(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Qurban

Qurban

Vüsal Mahmudov email: futbolinfonews@gmail.com

Hər yerdə Qurban bayramıdı. Kimi Qurbanın “qurban” olacağını, kimi də işbilməzlərin onun “qurban”ı olacağını deyir...

Sosial şəbəkələrdə, mətbuatda hamının müzakirəsi eyni adamdı. Bəziləri üçün “qurban” seçilmiş Qurban, bəzilərinə görə Qurbana qurban, bəziləri üçün də Qurbanın “qurban”ı. Yəni, fərqli bir qurban bayramı.

Qurban Qurbanovun milli komandaya təyinatı sıradan bir olay və ya sadəcə, təyinat deyildi. Bu, yeni eranın başlanğıcı, islahatların zənciinin ilk həlqəsi idi. Və onillərdi ölkə futbolunu bir addım irəli apara bilməyən insanları indi bir kənara atıb, əvəzinə xilaskar gözüylə baxılan biriniqabağa vermişik.

Klub futbolunda Azərbaycan çapında mümkün olan bütün uğurları qazanmış biri indi bütöv futbol təsərrüfatını ayağa qaldırmalıdı. Ümid də sonsuzdu, məsuliyyət də. Bütöv AFFA-nın öhdəsindən gələ bilmədiyini indi Qurbanın çiyinlərinə yükləmişik.

Amma Qurbanov “Qarabağ”dakı uğurları ilə elə bir imic qazanıb ki, indi səlahiyyətləri də sonsuzdu. Və o, baş məşqçidən əlavə, sabah həm də idarəedici kimi özünü sübut etməlidi. Bütün futbol təsərrüfatında struktur qurmalı, milli komandaları nizama salmalı, nətucə verəcək strategiya müəyyənləşdirməlidi.

Qurbanov sadəcə, millinin baş məşqçi postuna təyin edilib, amma boynuna baş katibin vəzifələri yüklənib. İndi o, bütün milli komandaların birbaşa rəhbəri, futbol təsərrüfatının real ağasıdı.

Hə, labirintdi, Qurbanovu dolaşdırmaq istəyənlər, hər büdrəməsində çəpik çalıb, bayram edənlər, qazancı əlindən çıxdığı üçün ayağının altını qazmağa çalışanlar da olacaq. Bu səbəbdən Qurbana əla komanda lazım olacaq. Güman ki, məşqçi də ilk öncə idarəedici komandasını müəyyənləşdirəcək. Eə bir komanda ki, arı kimi işləyəcək, boşluq verməyəcək, Qurban kimi dürüst olacaq və yalnız hədəfə köklənəcək.

Bu komandada Yaşar Vahavzadə kimi uğursuz məşqçilərə, Riad Rəfiyev kimi məqsədli menecerlərə yer olmayacaq. Elə məhz bu komandanı seçmək, işə başlamaq Qurban üçün ən çətin mərhələdi. Sistem düzgün qurulandan sonra uğur da gələcək, problemlər də bir-bir aradan qalxacaq.

Azərbaycan futbolunun bəlli potensialı var. Və Qurbanovun əlində möcüzə edəcək sehrli çubuq yoxdu, ondan işə başlayan kimi fantastik uğurlar gözləməməliyik. Hər şey zamanla reallaşmalıdı və bünövrənin sağlam qurulduğuna əmin olduqdan sonra bu adama ciddi dəstək verilməlidi. Və bunu hamı etməlidi – azarkeş də, mətbuat da, futbol ictimayyəti də.

Qurbanov “Qarabağ”da rəhbərlikdən hansı dəstəyi görürsə, indi eynisini AFFA etməlidi. Hər büdrəmədə yanında olmaq, çətinliklərə birgə sinə gərmək və pillə-pillə irəliləməklə. 6 illik etimad boşuna deyil, bu, mərhələli inkişafa hesablanıb. İlk illər bünövrənin atılmasına, daha sonra möhkəmlənməyə və yekun nəticəyə hesablanıb.

Qurban heç vaxt qurban olmayacaq. 20 ildi bu insanı tanıdığımdan niyyətinin təmizliyinə, bacarığına, vətənpərvərliyinə, peşəkarlığına zərrə qədər şübhə etmirəm. O, futbolda inqilab lideri olacaq, milli komandanı ən azı indikindən xeyli irəli aparacaq. Ötən illər ərzində topladığı təcrübə, seçdiyi kadr bazası, sadiq dostu, bacarıqlı davamçısı, xarizmatik Rəşad Sadıqov yanında olacaq və büdrəməsinə imkan verməyəcək. Yetər ki, onu məkrli planlardan, çirkli oyunlardan qoruya bilək.


 
tarix: 04-11-2017 14:22


 
Xəbər lenti
20.11.2017

21:50   Super Liqa klubunda cari mövsümdə ikinci istefa

21:35   “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı

21:17   Metro da gücləndirilmiş iş rejimində olacaq – “Qarabağ”ın oyununa görə

20:45   Hakim səhvləri "Neftçi"nin prezidentini dilə gətirdi

20:38   “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı

20:18   İlham Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

19:35   Dəyişin ki, futbol da dəyişsin!

