(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Məhv edilmiş sabah: inkişaf üçün 2 yol

Məhv edilmiş sabah: inkişaf üçün 2 yol

 
Aydındı, kimlərsə bu qeydlərə görə AFFA-ya yançı çıxa və onları müdafiə etməyə çalışa bilər. Məsələn, deyə bilərlər ki, uşaq futbolunun inkişafında, yeni nəslin yetişməsində klublar daha çox maraqlı olmalıdı. Elədi, lakin klubların vəziyyətinə də diqqət yetirmək lazımdı. Beynəlxalq futbol qurumları 3 yaş rupunda uşaq komandalarının olmasını tələb edir. AFFA isə klubları elə “yükləyib” ki, onların nəfəs almağa imkanı yoxdu.
 
Premyer Liqa təmsilçiləri bütün liqalarda  9, üstəlik, əvəzedici və əsas komanda saxlamalıdı. Bundan başqa, Elxan Məmmədov onları qadın komandası saxlamağa məcbur edir. Bu, UEFA-nın tələbi deyil, tövsiyəsidi. Lakin baş katib qitə futbol qurumunda bu sahə üzrə kurator olduğundan özünə görə klubları buna məcbur edir. Belədə klublar keyfiyyəti kəmiyyətə qurban verir, 3-4 sanballı komanda saxlamaqdansa, qondarma lisenziya şərtlərinə görə saya üstünlük verməyə məcbur olur, məşq etmək şəraiti olmayan, tapşırmağa bacarıqlı mütəxəssis tapa bilmədiyi 10-15 komanda formalaşdırır.
 
Klubları həm də ona görə qınamaq olmur ki, ölkədə futbolun inkişaf strategiyasını müəyyənləşdirən, onun inkişafına cavabdeh olan qurum AFFA-dı. Və bu qurum elə bir yol seçməli, klublarla elə əməkdaşlıq modeli müəyyənlədirməlidi ki, inkişaf mümkün olsun. 10 il keçib, amma heç nə dəyişməyib. Milyonlar dağıdılıb, ortada isə xarabalıqlar qalıb.
 
AFFA nə edə bilər? 2 misal çəkəcəyik.
 
1. UEFA Avropa kuboklarında oynayan klublar qarşısında şərt qoyur. Belə ki, iştirakçı 23 nəfərlik iştirak ərizəsini təqdim edərkən orada 17 yeri sərbəst buraxır, 8 yeri tələblə müəyyənləşdirir. Hər klub assosiasiyanın yetişdirdiyi 4, üstəgəl, klubun öz yetirməsi olan daha 4 futbolçunun adını siyahıya yazmalıdı. Siz Peşəkar Futbol Liqasının qəbul etdiyi, Premyer Liqada iştirak üçün tələb olunan iştirak ərizəsində buna uyğun hansısa tələb görmüsüzmü? Belə bir tələb olsa, o zaman klublar işini buna uyğun qurmağa məcbur olacaq. İş, strategiya budur, AFFA bunu etməli, təzyiq və təsir vasitələrindən istifadə etməlidi. Ortada UEFA nümunəsi varkən, heç kim etiraz da edə bilməz.
 
2. Daha bir tələb limitlə bağlıdı. Premyer Liqa klubları qarşısında sədd var. Əcnəbi limiti sərtdi – bu öz yerində. Lakin əsas məsələ 21 yaşadək bir futbolçunun meydanda olmasıyla bağlıdı. Bunun nə xeyri var ki? Bu tələbin nəticəsi olaraq, həmin yaş həddinə düşən futbolçular onsuz da məşqçinin məcburiyyətdən onu oynadacağını bilir və arxayınlaşır. Bu limitin daha bir eybəcərliyi ondadır ki, klublar saya görə oyunçunun keyfiyyətinə baxmır. Həmin limit nəticəsində meydana çıxan futbolçuların ampluasına fikir vermisizmi? 8 elita klubunda bu limit sayəsində meydan üzü görən 15-16 futbolçunun əksəriyyəti sağ cinah və dayaq yarımmüdafiəçisidi. Hücumda, müdafiənin mərkəzində oynayacaq kimsə yoxdu. Bu, limitin daha bir eybəcərliyidi. Sabah U-21-də start heyətində ancaq yarımmüdafiəçilərmi oynamalıdı? Bəs, qapıda kim dayansın, qolu kim vursun?
 
Bu problemin həlli üçün başqa variant fikirləşilməlidi. Deyək ki, klublara 23 nəfərlik iştirak ərizəsinə 6-7 nəfər klubun öz yetirməsinin (10-15 yaşları arasında azı 3 il klubda oynayanların – müəl.) adının salınmasını tələb etmək lazımdı. Bu, daha faydalıdı – klublar uşaq futboluna diqqət yetirməyə məcbur olacaq. İş, strategiya budur, AFFA bunu etməlidi.
 
(davamı olacaq)
 
VÜSAL MAHMUDOV

 
tarix: 21-10-2017 09:12


 
Xəbər lenti
18.01.2018

03:02   “Çelsi” penaltilərlə mərhələ adladı

02:30   PSJ-dən 8 cavabsız qol - VİDEOLAR

02:14   “Barselona” səfərdə, “Atletiko” evdə uduzdu - VİDEOLAR

01:55   Yevgeni Kaleşin: “Hər kəs “Qarabağ”ın bu hərəkətini alqışladı”

01:42   “Qəbələ” - “Sürix” matçından FOTOLAR

01:14   “Başakşəhər” dayandı, “Beşiktaş” 1/4 finalda

00:38   “Arsenal”ın hücumçusu rəsmən “Everton”da - FOTO

17.01.2018

23:50  Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında

22:35  “Neftçi” Türkiyədə ilk məşqə çıxdı - FOTOLAR

22:00  “Neftçi” artıq Antalyadadı - VİDEO

21:31  Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

20:55  Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”

20:48  Qriqorçuk: "Rəqib yaxşı məşq etməyimizə səbəb oldu"

19:48  “Qarabağ” ilk sınağında heç-heçəyə razılaşdı - VİDEO

19:22  “Qarabağ”dan feyr-pley nümunəsi: Mədətov penaltini kənara vurdu - VİDEO

18:22  “Qəbələ” “Sürix”ə uduzdu

17:49  Maksimov həmyerlisini özünə köməkçi gətirdi

17:23  “Keşlə” yeni transferlərini açıqladı - FOTOLAR

17:02  “Qarabağ” oyun günü məşq etdi

16:45  Ansi Aqolli: “Qarabağ”ın əsas devizi intizam və peşəkarlıqdı”

15:43  İki dövrəyə qısa baxış

15:27  Nazarovun komandası yenə uduzdu

15:05  Şehiç: “Qarabağ”ı və məni qane edəcək təklif olsa..."

14:31  “Azərbaycandan əla təklif almışam”

14:18  Yunis Hüseynov: “Azərbaycana gələn nə Messi olur, nə də Ronaldo”

14:06  AFFA-dan daha bir texniki məğlubiyyət

13:55  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

13:27  Elxan Məmmədov: “Rəşad Sadıqovun “Qarabağ”da da çalışmasının əleyhinə deyilik”

12:45  “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı

12:11  Millimizə daha bir futbolçu qoşuldu

11:21  Liqa 1-dən Bundesliqaya

11:00  “eTopaz”da günün canlı oyunları

10:51  Prosineçkinin Azərbaycanda gördüyü fərq

10:34  “Neftçi” bu futbolçuları Antalyaya apardı (SİYAHI)

10:27  Futbolçu dopinqdə ilişdi - 1 illik cəza

10:14  Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az