(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

Emin Kürdov: “Bu oyundan dərs çıxarmalıyıq”

Futzal üzrə Yüksək Liqanın 3-cü turu çərçivəsində “Marafon”la qarşılaşan və məğlub olan EKOL-un qapıçısı Emin Kürdov oyundan sonra Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

- Debütantla oyunda büdrədiniz, özü də fərqli hesabla. Hansı komponentlərdə rəqibdən geri qaldınız?
- Rəqibimiz oyunu demək olar, müdafiədə keçirdi. Belə komandaya qarşı oynamaq isə çox çətindi. Onlar bizi əks-hücumlarda tutmağa çalışdılar və bunu bacardılar. Birinci hissəni yaxşı oynadıq, 3-4 epizodda hesabı aça bilərdik. Biz edə bilmədiyimizi rəqib reallaşdırdı. İkinci hissənin ilk 10 dəqiqəsi qolsuz keçdi. Amma “Marafon”un vurduğu birinci qol oyunun taleyini həll etdi. 0:4 hesabı oyuna görə deyil. Çünki biz daha sonra 5 oyunçu ilə davam etdik, son 2 qolu isə penaltidən və 10 metrlik cərimə zərbəsindən buraxdıq. Çempionat davam edir. Sadəcə, bu oyundan dərs çıxarmalıyıq. “Araz”ı çıxmaq şərti ilə digər komandalar qarşılaşmalara ciddi hazırlaşır və müdafiəyəmeyilli oyun tərzinə üstünlük verirlər. Bu cür komandalara qarşı oynamaq çox çətindi və bunun üzərində işləməli, nəsə fikirləşməliyik.

- EKOL-un indiki heyətinin üzvləri neçə illərdi bir komandanın forması altında çıxış edirlər və daha təcrübəlidilər. Niyə fərqli hesabla yenilgidən qaça bilmədiniz?
- Təcrübə baxımından həqiqətən də biz rəqibdən öndəyik, heyətimizdə millinin üzvləri də yer alır. Ancaq bu üstünlüyü oyunda göstərə bilmədik, alınmadı. “FK İD Futsal”la oyunda da belə oldu. Neçə qol epizodunu qaçırdıq, yalnız son dəqiqələrdə qələbə topunu vura bildik.

- Niyə istədiyinizi meydanda göstərə bilmirsiz? Alınmamasının səbəbi nədi?
- Üç ildi EKOL-da çıxış edirəm. Bu müddət ərzində əsas problemimizin qol vura bilməmək olduğunu gördüm. Razıyam, 10 epizoddan 4-5-ni deyil, heç olmasa, birini qola çevirək. Amma vura bilmirik, sonra da çətin olur. Komandalar çəkilir müdafiəyə, əks-hücumlarda bizə qol vurmağa çalışırlar. Ötənilki mövsümü unutmalıyıq. Çünki cari çempionat bütün komandalar üçün çətin keçəcək. Bu oyunu unutmalıyıq, rəqiblərin hər biri ilə daha 3 oyunda qarşılaşacağıq. Hələ heç nə bitməyib. Toparlanıb, sözümüzü deyəcəyik. “Marafon” komandasını da əzmkar oyuna görə təbrik edirəm.

- Necə düşünürsən, debütant komandalar çempionata marağı artırıb?
- Böyük rəng qatıblar. Bu gediş bizim üçün də maraqlıdı. İndi oyuna çıxanda bilirik ki, çətin sınaq gözləyir bizi. Çünki heç bir komanda oyunu yola vermək üçün parketə çıxmır.

- Yeri gəlmişkən, ötən həftə “Araz”la birgə UEFA Kuboku turnirində iştirak etdiniz. Uğursuz nəticənin səbəbini izah edə bilərsinizmi?
- “Qara zolağ”a düşmüşük. Götürək “Deva” ilə oyunu. Bayaq EKOL-un heyətinin daha təcrübəli oyunçulardan qurulduğunu qeyd etdiniz. “Araz”ın heyətində də bu cür oyunçular çoxdu və “Deva”dan ən azı 2-3 dəfə güclüdü. Bundan sonra onlarla 5 dəfə də oynasaq, hamısında “Araz” qalib gələcək. Həmin gün rəqibin azarkeşləri möhtəşəm idi, komanda çox yaxşı köklənmişdi oyuna. Bunun sayəsində də sona qədər mübarizə apardılar.

- Deməli, “Araz” oyuna arxayın çıxıb?
- Arxayınlıq var idi. Rəqibdə isə köklənmə əksinə idi, xüsusilə də psixoloji baxımdan. Müdafiədən oynadılar, əks-hücumlarda bizi yaxaladılar, qol vurdular, yenidən müdafiəyə çəkildilər. Kuryoz qollar oldu.

- İstənilən halda, “Araz”ın elit-raunda yüksələ bilməməsi futzal aləmində böyük sensasiya olub…
- “Araz”ın mübarizəni davam etdirməməsi çempionatımız üçün də mənfi haldı. Çünki bu komandanın avrokuboklarda mümkün qədər irəliləməsi çempionatımızın da səviyyəsinin qalxmasına təkan olacaq.

- Bu nəticə milli komandanın Avropa çempionatının final mərhələsindəki çıxışına təsir edə bilərmi?
- “Araz” millinin bazasıdı, amma tam heyəti deyil. Çünki karyerasını kənarda davam etdirən Vassura, Fineo, Borisov, zədəli Qalo kimi futzalçılarımız var. Onların heyətə qoşulması millini gücləndirəcək.


 
tarix: 23-10-2017 11:46


 
Xəbər lenti
21.02.2018

09:39   Messi "Çelsi" tilsimini qırdı

09:27   “TOPAZ”DA BU GÜN

09:00   “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03   Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

01:43   “Beşiktaş” darmadağın oldu, “erkən final”da qalib müəyyənləşmədi

00:34   Təxirə salınan oyundan qol səsi çıxmadı

00:02   Millimizin sabiq üzvü üçün 76 dəqiqə

20.02.2018

19:17  Bundesliqa klubunda yeni baş məşqçi

18:54  Bombardir fərqi 5-ə yüksəltdi

18:38  EKOL büdrədi, “Araz” yenə qalib gəldi

18:00  Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi

17:28  Topaz Premyer Liqasında 17-ci turun oyun cədvəli

17:17  “Bayıl Arena”da bir gündə iki çempionat oyunu

16:11  Birinci Divizionda 15-ci turun oyun cədvəli

16:00  “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO

15:28  “Sumqayıt”ın prezidenti bəlli oldu - RƏSMİ

15:19  “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı

14:54  Şehiç həftənin rəmzi yığmasında

14:46  Millimizlə qarşılaşma ən az gəlir gətirən oyun oldu

13:55  “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi

13:47  Droqba Fransa klubunda - FOTO

12:52  PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi

12:00  “TOPAZ”DA BU GÜN

11:25  “Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:43  İspaniya futbolunda şok - Danışılmış oyunlara görə 24 nəfər saxlanıldı

10:26  Bundesliqa klubunda baş məşqçi istefası

10:01  “Kəpəz”in “yeyilən” xalı - VİDEOFAKT

09:17  Qarşılıqsız sevgi barədə ATMACA

09:04  Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı

09:00  Yiyəsiz “Zirə”

02:42  MS-ni kubokdan qovdular - VİDEO

02:31  “Xetafe”dən darmadağın - VİDEO

02:19  “Latsio”dan inamlı qələbə - VİDEO

01:57  “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21  “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az