(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Tahir Gözəl: “Bəlkə möcüzə olacaq, ikincilik qazanacağıq?”

Tahir Gözəl: “Bəlkə möcüzə olacaq, ikincilik qazanacağıq?”

UEFA Çempionlar Liqasının qrup mərhələsində "Atletiko" ilə səfərdə 1:1-lik bərabərliyə qaldıqdan sonra "Qarabağ"ın prezidenti Tahir Gözəl Madridə ezam olnumuş azərbaycanlı jurnalistlərin suallarını cavablandırıb. 

Futbolinfo.az xəbər verir ki, klub rəhbəri azərbaycanlı futbolsevərləri "Qarabağ"a sahib çıxmağa çağırıb.

- Görüş haqqında nə deyə bilərsiniz?
- Çox maraqlı və gərgin oyun oldu. Qolumuz möhtəşəm idi. Onların vurduğu qol da adlarına yaraşan idi. “Qarabağ” bir daha sübut etdi ki, burda olmağı təsadüfi deyil. Avropa səviyyəsində oyun göstərir. Yarım saata yaxın müddətdə azlıqda oynasaq da, rəqiblə başa-baş mübarizə apardıq. Şükür ki, biz Çempionlar Liqasında, rəqib meydanda Azərbaycan tarixində ilk qolu vura bildik. Bu da bir ilkdir. “Qarabağ” yenə ilklərə imza atır.

- U-19 komandası da qələbə qazandı bu gün...
- O da möhtəşəm nəticədi. O komandamı da təbrik edirəm. Bu gün başımız dik, qürurla ayrılırıq Madriddən. Əminəm ki, “Real” tərəfdarları bu nəticəyə çox sevinirlər. Onlardan bizə mənəvi dəstək var idi ki, əlinizdən gələni edin. Çox məmnunam. Klubumla fəxr edirəm. Bizim əsas məqsədimiz var, o da Qarabağın adını dünyada anlatmaqdır. Şükür, buna nail oluruq. Bütün dünya bizi alqışlayır. “Roma”nın prezidenti də mənə təbrik göndərdi. Belə şeylər məni çox sevindirir.

- İştahınız artırmı? Bəlkə artıq 3-cülük haqqında düşünəsiniz?
- Qarşımızdakı elə komandalardı ki, çox çətindir. Əlimizdən gələni edəcəyik. Ölüm qrupuna düşmüşük. Şansımız var üçüncülüyə, bəlkə möcüzə olacaq, ikincilik qazanacağıq? Hələ bilmirik axı.

- Qırmızı vərəqədən sonra həyəcan keçirdiniz?
- Vərəqəyə etirazım yoxdu. Ancaq 10 nəfər qalmaq məndə böyük həyəcan yaratdı. Lakin “Qarabağ” özünü itirmədi, bir az da şansımız gətirdi. Yaxşı bitdi hər şey.

- Bu cür oyundan sonra “Çelsi” ilə qarşılaşmada yenidən tribunaların dolacağını güman etmək olarmı?
- Mən ancaq dolu tribunalar gözləyirəm. Bu klubu dəstəkləməmək olarmı? Bu komanda üçün yeri gəlsə, iki saat piyada da getmək olar, çünki buna layiqdi. Bütün Azərbaycanı dəvət edirəm. Biz öz işimizi görürük, gərək Azərbaycan da “Qarabağ”a sahib çıxsın. Stadionu dolduraraq dünyaya sübut etməliyik ki, bu komandanın arxasında durmuşuq.

- Matçdan sonra “Atletiko” rəhbərliyi nə dedi?
- Serezo o qədər centlmen, yaxşı adamdı ki. Gözəl oyuna görə təbrik etdi. Hörmətlə vidalaşdıq.


 
tarix: 01-11-2017 09:24


 
Xəbər lenti
19.10.2018
18.10.2018

21:00  GÜNÜN NİDASI: Stuxlikin sağ əli Məmmədov olacaq!

19:46  Türkiyənin daha iki klubundan Azərbaycana təbrik - FOTO

18:33  Dabo “Qəbələ”yə qarşı oynamaya bilər

18:01  Paytaxt klublarının 14-cü dueli

17:54  İbrət götürməli qonşu və marketoloq səriştəsizliyi

17:42  “Fənərbaxça” da Azərbaycan xalqını təbrik etdi - FOTO

17:00  Liderdən ardıcıl 7-ci qələbə

16:31  “Qarabağ” - “Vorskla”: Statistika nə deyir?

16:13  Müstəqillikdə Süleymanov izi: İlk qolun müəllifi, ilk kapitan... 

15:52  “Qarabağ”ın rəqibi futbolçusunu cəzalandırdı

15:30  “Beşiktaş” Azərbaycan xalqını təbrik etdi - FOTO

15:17  Sumqayıtda uşaq futboluna “möhtəşəm dəstək"

15:11  BOS-da UEFA seminarı

15:00  GÜNÜN XATIRLATMASI: Əliyar Ağayev özünü oyunlara təyin edirsə...

14:51  Şəkil Xəyal Nəcəfovundu, amma onu “oğru” yayıb

14:36  Baş məşqçisi: “Şehiçi asanlıqla verməyəcəyik”

14:21  Qurban Qurbanovdan millinin oyunçularına qadağa

13:57  UEFA Rusiya klubunu avrokuboklardan kənarlaşdırdı

13:31  “Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq”

13:09  Kərim Diniyev: “İlk dövrədəki məğlubiyyəti unutmamışıq”

12:51  “Neftçi”nin legionerlərindən müstəqillik günü təbriki - VİDEO

12:29  Nazarov: “90 dəqiqə meydanda olduğum oyunu xatırlamıram”

12:00  PFL-dən möhtəşəm poster: Əbədiyyətin 27-ci ili

11:48  “Topaz”da bu gün: 16 canlı oyun

11:27  “Vorskla” erməni futbolçunu Bakıya gətirməyəcək - RƏSMİ

11:11  Topaz Premyer Liqasında 8-ci tur: tarixə səyahət

10:30  “eTopaz”da günün canlı oyunları

10:14  İsrafilovun komandası İspaniya Kuboku ilə vidalaşdı

10:01  Abbasovun gözünü açan 10 gün: “Biz bünövrəni düşünmürük”

09:48  “Sumqayıt”ın futbolçusu “tüstülətdi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az