(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Diniyev “Kəpəz”də aranı qarışdıranları nişan verdi

Diniyev “Kəpəz”də aranı qarışdıranları nişan verdi

Son vaxtlar “Kəpəz”lə bağlı söz-söhbətlər səngimək bilmir. Futbolinfo.az xəbər verir ki, əvvəlcə klubun Müşahidə Şurasının üzvü Mikayıl Nərimanoğlu yol verdiyi hüquqi və maliyyə pozuntularına görə AFFA tərəfindən geri çağırıldı. Az sonra isə o, federasiyadakı Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri vəzifəsindən kənarlaşdırıldı. Bundan sonra isə “sarı-göylər”in baş məşqçisi Şahin Diniyevin rəhbərlik tərəfindən istefaya göndəriləcəyi barədə xəbərlər yayıldı. Hətta onu əvəz edəcək məşqçilərin də adları açıqlandı.

Komanda.az məsələni aydınlaşdırmaq üçün Diniyevdən müsahibə alıb. 51 yaşlı mütəxəssis istefa xəbərləri ilə yanaşı, komandanın hazırkı vəziyyəti barədə bir çox mətləblərə aydınlıq gətirdi.

- Son vaxtlar mətbuatda sizin istefaya göndərilməyinizlə bağlı məlumatlar yayılıb...
- Bu barədə danışmışam. Yenə eyni şeyləri təkrarlamaq istəmirəm. Hamısı şayiədi, yalan söhbətlərdi.

- Klub rəhbərliyi mövsümün əvvəlində sizin qarşınıza hansı məqsədi qoymuşdu?
- Rəhbərlik tərəfindən qarşımıza hansısa məqsəd qoyulmamışdı. Ancaq biz özümüz Avropa Liqasına vəsiqəni hədəfləmişdik.

- Transferlər bu məqsədə uyğun edilmişdi?
- Xeyr, büdcəmizə uyğun transferlər etmişik. Özümüz bu məqsəd uğrunda mübarizə aparmağı qarşımıza hədəf kimi qoymuşduq. İndi də eyni məqsəd uğrunda mübarizə aparırıq. Son pillədə qərarlaşmağımıza baxmayaraq, hələ heç nə bitməyib.

- “Kəpəz” son 5 oyunda 6 xal qazanıb ki, bura iddialı “Qəbələ” ilə səfər oyunundakı qələbə də daxildi...
- Ümumiyyətlə, məsələnin kökünə baxsaq, qarşımızda əsas məsələnin yeni komandanın yaradılması olduğunu görərik. Həm də, biz 11 oyunun 9-nu səfərdə keçirmişik ki, bu da, gənclərdən ibarət komanda üzərində böyük bir təzyiq yaradırdı. Həmin 9 matçdan heç olmasa, 2-ni evdə keçirsəydik, daha çox xal toplayaraq, 4-5-ci pillələrdə qərarlaşa bilərdik. Belədə, komandada da özünəinam daha da artardı. Lakin həm yeni - gənc komandanın qurulması, həm də, oyunlarımızın demək olar, hamısını səfərdə keçirməyimiz indiki nəticələrə səbəb oldu. Səfərdə keçirdiyimiz bu 9 oyunda 7 xal toplamışıq. Bundan sonrakı oyunlarımızın çoxu evdə olacaq. Qarşıdakı 10 oyunumuzdan 7-8-ni evdə keçirəcəyik. Bu oyunlarda qazanılacaq bir qələbə çox şeyi dəyişəcək. 

- Rəhbərliklə mövsümün gedişində komandanın vəziyyəti ilə bağlı söhbətiniz olub?
- Əlbəttə, dəfələrlə danışmışıq. Hamı da hazırkı vəziyyəti başa düşür. Artıq ev oyunlarımızı doğma meydanda keçirməyə başladıqdan sonra hər şeyin daha yaxşı olacağını düşünürük. Sadəcə, bir az zamana ehtiyac var. Son qarşılaşmalar da komandanın oyununda yüksəliş olduğunu göstərdi. “Qarabağ”la son matçda da yaxşı çıxış etdik. Məncə, oyun varsa, nəticə də gec-tez özünü göstərəcək.

