(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Şahin Diniyev: “Bizim də küçəmizdə bayram olacaq”

Şahin Diniyev: “Bizim də küçəmizdə bayram olacaq”

“Kəpəz”in baş məşqçisi Şahin Diniyev Topaz Premyer Liqasının 9-cu turu çərçivəsində “Neftçi”yə qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, Gəncə təmsilçisinin çalışdırıcısı 0:1 hesabı ilə məğlub olduqları oyundan sonra bunları söyləyib:

- Oyun haqda çox şey demək istəmirəm. Səbəblər içimizdədi. Məğlub olsaq da, komandadan razı qaldım. Oyundan-oyuna futbolçular yaxşı təsir bağışlayırlar. Birinci hissədə Viktor rəqib qapıçı ilə təkbətən çıxsa da, fərqlənə bilmədi. Əvəzində standart vəziyyətdən sonra qol buraxdıq. Bundan sonra çalışdıq ki, uzun ötürmələrdən yararlanaq. Futbolçular istəkli idi. Amma alınmadı. Bu duruma görə komandadan razı qaldım. Diqqətimizi növbəti oyuna yönəltməli, sona qədər mübarizə aparmalıyıq. Stabil heyəti qurmaq vacibdi. Axtarışdayıq. Əlimizi yerə salıb, dayanmamalıyıq. Təkcə ölümə çarə yoxdu. Bu məğlubiyyətə görə məsuliyyəti mən daşıyıram. Gec-tez bu durumdan çıxacağıq. Bizim də küçəmizdə bayram olacaq.

- Hakimlikdən razı qaldızmı?
- İndi nəsə desəm, naşılıq olar. Təkrara baxdıqdan sonra fikir bildirsəm, yaxşıdı. 

- “Kəpəz” turnir cədvəlinin son pilləsində qərarlaşıb. Səbrinizin daşması üçün bu, nə qədər davam etməlidi?
- Məndən əvvəl azarkeşlər var. Təbii ki, mənim də imicim var. Bu durumla barışmayacam. Başımızı aşağı salıb, çətin durumdan çıxmalıyıq. Qış fasiləsinə qədər bacardığımız qədər xal toplamalıyıq. Getmək çox asandı. Bu komandanı mən qurmuşam. Sona qədər “vuruşacağıq”. Əminəm ki, çətin vəziyyətdən çıxacağıq. Stabil heyət müəyyənləşdirə bilmirik, problem bundadı. Əl-ələ verib, bu durumdan xilas olmalıyıq. 

- “Kəpəz”in heyətinin güclü olmadığını bilirik. Qış fasiləsində dəyişiklik olacağına inanırsızmı?
- “Neftçi”nin heyətində ehtiyatda 9 futbolçu oturmuşdu. Kaş ki, onlardan 3-4-ü mənim ixtiyarımda olaydı. Mən bilirdim ki, büdcəmiz aşağı olacaq. Buna razılaşmısamsa, indiki durumda komandanı atıb getmək çox asandı. İşlədiyin vəziyyətdə problemi deyə bilmirsənsə, çıxıb gedəndən sonra nəsə demək düz olmaz. Açığı, qışda bunlardan yaxşı futbolçu alacağımızı deyə bilmərəm. Büdcəmiz buna imkan vermir. Amma azad agent statusu daşıyan oyunçu olsa, heyətimizə qata bilərik. Maksimum 1-2 nəfərlə güclənməyimiz mümkündü.

- Ardıcıl bir neçə matçı səfərdə keçirdiz. Bu, komandanın psixoloji durumuna təsir etdimi?
- Birinci dövrədə 7 matçdan 2 ev oyununda qalib gəlsəydik, 4-5-ci yerdə qərarlaşardıq. Belə olan halda, futbolçularda özünəinam hissi yaranır. Hər dəfə uduzanda isə onlarda xof yaranır. Amma meydançaya görə dəyərdi. Sözümüz üstündə duracam. Bu durumdan yüz faiz çıxacağıq. Hər uğursuzluqda bir uğur var.


