(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Qəbələ” rəhbərliyi gəldi, amma danışmadı

“Qəbələ” rəhbərliyi gəldi, amma danışmadı

Uzun fasilədən sonra, hətta mövsümdə ilk dəfə “Qəbələ” rəhbərliyi tam heyətlə komandanın oyununa gəlmişdi. “Qarabağ”la dünənki oyunda klub prezidenti Tale Heydərov, Fövqəladə Hallar naziri olan atası Kəmaləddin bəylə birlikdə fəxri tribunada yerini almışdı.
 
Son vaxtlar maliyyə çətinliyi hiss olunan klubda rəhbərliyin yenidən gözə görünməsi yaxşı haldı. Deməli, komandadan əllərini üzməyiblər, yenə dəstəkləri davam edəcək, son vaxtlar yaranan söz-söhbət əbəsdi. Amma...
 
...Amma Tale Heydərovun açıqlama verməkdən yayınması bəzi suallar yaratdı, sanki xoş müjdəli nəsə deməyə sözü yox idi. Sonradan öyrəndik onlar sırf bu oyuna görə Qəbələyə gəlməyiblər, sadəcə, bu şəhərdə olduqlarından stadiona da baş çəkiblər.
 
Kiçik Heydərov futbolçuları təbrik etmək üçün paltardəyişmə otağına düşərkən eşitdiyim bir dialoq bəlkə də çox sualın cavabıdı. Klubun vitse-prezidenti futbolçuların yanına tələsən prezidenti bir qədər ləngitdi, başqa bir işçini qabağa saldı. Heydərov ondan niyə belə etdiyini soruşanda Nəcəfov “dedim ki, səs-küy salmasınlar, sakitçilik olsun, qələbə qazanıblar, indi “beş, beş” deyib mükafat istəyəcəklər”, deyə hərəkətinin izahını verdi, Tale bəy də gülümsədi.
 
Həmin vaxta kimi avtomobilini özü idarə edərək stadiona gələ Kəmaləddin Heydərov artıq getmişdi, Tale bəy də futbolçuları təbrik edib, harasa tələsdi. Amma futbolçulara vəziyyətlə bağlı nəsə aşıqlama verib-vermədiyini bilmədik.
 
CAVAD, Qəbələ

 
tarix: 23-10-2017 11:55


 
Xəbər lenti
18.01.2018

03:02   “Çelsi” penaltilərlə mərhələ adladı

02:30   PSJ-dən 8 cavabsız qol - VİDEOLAR

02:14   “Barselona” səfərdə, “Atletiko” evdə uduzdu - VİDEOLAR

01:55   Yevgeni Kaleşin: “Hər kəs “Qarabağ”ın bu hərəkətini alqışladı”

01:42   “Qəbələ” - “Sürix” matçından FOTOLAR

01:14   “Başakşəhər” dayandı, “Beşiktaş” 1/4 finalda

00:38   “Arsenal”ın hücumçusu rəsmən “Everton”da - FOTO

17.01.2018

23:50  Arazlı “Anortosis” Kipr kubokunun 1/4 finalında

22:35  “Neftçi” Türkiyədə ilk məşqə çıxdı - FOTOLAR

22:00  “Neftçi” artıq Antalyadadı - VİDEO

21:31  Fərid Nəbiyevin dublu “Slaviya”ya qələbə qazandırdı

20:55  Qurban Qurbanov: “Belə sürətli oyun gözləmirdim”

20:48  Qriqorçuk: "Rəqib yaxşı məşq etməyimizə səbəb oldu"

19:48  “Qarabağ” ilk sınağında heç-heçəyə razılaşdı - VİDEO

19:22  “Qarabağ”dan feyr-pley nümunəsi: Mədətov penaltini kənara vurdu - VİDEO

18:22  “Qəbələ” “Sürix”ə uduzdu

17:49  Maksimov həmyerlisini özünə köməkçi gətirdi

17:23  “Keşlə” yeni transferlərini açıqladı - FOTOLAR

17:02  “Qarabağ” oyun günü məşq etdi

16:45  Ansi Aqolli: “Qarabağ”ın əsas devizi intizam və peşəkarlıqdı”

15:43  İki dövrəyə qısa baxış

15:27  Nazarovun komandası yenə uduzdu

15:05  Şehiç: “Qarabağ”ı və məni qane edəcək təklif olsa..."

14:31  “Azərbaycandan əla təklif almışam”

14:18  Yunis Hüseynov: “Azərbaycana gələn nə Messi olur, nə də Ronaldo”

14:06  AFFA-dan daha bir texniki məğlubiyyət

13:55  Millimiz beynəlxalq turnirdə iştirak edəcək

13:27  Elxan Məmmədov: “Rəşad Sadıqovun “Qarabağ”da da çalışmasının əleyhinə deyilik”

12:45  “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı

12:11  Millimizə daha bir futbolçu qoşuldu

11:21  Liqa 1-dən Bundesliqaya

11:00  “eTopaz”da günün canlı oyunları

10:51  Prosineçkinin Azərbaycanda gördüyü fərq

10:34  “Neftçi” bu futbolçuları Antalyaya apardı (SİYAHI)

10:27  Futbolçu dopinqdə ilişdi - 1 illik cəza

10:14  Paraqvaylı yarımmüdafiəçi rəsmən "Neftçi"də

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az