18:52   İlham Əliyev FİFA prezidentini qəbul etdi - FOTOLAR

18:25   Birinci Divizionda 10-cu turun hakim təyinatları

18:05   “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir

17:50   Qurban Qurbanovun yubiley matçı

17:26   Öncə Qurbanov, sonra Konte

17:15   “Çelsi”nin kapitanı: “Qarabağ”la oyunda bizə qələbə lazımdı”

17:00   Federasiya prezidenti istefa verdi

16:48   Premyer Liqa klubu baş məşqçisini qovdu

16:24   Təxirə salınmış matçın vaxtı açıqlandı

16:01   İlk dəfə ölkə çempionu oldular

15:36   İtaliya millisinin baş məşqçi postuna 5 namizəd

15:25   Konte: “Qarabağ”la oyun mövsümün ən vacib matçıdı”

15:12   İtaliya klubu MY-nin “ləkə”sini təmzilədi

15:01   “Sumqayıt” 3, “Kəpəz” 2 futbolçusunu itirdi

14:53   Yığmamız qələbə ilə başladı

14:28   “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı

13:31   Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”

13:20   UEFA-dan altı klubumuza 71 min avro

13:17   “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu

13:14   “Çelsi” ilə oyunu canlı izləyəcək azarkeşlərə şad xəbər

12:50   Topaz Premyer Liqasında rekord təkrarlandı

12:31   Cari mövsümdə 100-cü qol

12:17   “Keşlə”nin tarixində yeni antirekord

11:57   Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda

11:40   FIFA prezidenti Bakıya gəlir

11:27   “eTopaz”da günün canlı oyunları

11:08   “TOPAZ”DA BU GÜN

10:49   Millimiz Gürcüstana qalib gəldi

10:00   90 dəqiqə və 1 xal

09:45   Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü

09:27   Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu

09:21   Elmir Vəliyev üçün zəruri qeydlər

09:12   Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu

09:01   Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu

08:55   Tərlan Əhmədovun gücənməsi

02:16   “Yuventus” uduzdu, “İnter” qalib gəldi - VİDEOLAR

02:02   Son gündə 3 oyun, 3 heç-heçə - VİDEOLAR

01:46   “Valensiya”dan növbəti qələbə - VİDEOLAR

00:45   Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi

00:28   Dadaşov dubl etdi, komandası qalib gəldi

19.11.2017

23:56  “Fənərbaxça” darmadağına sevindi - VİDEO

23:41  Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi

23:11  “Şalke” 3, “Verder” 4 cavabsız qolla qalib gəldi - VİDEOLAR

23:00  Ruslan Qurbanov: “Bunun günahkarı mən deyiləm”

22:47  “Uotford” “Vest Hem”i məğlub yola saldı - VİDEO

21:57  “Ximnastik” İsrafilovsuz qələbə qazandı

20:50  Nazarovla Eratın dueli baş tutmadı

20:20  Mərkəzi oyunda 5 qol - VİDEO

20:08  “Neftçi” “Qəbələ”yə belə uduzdu - FOTOLAR

19:43  Tərlan Əhmədov: “O, 99 faiz komandadan gedəcək”

19:24  Roman Qriqorçuk: “Onun əvəzlənməsi cəzalanması ilə bağlı deyil”

18:53  “Qəbələ”dən “Neftçi” üzərində əzmkar qələbə

18:14  “Səbail” “Kəpəz”i səfərdə darmadağın etdi

15:48  “Kəpəz” rəsmən açıqladı: Baş məşqçi ilə bağlı qərar sabah veriləcək

14:46  “Kəpəz”də qərar günü

13:28  “Neftçi”nin fanşopunda yeni məhsullar

12:32  500-cü qələbəyə sevindi, tarixə düşdü

11:14  Xaliq Mərdanov da istefa verdi 

10:05  "Neftçi" ilə "Qəbələ"nin 41-ci dueli

09:07  Elvinlə Dmitri oynadı, “Karabakh” uduzdu

02:05  “Milan”la “Latsio” səfərdən məğlub qayıtdı - VİDEOLAR

01:57  “Real” büdrədi, “Barsa” xal fərqini artırdı - VİDEOLAR

01:43  “Qarabağ”ın rəqibi “Real” ilə bərabərə qaldı - VİDEO

01:09  PSJ 3 xalı yenə darmadağınla qazandı - VİDEO

00:35  “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az