(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Hakim səhvi Premyer Liqada intriqanı geri qaytardı

Hakim səhvi Premyer Liqada intriqanı geri qaytardı

Topaz  Premyer Liqasının 9-cu turu yarışa yeni rəng gətirdi. “Qarabağ” və “Zirə”nin mövsümdə ilk məğlubiyyətini alması ilə liderlər qrupunda fərq aradan qalxdı. Artıq “Qəbələ” də çempionluq mübarizəsinə qayıdıb və ağdamlılar qızıl medal yarışında rəqibsiz deyil.
 
Turun mərkəzi görüşünə diqqət gözlənildiyindən də çox idi. Son vaxtlar yarıboş olan Qəbələ şəhər stadionunun tribunaları dünən liderin gəlişinin də təsiri ilə dolmuşdu. İdeal hava şəraiti, əla qazon, 2 iddialı komanda – qalırdı mükəmməl futbol sərgiləmək.
 
“Qəbələ” oyuna döyüşkən heyətlə çıxmışdı. Roman Qriqorçuk əlinin altında olan bütün sağlam futbolçuları meydana buraxmışdı. Düzdü, komanda hətta yarıəvəzedici heyətə güvənən “Qarabağ”la müqayisədə zəif görünürdü. Bununla belə, Qriqorçukun vacib oyunlarda futbolçulardan maksimumu almaq bacarığını çox görmüşük.
 
“Qarabağ”ın hətta ikinci heyəti də indiki çempionatda zirvə mübarizəsi apara bilər. Qurban Qurbanov 5 zədəli oyunçunu səfərə aparmasa da, bu, problem yaratmırdı. Start heyəti bir yana, ehtiyatdakıların hər biri təkbaşına matçın taleyini həll edə biləcək futbolçulardı. Lakin 2 cəbhədə oynamaq ciddi problem yaradır. Çempionlar Liqası oyununa görə əl atılan rotasiya özü də ortaya əngəllər çıxarır. Hər dəfə yeni heyət, uyğunlaşma problemi, bəzi futbolçuların ansambldan geri qalması nəticəyə təsir edir.
 
Qəbələdə start verilən kimi irəli atılan meydan sahibləri də bundan faydalandı. Yakub Jezniçakın müdafiənin sağında Maksim Medvedev kimi etibarlı olmadığını qəbələlilər tez hiss etdi və hücumları əsasən buradan qurdu. Nəticədə erkən qol, ardınca daha bir yüzfaizli imkan. Elvin Yunuszadə də Bədavi Hüseynov qədər etibarlı olmayınca İbrahim Şehiç çox əziyyət çəkməli oldu.
 
Amma “Qarabağ” şoka düşəcək qədər təcrübəsiz komanda deyil. Tez toparlandılar, qüsurları ört-basdır edib, oyuna ağırlıqlarını qoydular. Fasiləyə kimi qarşılıqlı hücumlar, ikinci hissədə isə birmənalı olaraq qonaqların diqtəsi var idi. Qriqorçukun qol vurulduqdan sonra topu rəqibə verib müdafiə olunmaq taktikası yenə bəhrə verdi. Düzdü, “Qarabağ” aparıcı oyunçuları meydana daxil olduqdan sonra daha üstün oynamağa, rəqibi öz cərimə meydançasına sıxmağa nail oldu. Amma nəticə dəyişmədi – 1:0 hesabı komandaların xallarının bərabərləşməsi ilə nəticələndi.
 
“Qarabağ” məğlub olsa da, istisnasız olaraq, mövsümün əsas favoritidi. Əla və geniş heyətlə çempionluq titulunu qorumaq çətin olmayacaq. Lakin bu qələbə “Qəbələ”yə də yeni ruh verdi. “Qırmızı-qaralar” sabitliyi tapa bilsələr, əsas rəqibinə ciddi başağrı olacaqlar. Amma heyət yetərsizliyi aşkar görünür. Zədədən əziyyət çəkən Filip Ozobiçin yoxluğu komandanı hücum planında yarıbayarı zəiflədib. Daha 3 həftə zədəsini müalicə etdirəcək xorvatın qayıdışınacan komanda çox geri düşməsə, qışdan sonra daha gərgin mübarizə görəcəyik.
 