 
tarix: 21-10-2017 17:55


 
Xəbər lenti
25.02.2018

19:01   “Qarabağ” “Kəpəz”ə qarşı - YENİLƏNİR

18:46   Samir Abasov: “Allah bu 3 xalı bizə pay verdi”

18:31   “Sumqayıt”ın növbəti qələbəsi - FOTOLAR

18:07   “Sumqayıt” “Keşlə”yə də qalib gəldi - VİDEO

17:19   Yuri Maksimov: “Sumqayıt” “Keşlə”dən güclüdü”

17:12   Seymur Rəhimov: “Oyunçular dediklərimizi tam yerinə yetirdilər”

15:04   “İnter Arena”da 1 dəqiqəlik sükut

14:49   Müəllimləri istismar edən icra başçısının öz qohumları haradadı?

12:54   Aqibəti Antalyada müəyyənləşən “Neftçi”

11:33   “Duysburq” Eratsız qalib gəldi

11:09   “eTopaz”da günün canlı oyunları

10:50   Millimizin sabiq üzvü üçün 90 dəqiqə

10:26   Nəsirovsuz “Sportinq” yenə xal itirdi

10:00   “TOPAZ”DA BU GÜN

09:24   Pavel Paşayev üçün 90 dəqiqə və 3 xal

03:30   “Səbail”dən “Qəbələ”yə ağır zərbə - FOTOLAR

02:29   Çempion 3 qol vurub, 1 xal qazandı - VİDEO

02:08   “İnter”dən inamlı qələbə - VİDEOLAR

01:53   “Barselona” 6, “Real” 4 qolla qalib gəldi - VİDEOLAR

01:27   “Liverpul”dan darmadağın - VİDEOLAR

00:59   “Bavariya” xal itirdi - VİDEOLAR

00:17   “Trabzonspor”dan səfər qələbəsi

24.02.2018

23:50  Dmitri Nazarov üçün 79 dəqiqə və 3 xal

22:25  “Neftçi”nin “Zirə” ilə heç-heçəsi - FOTOLAR

22:18  Bombardirlərin yarışında fərq azaldı

21:36  “Zirə”nin məşqçisi: “Heç-heçə bizim üçün yaxşı nəticədi”

21:26  Tərlan Əhmədov: “Gələcəyə ümid var”

20:45  Paytaxt derbisində hərəyə 1 qol, 1 xal - VİDEO

19:58  “Qəbələ” “Səbail”ə uduzdu, paytaxt derbisi “sülh”lə bitdi

18:59  “Səbail” “Qəbələ”ni belə məğlub etdi - VİDEO

18:41  “Qarabağ”dan xal itkisi, “Keşlə”dən qələbə

18:32  Samir Əliyev: “Qəbələ”yə qarşı 5 oyun sərgiləsək, hamısını uduzarıq”

18:19  Roman Qriqorçuk: “Bunu gözləmirdim”

17:18  “Yasamal”la “Marafon Futsal”dan inamlı qələbə

16:16  “Qarabağ”ın zədəli futbolçusu sıraya döndü

14:49  AFFA-nın sabiq prezidentinin bacısı qətlə yetirildi

13:03  “Neftçi”nin sabiq forvardı milliyə məşqçi təyin olundu

12:16  “Rostov”a qələbə qazandıran Quliyev: “Özümü burada əla hiss edirəm”

11:40  Xidməti müqavilələr, şəxsiyyət vəsiqəsi olmadan alınan xarici pasportlar…

11:04  “eTopaz”da günün canlı oyunları

10:07  3,6 milyonu yeyən adamın yalanları

09:47  “TOPAZ”DA BU GÜN

09:34  Hollandiyada Azərbaycan derbisi qolsuz bitdi

02:04  Autsayderlərin duelində heç-heçə - VİDEO

01:56  Qolsuz başlanğıc - VİDEO

01:49  “Maynts”la “Volfsburq”dan heç-heçə - VİDEO

00:52  Təbriz klubu darmadağına üzüldü

00:01  Anatoli Banişevskinin xatirəsi belə yad olundu - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az