(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
"Qarabağ" fanatlarını təhqir etməyim üçün dəli olmağım lazımdı”

"Qarabağ" fanatlarını təhqir etməyim üçün dəli olmağım lazımdı”

UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində İspaniyanın “Atletiko” klubuna qarşı ev oyununda bir qrup “Qarabağ” azarkeşinin açdığı pankartı Türkiyənin “Sabah” qəzetində lağa qoyan jurnalist Mevlut Tezel buna görə sərt tənqidlərə məruz qalıb.

Futbolinfo.az xəbər verir ki, yazı elə ötən gecə “Sabah”ın internet portalından silinsə də, bu gün sözügedən yazar özü sosial şəbəkə vasitəsilə Azərbaycan xalqından buna görə üzr istəyib. Artıq haqqında bəhs etdiyimiz nəşr də sözügedən məsələ ilə bağlı mövqeyini açıqlayıb. Mövzu ilə bağlı dərc olunan son yazıda qeyd olunur ki, M.Tezelin ötən gün qələmə aldığı bəzi cümlələr sosial şəbəkələrdə yanlış anlaşılıb. Yazar özü isə “Bizim Azərbaycan və Qarabağ sevgimizi kimsə sorgu-sual edə bilməz” deyib. 

M.Tezelin bu gün “Sabah”da dərc olunan yazısında qeyd etdikləri də maraq doğurur: 

“Qarabağ”ın “Atletiko” ilə ev oyununda bəzi tərəfdarların klubun adını yazaraq şəffaf fayla qoyduğunu gördükdə, onların bu təvazökar addımına dair zarafatyana bir yazı yazmağa çalışdım. Amma sosial şəbəkələrdə böyük hücuma məruz qaldım. Bəziləri təşkilatlanmış şəkildə hərəkət etdi: erməni, FETÖ-çü olduğumu və s. yazdılar. Mənə və ailəmə edilən təhqirləri isə burada yazmağa tərbiyəm icazə vermir. Yazdığım yazı ortadadır. Mən yazıdakı “əzik” bənzətməsini də tribunalarda böyük örnəklərini görməyə alışdığımız “koreografi”lər arasında müqayisə aparmaq üçün işlətdim. Yazıda qətiyyən Azərbaycan xalqını və “Qarabağ” tərəfdarlarını təhqir edəcək bir ifadə yoxdu. Qarabağ Azərbaycan xalqı ilə nə alıb verə bilmədiyim ola bilər ki? Azərbaycan xalqına və Qarabağdakı haqlı mücadiləsinə sonsuz hörmət və dəstək göstərən bir qəzetdə çalışıram. “Qarabağ” azarkeşlərini təhqir etməyim üçün mənim dəli olmağım lazımdır!”

M.Tezel yazının sonunda bir daha Azərbaycan xalqından və “Qarabağ” tərəfdarlarından üzr istəyib: “Yazım yanlış anlaşıldısa və ya düşüncələrimi tam olaraq oxucularıma çatdıra bilmədimsə (necə ki, elə oldu), qardaş Azərbaycan xalqı və “Qarabağ” azarkeşlərindən üzr istəyirəm”.


 
tarix: 21-10-2017 21:03


 
Xəbər lenti
23.09.2018

20:34   Almeyda “Astana”da qol hesabını açdı

20:30   “Qarabağ” “Qəbələ”yə qarşı - YENİLƏNİR

19:29   Şeydayevdən qarpız qonaqlığı - FOTO

16:00   “Neftçi” ECA-nın “Beactive” layihəsinə qoşulur

15:36   Soni Mustivar: “Layiqli qələbə qazandıq”

15:11   Mahmudovlu “Frankfurt” yenə uduzdu

12:24   Vüqar Əsgərov üçün 45 dəqiqə, 3 xal

12:15   Abasovun pis vərdişi

11:54   Dənizin komandasından ardıcıl 6-cı qələbə

11:37   “Zirə” xala layiq olsa da...

11:27   Ufuk Budakdan məhsuldar ötürmə, “Boluspor”dan qələbə

11:00   “eTopaz”da günün canlı oyunları

10:30   Azərlə Ayazın klubları heç-heçəyə razılaşdı

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Tural Axundov: “Rəqibdən daha istəkli idik”

00:59   “Atletiko” səfərdə, “Real” evdə sevindi

00:48   “Lill” “Nant”ı məğlub yola saldı

00:34   “İnter”ə 1 qol bəs etdi

00:27   “Bavariya”dan qələbə, “Borussiya”dan xal itkisi

00:09   MY büdrədi, “Liverpul”la MS darmadağına sevindi

22.09.2018

23:52  “Trabzonspor” “Göztəpə”yə uduzdu

23:28  “Zirə” - “Neftçi” matçında 3 qol - VİDEO

23:12  Samir Abasov: “Bəzi oyunçularımızdan xeyli narazıyam”

22:59  Roberto Bordin: “Peşmanam”

22:26  “Neftçi” “Zirə”yə də qalib gəldi

22:04  “Səbail”lə “Sabah”dan heç-heçə - VİDEO

21:25  Bordinlə Abasov qovuldu

21:05  Aftandil Hacıyev: “Oyunumuzda inkişaf var”

20:54  Elşad Əhmədov: “Bizə qol vursaydılar, işimiz çətin olardı”

19:22  “Sumqayıt”ın stadionunda son durum - FOTOLAR

18:24  Paşayevsiz “Aleksandriya” yenə məğlub oldu

17:54  Azərbaycan millisindən biabırçı məğlubiyyət

16:52  Ziya Əzizovsuz qələbə

16:15  Tural oynadı, “Yonava” 1 xal qazandı

15:22  “Qarabağ” - “Arsenal” oyununa neçə bilet satılıb?

15:03  “Qəbələ”nin “Şerif”lə oyunlarının vaxtı müəyyənləşdi

14:33  Maksim Medvedevin durumuna aydınlıq gəldi

14:05  Braziliya millisinin əfsanəvi kapitanı Bakıya gəlir

13:54  Ermənistan yığması baş məşqçisiz qaldı

13:05  Ünal Karamandan Ramil Şeydayev açıqlaması

12:38  “Qarabağ”la “Qəbələ”nin 48-ci dueli

11:30  “eTopaz”da günün canlı oyunları

11:00  Qurban Qurbanov FIFA-nın tədbirinə qatılmaqdan imtina etdi

10:49  İlk oyundan qol səsi çıxmadı

10:30  Dadaşov “fərqləndi”, komandası darmadağınla qalib gəldi

10:00  “TOPAZ”DA BU GÜN

09:00  Emin Abbasov yeni vəzifədə

01:11  “Monako” ev oyununda xal itirdi

00:57  “Hueska” “Real Sosyedad”la bacarmadı

00:39  “Empoli” hesabı açmasına peşman oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az