(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Emin Mahmudov: “Seçimimdə yanılmamışam”

Emin Mahmudov: “Seçimimdə yanılmamışam”

“Bizim üçün çətin oyun oldu. “Kəpəz” yeni stadionunda ilk oyununu keçirirdi. Mən özüm də ilk dəfə idi Gəncədə idim, atmosfer xoşuma gəldi”. 

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Neftçi”nin futbolçusu Emin Mahmudov deyib. 

“Ağ-qaralar” Topaz Premyer Liqasının 9-cu turunda səfərdə “Kəpəz”i 1:0 hesabı ilə məğlub edib. Oyundan sonra Gəncəyə ezam olunan əməkdaşımızın suallarını cavablandıran təcrübəli yarımmüdafiəçi fikirlərini bildirib: 

“Əvvəlki oyunlarda tribunalarda bu qədər azarkeş görməmişdim. Bizim üçün səfər oyununun çətin keçəcəyini bilirdik”. 

Mahmudov komandanın uğurlu çıxış etməsində baş məşqçi Tərlan Əhmədovun rolunun olduğunu deyib: “Əlbəttə, biz yerdə işləyirik, öz üzərimizdə çox çalışırıq. Əslində, məşqçimizin gördüyü iş hiss olunur. Düşünürəm ki, “Neftçi” kimi komanda aşağı pillələrdə olmamalıdı. Biz bu qələbə ilə kifayətlənməməli və növbəti oyunlarda yaxşı çıxış etməliyik”.

Yarımmüdafiəçi “Neftçi”də əvvəlki formasını bərpa edə biləcəyinə inanır: “Əlbəttə ki, kollektivimiz və məşqçimiz mənə çox kömək edir. “Boavişta”da çox oynamırdım, oyun praktikasından əziyyət çəkirdim. Fikrimcə, “Neftçi”də əvvəlki formamı bərpa edə biləcəyəm”.

Millimizin üzvü Portuqaliyanın “Boavişta” klubundan ayrılmasından da söz açıb: “Mənə nəyə görə şans verilmədiyini bilmirdim. Komandanın heyətində qol vurduqdan sonra da şans qazanmadım və düşündüm ki, dəyişiklik etmək lazımdı”.

Oyunçu Portuqaliya klubunu “Neftçi”yə dəyişdiyinə görə üzülmür: “Sözün düzü, buna üzülmürəm. Bu, mənim seçimimdi və seçimimdə yanılmamışam. Yalnız inkişaf etmək niyyətindəyəm”.

Emin son iki qarşılaşmada millidən kənarda qalmasına da münasibət bildirib: “Təəccüblənmədim. Çünki fiziki cəhətdən hazır deyildim. Dəvət almamağımdan istifadə edib, özümə gəldim. İnanıram ki, bundan sonra milliyə dəvət alacağam”. 

O, millimizin baş məşqçisi Robert Prosineçkidən də danışıb: “Əlbəttə, qalsa, yaxşı olar. Amma getməyinə heç nə deyə bilmərəm. Əsas odu ki, hər şey milli üçün yaxşı olsun”.


 
tarix: 21-10-2017 18:16


 
Xəbər lenti
21.11.2017

19:29   Antonio Konte: “Qarabağ”la ilk oyunda bəxtimiz gətirdi”

19:07   Tibo Kurtua: “Qarabağ”a erkən qol vurub, təzyiq altında saxlamalıyıq”

18:25   “Keşlə” - “Neftçi” matçının hakim təyinatları açıqlandı

18:14   Birinci Divizonda 11-ci turun oyun cədvəli açıqlandı

18:03   Millimizin toplanış üçün heyəti açıqlandı

17:51   “Çelsi” Bakıda məşq etdi - FOTOLAR

17:42   “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı

17:30   Əliyar Ağayev “Beşiktaş”ın məğlubiyyətini qeydə aldı

17:22   "Kəpəz"də daha bir istefa

17:10   “Qarabağ”dan azarkeşlərə müraciət

16:55   Liderdən növbəti qələbə, çempion yenə uduzdu

16:30   Millimizin quldurluq edən futbolçusu məhkəmə zalında həbs edildi

15:43   Yunis Hüseynov “Kəpəz”i ilk məşqə çıxardı

15:25   “Kəpəz” Yunis Hüseynovu təqdim etdi

14:44   Millimiz Kosovoya məğlub oldu

14:04   Dino Ndlovu: “Təzyiq altında olan biz yox, “Çelsi”di”