Nəticəyə hakim səhvi də təsir etdi. Qol aşkar ofsayddan vuruldu. Mərkəzdə topu rəqibindən oğurlayan Elvin Camalov bir anda hücumda çoxluq yaratdı. Kombinasiyanın sonunda oyunu mükəmməl keçirən Camalovun ötürməsi zamanı həlledici zərbəni vuran Asif Məmmədov oyundankənar vəziyyətdə idi. Lakin yan xətt hakiminin bayrağı qalxmadı və “Qəbələ” hakim səhvi nəticəsində hesabı açdı.
 
Maraqlıdı ki, bu epizoda qonaqlar narazılıq bildirmədi. Nə matçın gedişində, nə sonra heç kim bu amili əlində bayraq etmədi. Hətta Qurban Qurbanov “hakim də insandı, səhv edə bilər” deməklə soyuqqanlılığını qorudu. Ötən mövsüm hakimlər “Qəbələ”nin əleyhinə səhv edəndə bu məşqçi necə davranmışdısa, dünən əks situasiyada da təmkinini pozmadı və hamıya görk olacaq nümunəyə çevrildi. Bəlkə komandasına əminliyindən, bəlkə də təmiz niyyətindən belə etdi – hər halda, bütün olanlara qərəz yox, sadəcə, səhv kimi yanaşdı, hətta bu amili qabartmadı da.
 
İstənilən halda, mövsüm erkən bitmədi, yarışa rəng gəldi və bu komandalar hələ uzun müddət bir-birinə əsas rəqib olacaq. “Zirə”nin də bu mübarizədə var olması yarışı daha maraqlı edəcək.
 
CAVAD, Qəbələ

 
tarix: 23-10-2017 11:37


 
Xəbər lenti
18.06.2018

02:36   Möhtəşəm qola imza atdı, “Lada” hədiyyə etdilər - FOTO

01:30   Topaz Premyer Liqasında yay bazarlığı - YENİLƏNİR

01:25   “Xəzər”in rəhbəri əmanətçilərin 100 milyon manatını götürüb ölkədən qaçdı

01:02   “Neftçi”nin yeni mövsüm üçün ev forması - VİDEO

00:45   Braziliyadan gözlənilməz start - VİDEO

00:35   Almaniyadan Meksika ilə oyunda şok məğlubiyyət - VİDEO

00:25   Serbiya Kosta Rikanı belə məğlub etdi - VİDEO

00:05   Braziliya - İsveçrə matçının ən yaxşısı

17.06.2018

23:54  Almaniya məğlub oldu, Braziliya heç-heçə ilə başladı

23:43  “Neftçi” yeni transferini belə təqdim etdi - VİDEO

23:31  Almaniya - Meksika: Matçın ən yaxşısı bəlli oldu

23:28  Kolarov ən yaxşı seçildi

23:21  “Neftçi” hazırlığa başladı

23:16  Rəşad Abdullayev yenidən “Neftçi”də

20:22  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – IV YAZI

18:10  "Neftçi" təsdiqlədi: Dabo 9 nömrəli formanı geyəcək

18:03  Messi xorvatları məğlub etməyin yollarını axtarır

17:57  Son anda: Dabo “Neftçi”də!

17:47  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – III YAZI

17:37  Ramiz Məmmədova İrandan dəvət

16:27  Dani Kintana daha 2 il “Qarabağ”da!

16:21  Dabo “Qəbələ”də qaldı

16:15  Stoyanoviç “Qarabağ”a qayıtdı

16:07  Şehiçin transferini menecerlər ləngidir

16:00  “Neftçi” Mahmudovla yeni müqavilə imzaladı

15:52  "Qarabağ" Tunis millisinin futbolçusunu alır

15:45  Messi həmvətənimizə intihar üçün səbəb verdi

15:24  “Neftçi”dən azarkeşlər və media üçün açıq məşq

15:20  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – II YAZI

14:52  İlk oyundaca sıradan çıxdı, DÇ-ni erkən başa vurdu

13:41  Qapıçı DÇ-də mükafatdan imtina etdi: Pivəyə görə

13:03  Bəhlul Mustafazadə: “Borcumu yerinə yetirməyə çalışacam” - VİDEO

12:49  “Qəbələ” Çexiya klubu ilə qarşılaşacaq

12:20  DÇ-2018: Daha 3 oyuna hakim təyinatları bəlli oldu

12:16  AFFA rəhbərliyi üçün İslandiya möcüzəsi – I YAZI

11:25  A Seriyasına son vəsiqə sahibini tapdı - Qalmaqalla

11:00  “eTopaz”da günün canlı oyunları

10:31  La Liqaya son vəsiqənin də sahibi bəlli oldu

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az