(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Pillələri sayan "Neftçi", zirzəmidə "möhkəmlənən" "Kəpəz"

Pillələri sayan "Neftçi", zirzəmidə "möhkəmlənən" "Kəpəz"

"Neftçi" hər tur bir komandanı keçir və liderlər qrupuna yaxınlaşır. Ötən tur yendikləri "Səbail"i, bu dəfə elə "gəmiqayıranlar"ın büdrərdiyi "İnter"i arxada qoydular, gələn həftə də "Sumqayıt"la şəxsi dueldən qalib ayrılıb, 4-cü pilləyə əyləşmək olar.
 
Premyer Liqada rəqabət o qədər zəif, komandalar o qədər qeyri-sabitdi ki, doğru yolu seçdinsə, işlər qaydasına düşür, irəliləyirsən. "Neftçi" də baş məşqçi postunu Tərlan Əhmədova tapşırmaqla düzgün seçim etmiş kimi görünür və bu dəyişiklik yavaş-yavaş bəyrəsini verir. Ardıcıl 3 qələbə komandanı özünə gətirib.
 
"Kəpəz"lə 9-cu tur matçı da istisna olmadı. Bakılılar rəqibindən daha üstün olduğunu ilk dəqiqələrdən göstərdi və fasiləyə kimi layiq olduqları qolu vurdular. Düzdü, daha çox fərqlənmək də mümkün idi, təsadüfi qolla xal itirmək də. Amma nəticə hər necə olacaqdısa, 3 xalı haqq edən " Neftçi" idi. Heyətinə, büdcəsinə görə "Kəpəz"i 5-6 dəfə üstələyən qonaqlar oyun baxımından belə fərq yarada bilməsələr də, hər halda, üstün idilər.
 
"Kəpəz" çox zəifləyib və mövsümün ən zəif kollektividi. Büdcə baxımından hamıdan geri qalan gəncəlilər heyət yetərsizliyindən əziyyət çəkir. Təsadüfi deyil, 2 aparıcı oyunçunun zədələnməsi baş məşqçi Şahin Diniyevi tamamilə çarəsiz qoymuşdu. Bu səbəbdən hələ tam hazır olmayan Məhəmməd Qurbanov, Fərid Məmmədov start heyətdə peyda olmuşdu. Hansı ki, onlar normalda "Neftçi"nin əvəzedici heyətinə düşə bilməzlər. Əhmədovun ehtiyatda saxladığı 3 legionerin maaşı isə "Kəpəz"in büdcəsi qədərdi.
 
Buna baxmayaraq, meydan sahibləri ilk real qol vəziyyətini dəyərləndirsəydi, bəlkə də indi fərqli nəticədən danışırdıq. Amma Viktor Oseqeyl matçın əvvəlində qapıçıyla təkbətək çıxdığı epizodda topu kənara vurunca şansın da "Kəpəz"in yanında olmadığı aydınlaşdı. Və az sonra künc zərbəsindən sonra qonaqlar hesabı açdı.
 
İstənilən halda, "Kəpəz"də çox ciddi problemlər var və Qəbələdəki qələbə də sırf təsadüf idi. Komanda qışa kimi imkan daxilində çox xal toplayıb, yanvarda heyətə əl gəzdirməlidi. Və bunun üçün büdcəyə əlavələr edilməlidi. Düzdü, klub rəhbərliyi bu mövsümü infrastrukturun yaxşılaşdırılmasına qurban vermək niyyətindədi - transfer büdcəsindən kəsilərək stadionun qazonu dəyişdirildi, bazada müəyyən təmir işləri görüldü. O da bəlllidi ki, istənilən halda -sonuncu yeri tutsa da, "Kəpəz" elitada qalacaq, Premyer Liqada komanda sayı 8-dən də aşağı ola bilməz. Lakin azarkeşləri nəticə maraqlandırır və onlar ölkənin ən köklü klublardan birini qapazaltı kimi görmək istəmirlər.
 
FƏRİD, Gəncə

 
tarix: 21-10-2017 23:32


 
Xəbər lenti
21.02.2018

09:39   Messi "Çelsi" tilsimini qırdı

09:27   “TOPAZ”DA BU GÜN

09:00   “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03   Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

01:43   “Beşiktaş” darmadağın oldu, “erkən final”da qalib müəyyənləşmədi

00:34   Təxirə salınan oyundan qol səsi çıxmadı

00:02   Millimizin sabiq üzvü üçün 76 dəqiqə

20.02.2018

19:17  Bundesliqa klubunda yeni baş məşqçi

18:54  Bombardir fərqi 5-ə yüksəltdi

18:38  EKOL büdrədi, “Araz” yenə qalib gəldi

18:00  Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi

17:28  Topaz Premyer Liqasında 17-ci turun oyun cədvəli

17:17  “Bayıl Arena”da bir gündə iki çempionat oyunu

16:11  Birinci Divizionda 15-ci turun oyun cədvəli

16:00  “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO

15:28  “Sumqayıt”ın prezidenti bəlli oldu - RƏSMİ

15:19  “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı

14:54  Şehiç həftənin rəmzi yığmasında

14:46  Millimizlə qarşılaşma ən az gəlir gətirən oyun oldu

13:55  “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi

13:47  Droqba Fransa klubunda - FOTO

12:52  PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi

12:00  “TOPAZ”DA BU GÜN

11:25  “Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:43  İspaniya futbolunda şok - Danışılmış oyunlara görə 24 nəfər saxlanıldı

10:26  Bundesliqa klubunda baş məşqçi istefası

10:01  “Kəpəz”in “yeyilən” xalı - VİDEOFAKT

09:17  Qarşılıqsız sevgi barədə ATMACA

09:04  Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı

09:00  Yiyəsiz “Zirə”

02:42  MS-ni kubokdan qovdular - VİDEO

02:31  “Xetafe”dən darmadağın - VİDEO

02:19  “Latsio”dan inamlı qələbə - VİDEO

01:57  “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21  “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az