13:55   Qurban Qurbanov: “3-cü yer barədə düşünməməliyik”

13:50   9-cu turun oyun cədvəli açıqlandı

13:35   “Roma”nın futbolçusu: “Qarabağ”la oyunadək vəsiqəni təmin etməliyik”

13:11   Əliyar Ağayev bu gün “Beşiktaş”ın oyununu idarə edəcək

13:00   “Keşlə”dən “cavab atəşi”

12:45   Tərlan Əhmədov köməkçilərini yola salmaq istəyir

12:32   Məmmədovun təşvişi, təkzibi

12:26   “Neftçi”dən 18 cavabsız qol

11:56   “Payız turniri” keçiriləcək

11:31   “eTopaz”da günün canlı oyunları

11:24   Monroz "Diqqət Mərkəzində" - VİDEO

11:15   “TOPAZ”DA BU GÜN

11:01   “Qarabağ” – “Çelsi” matçında türkiyəli hakimlər

10:45   “Beşiktaş” “Portu”ya qarşı - YENİLƏNİR

10:37   “Traktorsazi” darmadağın oldu

10:03   Mövsümün əvvəlində qovulmuşdu, yenidən Super Liqa klubuna qayıtdı

09:35   Vüqar qol vursa da, komandası elitaya yüksələ bilmədi

09:01   Rauf Əliyev oynadı, “Kukesi” evdə uduzdu

02:15   Son matçda darmadağın

02:07   Premyer Liqada 12-ci tura heç-heçə ilə yekun vuruldu

01:58   Son oyunda “Bolonya” qalib gəldi

01:38   "Keşlə"də əvvəl pul verdilər, sonra baş məşqçiyə barmaq silkələdilər

01:29   “Çelsi” Bakı Olimpiya Stadionundan imtina etdi

00:20   Təxirə salınmış matçda darmadağın - VİDEO

00:06   “Kasımpaşa”dan səfərdə inamlı qələbə

20.11.2017

23:14  Səfərdə 200-cü qol, Dabo 7-ci, Bezotosnı 4-cü oldu 

21:50  Super Liqa klubunda cari mövsümdə ikinci istefa

21:35  “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı

21:17  Metro da gücləndirilmiş iş rejimində olacaq – “Qarabağ”ın oyununa görə

20:45  Hakim səhvləri "Neftçi"nin prezidentini dilə gətirdi

20:38  “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı

20:18  İlham Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

19:35  Dəyişin ki, futbol da dəyişsin!

18:52  İlham Əliyev FİFA prezidentini qəbul etdi - FOTOLAR

18:25  Birinci Divizionda 10-cu turun hakim təyinatları

18:05  “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir

17:50  Qurban Qurbanovun yubiley matçı

17:26  Öncə Qurbanov, sonra Konte

17:15  “Çelsi”nin kapitanı: “Qarabağ”la oyunda bizə qələbə lazımdı”

17:00  Federasiya prezidenti istefa verdi

16:48  Premyer Liqa klubu baş məşqçisini qovdu

16:24  Təxirə salınmış matçın vaxtı açıqlandı

16:01  İlk dəfə ölkə çempionu oldular

15:36  İtaliya millisinin baş məşqçi postuna 5 namizəd

15:25  Konte: “Qarabağ”la oyun mövsümün ən vacib matçıdı”

15:12  İtaliya klubu MY-nin “ləkə”sini təmzilədi

15:01  “Sumqayıt” 3, “Kəpəz” 2 futbolçusunu itirdi

14:53  Yığmamız qələbə ilə başladı

14:28  “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı

13:31  Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”

13:20  UEFA-dan altı klubumuza 71 min avro

13:17  “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu

13:14  “Çelsi” ilə oyunu canlı izləyəcək azarkeşlərə şad xəbər

12:50  Topaz Premyer Liqasında rekord təkrarlandı

12:31  Cari mövsümdə 100-cü qol

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az