- Qarşıda 10 günlük fasilə var. Sizcə, bu fasilənin komandaya nə dərəcədə köməyi olacaq?
- Çox. Yeni yaranan komanda üçün hər günün xeyri var. Bu fasilə də futbolçuların bir-biriylə anlaşma səviyyəsinin yüksəlməsinə çox böyük kömək olacaq. Həm “İnter”lə səfər, həm də “Qarabağ”la ev oyunu göstərdi ki, komanda artıq tam oturuşmaq üzrədi. Hətta “Qarabağ”la oyunda ilk qolu biz vursaydıq, daha yaxşı nəticə qazana bilərdik.

- İstər maaşla bağlı, istərsə də istefaya göndəriləcəyinizlə bağlı iddialar olsun - sizcə, bunlar qəsdən yaradılmış söz-söhbətdi?
- Bəli, hətta yerini də deyə bilərəm. Gəncədən gələn məlumatlardı. Saytlar da bu məlumatları yoxlamadan verirlər. Heç olmasa, istefaya yollanandan və ya istefaya yollayandan bu barədə məlumat almaq, xəbəri dəqiqləşdirmək lazım idi. Təəssüf ki, çoxu bunu etmədi. Bu, komandanın içindən yox, kənardan, bəzi insanlar tərəfindən atılmış addımlardı.

- Kimlər olduğunu bilirsiz?
- Bəli, əlimin içi kimi bilirəm. Hətta bundan sonra hansı addımı atacaqlarını da bilirəm. Bu dəst-xətt, iş üslubuna baxanda, bəlli olur hardan gəlir.

- Bundan təxminən 12 il öncə, “Gəncə”də çalışdığınız zaman da belə hallar olmuşdu...
- Gəncədə belə şeylər həmişə olur. Burda həmişə təzyiq altında çalışmağa məcbur olursan. Bizim etməli olduğumuz əsas şey bu təzyiqlər qarşısında bərk dayanıb, nəticə göstərməkdi.

- Bu, eyni qüvvələrdi?
- Belə deyək, oxşar hadisələrdi.

- Komandada qış fasiləsi ilə bağlı planlar indidən qurulmağa başlanıb?
- Komandaya bu yaxınlarda iki yeni futbolçu daxil etdik. Hər ikisi hazırda ideal formasından uzaqdı. Bunlar Məhəmməd Qurbanov və Mansur Badı. Hər ikisi yaxşı futbolçulardı. İlyas Səfərzadə, İlkin Sadıqov, Tural Rzayev, Kamran Abdullazadə, Azər Məmmədov kimi oyunçular komandanın əsas üzvlərinə çevriliblər. Son vaxtlar bu futbolçuların oyununda irəliləyiş hiss olunur. Son oyunlar da sübut etdi ki, komandada yüksəliş var. Qarşıdakı oyunlarda daha yaxşı nəticələr qazanaraq, daha yüksək yerlərə qalxacağımıza inam var.


 
tarix: 07-11-2017 18:21


 
Xəbər lenti
12.12.2018

11:47   “Qaradağ Lökbatan”ın qapıçısı milliyə çağırıldı

11:22   Çempionlar Liqasının son oyunları “Topaz”da

11:00   “Monako” “Borussiya”ya da uduzdu - VİDEO

10:45   “İnter” pley-off şansını belə əldən verdi - VİDEO

10:30   Milli komanda Məşqçilər Komitəsinə tapşırılsın!

10:15   “Barselona” “Tottenhem”lə “sülh bağladı” - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   “Liverpul” “Napoli”ni tək qolla üstələdi - VİDEO

09:20   “Qalatasaray” “Portu”ya uduzsa da… - VİDEO

09:00   Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

02:03   “Liverpul”la “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

08:45  Reynaldo təkzib etmədi: “Bir şey olacaq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az