

12:05   “Topaz”: İnzaqi ilə Qattuzo rəqib kimi, “Ştutqart”ın 13 illik “tilsimi”

11:42   “Keşlə”nin kubokda 25-ci məğlubiyyəti

11:24   “Neftçi” 75-ci oyunda “50”yə çatmadı 

11:01   Quliyevin dublu millimizə qələbə qazandırdı

10:32   Çempionlar Liqasında 1/8 finalın TƏQVİMİ

10:00   “eTopaz”da günün canlı oyunları

09:30   Pepe “Beşiktaş”dan getdi - RƏSMİ

09:00   Kamran Ağayevin vərdişi

02:12   “Alaves”lə “Atletik”dən heç-heçə

01:39   “Latsio” “Atalanta”ya uduzdu

00:05   Ufuk Budak oynamadı, “Boluspor” xal itirdi

17.12.2018

22:55  Ozan Canın komandası darmadağın oldu

22:55  “Fənərbaxça” qələbəni əldən verdi

21:47  Əfran qayıtdı, Şəhriyar məşqə qatılmadı

19:00  37 yaşlı futbolçu La Liqanın tarixinə düşdü

18:33  Qurban Qurbanov: “Bu kluba hörmətsizlik etmək istəmirəm”

17:38  Avroliqa ilə bağlı tələbələrlə daha bir görüş

16:51  Qurbanov: “Reynaldo qayıdır, amma qarşısına şərt qoyulacaq”

16:46  Yığmamızın “sükan”ı arxasına keçsə… multi-milyoner olacaq!

16:29  Avroliqada 1/16 finalın püşkü atıldı

15:54  Kolumbiyalı forvard La Liqada tarix yazdı

15:19  ÇL-də 1/8 finalın püşkü atıldı

14:38  MY-dən son 28 ilin ən pis nəticəsi

14:05  Avropanın ən yaxşı futbolçusu bəlli oldu

13:42  Bölgə futbolu əlcəksiz qapıçıyla inkişaf edir?

13:37  Messi daha bir ilkə imza atdı

13:11  “Keşlə” üçün “malalama kampaniyası”

13:04  İngiltərədə Sautqeyti seçdilər

12:56  “Yəqin ki, “Keşlə”dən ayrılacam” - Bahodır Nasimov

12:20  2 futbolçu millimizdən ayrıldı

12:00  Hakim-inspektorlar və hakimlər üçün seminar keçirildi

11:45  "Topaz": Ərzurum klubu ilk dəfə “Fənərbaxça”ya qarşı

11:26  AFFA rəsmiləri milli komandanın üzvləriylə görüşdü

11:05  “Keşlə”dən Kamran Ağayevlə bağlı bəyanat

10:41  Eddi İsrafilov qol vurdu, “Alkorkon” məğlub oldu

10:20  Dmitri Nazarov üçün 34 dəqiqə və 1 xal

10:00  “eTopaz”da günün canlı oyunları

09:30  Renat Dadaşov qol vurdu, komandası qalib gəldi

09:00  Kamranın şousu və sayılmayan Axundov

02:20  “Monako” Lionda böyük hesabla uduzdu

02:04  “Sevilya”dan inamlı qələbə, “Barselona”dan darmadağın

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az