(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qurban Qurbanova gizli məktub

Qurban Qurbanova gizli məktub

“Qəbələ” – “Qarabağ” oyunundan sonra qonaqların baş məşqçisi Qurban Qurbanov nikbin görünürdü. Məğlubiyyət onun əhvalına ciddi təsir göstərməmişdi. Mətbuat konfransında futbolçularından razılığını bildirən çalışdırıcı bu matçı adi bir çempionat oyunu kimi dəyərləndirdi, ilk məğlubiyyəti təbii qarşıladığını bildirdi.
 
Konfransdan sonra Qurban bəyi sürpriz gözləyirdi. Avtobusa əyləşməmiş əməkdaşımızla ayaqüstü söhbət edən Qurban bəydən zədəlilərlə bağlı soruşduq. Maksim Medvedevin zədəsinin tez sağalacağını deyən Qurban bəy, Bədavi Hüseynovla bağlı narahat idi. Onun uzun müddətə sıradan çıxmasına təəssüflənən çalışdırıcı müdafiəçinin tezliklə əməliyyat olunacağını da bildirdi.
 
Qurbanovdan oğlu Musanın da durumunu da soruşduq. Millinin düşərgəsində zədələnən gənc futbolçu da əməliyyat olunmalıdı. Yaxşı ki, onun ciddi zədə üzündən karyerasını bitirmək təhlükəsi haqda deyilənlər şaiyə imiş – Qurban bəy belə bir şey olmadığını bildirdi.
 
...Və söhbəti davam etdirə bilmədik. Buna azarkeşlər imkan vermədi. Əvvəlcə bir azyaşlı şəkil çəkdirmək üçün yaxınlaşdı, daha sonra bir valideyn 2 övladı ilə eyni istəyini çatdırdı. Avrokubokdakı uğurlu işi ilə hamının diqqət mərkəzində olan Qurban bəy qəbələli fanatların xahişini yerə salmadı. Hamı ilə səbrlə şəkil çəkdirən Qurbanovu bir yeniyetmənin hərəkəti isə təsirləndirdi.
 
Belə ki, “Qəbələ” klubunun formasında olan bir yeniyetmə məşqçiyə yaxınlaşıb avrokubokdakı çıxışla bağlı təbriklərini çatdırdı. Amma ürəyində sözünün çox olduğunu, indi həyəcandan uzun danışa bilmədiyini deyərək, məşqçiyə bir kağız uzatdı. Qurban bəy öncə kağızı götürməyib, uşağın özünü dinləmək istədi, lakin onun israrından sonra ürək sözlərinin yazıldığı məktubu avtobusda oxumaq üçün cibinə qoydu. 

 
tarix: 23-10-2017 12:18


 
Xəbər lenti
14.12.2018

02:20   Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54   “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29   Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14   “Qəbələ”nin “Sabah”la 3-cü dueli

00:30   “Qəbələ”nin yeganə əvəzedilməzi

13.12.2018

23:17  “Qəbələ” üçün 14-cü start və yubiley matçı

22:10  5-ci start, 11-ci matç, 7-ci rəqib

20:50  Prezident “Neftçi”nin sabiq futbolçusuna ev verdi

20:35  Azərbaycanlı məşqçi “Altınordu”nun düşərgəsində - FOTO

18:31  Akinfeyev 4-cü oldu

17:50  “Liverpul” müdafiəçisini 1,5 aylıq itirdi

17:17  Avropa Liqası ADİU-da tələbələrlə görüşdü

16:25  UEFA Azərbaycanın daha 4 klubuna pul ayırdı

15:53  İlham Əliyev Ağasəlim Mircavadovu mükafatlandırdı

15:26  Azərbaycan kubokunda ilk dəfə üz-üzə gələnlər və…

15:01  “Neftçi”nin 2 rəqibi məlum oldu

14:35  “Neftçi”nin yeni evi müasir standartlara tam cavab verəcək

14:28  La Liqa klubunda ciddi itki

14:16   “Arsenal” azarkeşlərinə müraciət: 2 yaşlı Zəhramızın qatilinə əl çalmayın!

13:33  ÇL-də son turun ən yaxşısı adına 4 namizəd

13:04  UEFA “Qəbələ” ilə “Zirə”nin hesabına pul köçürdü

12:49  Elxan Məmmədov Məşqçilər Komitəsinin üzvləri ilə görüşdü

12:33  "Qarabağ”ın mövsümdə son avrokubok oyunu “Topaz”da

12:10  "Komanda məndən asılı ola bilməz" - Deviç məşqçilik üçün tez olduğunu düşünür

11:41  MS-dən əzmkar qələbə - VİDEO

11:20  “Viktoriya” “Roma”nı qrup liderliyindən etdi - VİDEO

11:00  “Ayaks”la “Bavariya” 3 qol vurub, 1 xal qazandı - VİDEO

10:42  “Yuventus” İsveçrədən məğlub qayıdır - VİDEO

10:20  MY “Valensiya”ya belə məğlub oldu - VİDEO

10:00  “eTopaz”da günün canlı oyunları

09:40  “Real” doğma meydanda biabır oldu - VİDEO

09:20  Çempionlar Liqasında bütün 1/8 finalçılar bilindi

03:52  Unay Emeri: “Qarabağ”a hörmətlə yanaşırıq”

02:00  ÇL-in qrup mərhələsinə yekun vuruldu

01:23  “Arsenal” rəsmisi Tahir Gözələ xatirə hədiyyəsi təqdim etdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az