(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Qurbanovun ilk addımı: milli komandaların mətbuat xidməti yaradılmalıdı!

Qurbanovun ilk addımı: milli komandaların mətbuat xidməti yaradılmalıdı!

Milli komandamız növbəti 6 il üçün Qurban Qurbanova əmanət edildi. Hələlik rəsmi müqavilə yoxdu, amma belə olacağı dəqiqdi. AFFA İcraiyyə Komitəsi yığışdı, qərar verdi və rəsmən açıqlandı.
 
Dekabrın 6-da Qurbanov fəaliyyətə başlayacaq. Məhz həmin gün yeni müqaviləylə Robert Prosineçkinin qoyub getdiyi milli komandada yerli məşqçinin dövranı start götürəcək.
 
Qurban bəyin işi çətindi, böyük məsuliyyətin altına girib. Təsadüfi deyil, atıb getmədiyi “Qarabağ” bir yana, o, təkcə əsas milliyə yox, həm də aşağı yaş qruplarından olan yığmalara, dolayısı ilə uşaq futboluna da nəzarət edəcək. Baş məşqçiləri də o müəyyənləşdirəcək, bu komandaların oyun üslubunu da, hətta inzibati heyəti də.
 
Amma meydandakı işə start verməzdən öncə Qurban bəy işçi komandasını seçməlidi. O, bacarığına, dürüstlüyünə əmin olduğu əsl peşəkarlar qrupu formalaşdırmalı, yola sağlam qüvvələrlə çıxmalıdı. Futbolumuzu indiki bataqlıqdan çıxarmaq üçün başqa çarə də yoxdu.
 
Qurbanov standart dəyişikliklərə getməyəcək, təbii ki, yeni postlar da təsis olunacaq, bir sıra lazımsız vəzifələr də ləğv ediləcək. Əsas işi görəcək icra aparatının təşkili gələcək uğurların bünövrəsi olacaq.
 
Məşqçinin seçimlərinə qarışmaq niyyətimiz yoxdu. Zaman gələcək, müəyyən adlar açıqlanacaq və Qurbanov erasının perspektivləri haqda mülahizələrimizi yazacağıq. Ancaq mətbuatla bağlı sahəyə indidən diqqət yetirməyə dəyər. Birbaşa işimiz olduğundan mətbuatla bağlı məsələlərdə gözləntilərimiz var. Əvvəlki dönəmlərdə bir çox baryerlərlə üzləşdiyimizdən Qurbanovun dönəmində eyni halların təkrarlanmamasının marağındayıq.
 
Zənnimizcə, milli komandaların ayrıca mətbuat xidmətinin yaradılması vacibdi. İndiyədək bu işlərə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamenti nəzarət edib və bir sıra problemlərlə üzləşmişik. Bir sıra informasiyaların əldə edilməsində, dəqiqləşdirilməsində ləngimələr olub, dolğun məlumat ala bilməmişik və s. Bu departamentin rəhbəri Mikayıl Nərimanoğlu bütün assosiasiyanın yükünü daşıdığından, eyni zamanda “Kəpəz”də Müşahidə Şurasının üzvü kimi vaxtının böyük hissəsini Gəncə klubuna sərf etdiyindən, müəyyən kommunikasiya problemləri ortaya çıxırdı.
 
Həm də milli komandanın ayrıca mətbuat xidmətinin olması yeni bir şey deyil, əksinə, zamanın tələbidi. Əksər futbol ölkələrində bu praktikadan istifadə olunur və onlarda da assosiasiyanın və milli komandaların sözçüləri fərqli insanlardı. Ümid edirik ki, Qurbanov da bu təcrübəyə biganə qalmayacaq.
 
Qurban bəyin bu baxımdan kadr seçmək problem də olmamalıdı. Daim mətbuatla isti münasibətləri olan məşqçi bu sahədə də etibarlı tərəfdaşlar, yol yoldaşları tapa bilər. Qurbanovun işinə qarışmaq olmasın, elə biz də bəzi təkliflər verə bilərik. Məsələn, “Qarabağ”da Qurbanovla birgə iş təcrübəsi olan Emin Abbasov, “Neftçi”də mətbuatla uğurla çalışmış Gündüz Abbaszadə, elə indi də Ağdam klubunda bu işi layiqincə görən Nurlan İbrahimov yeni iş üçün uyğun adlardı, həm yetərincə təcrübələri var, həm də “mətbəx”ə bələd insanlardılar. Vaxtilə AFFA-da da çalışmış, futbol təsərrüfatımızı əlinin içi kimi bilən Erkin İbrahimov da belə həmkarlarımızdandı. Artıq mətbuatda sözünü çoxdan deyən, indi isə yeni mərhələ üçün hazır olan təcrübəli jurnalistlər – Natiq Muxtarlı, Aydın Bağırov və Mahir Rüstəmli də bu işin öhdəsindən gələ biləcək simalardı.
 
Təbii ki, qərarı Qurbanov verəcək, ixtiyar ondadı, uyğun bildiyi kadrı seçmək onun işidi, amma daha öncə onun bi sistemi yaratmaq istəməsi lazımdı. Çünki indi tənqid/təbliğ hədəfi yalnız “Qarabağ” kimi bir Premyer Liqa klubu olmayacaq. Bütün milli komandalar haqda ictimaiyyəti vaxtında məlumatlandırmaq, mətbuatın suallarına operativ cavab vermək lazımdı.
 
AĞA

 
tarix: 07-11-2017 23:02


 
Xəbər lenti
19.01.2018

02:35   “Real” səfərdən qələbə ilə döndü

02:26   “Qalatasaray” səfərdə də 3 qola sevindi

00:11   İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi

18.01.2018

22:39  “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı

22:00  “Sumqayıt” debütanta belə uduzdu - FOTOLAR

21:31  “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO

20:07  Fransa klubu baş məşqçisini qovdu

19:45  Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi

19:29  “Sumqayıt” “Səbail”ə doğma meydanda uduzdu

19:01  Millimizin rəqibi heyətini açıqladı

18:50  Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”

18:31  “Qəbələ” “Sürix”ə belə məğlub oldu - VİDEO

18:14  “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində - FOTO

17:56  Klublarımız avrokuboklarda iştirakdan imtina edib?

17:37  Premyer Liqamızdan 16 pilləlik sıçrayış

17:14  “Kəpəz” daha bir transferi rəsmən açıqladı

17:05  Millimizə daha bir futzalçı qoşuldu

16:33  “Sabah”dan növbəti transfer - FOTO

16:10  Araz “Anortosis”ə penalti qazandırdı - VİDEO

16:00  Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

15:45  “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”

15:16  Hakimlərdən “Keşlə” üçün seminar

14:41  Kosovo seçimi: Məmmədyarov da Məmmədov kimi düşünür?

14:28  “Kəpəz” də Türkiyəyə getdi

14:06  “Qarabağ” - “Kuban” matçından FOTOLAR

13:56  Ozan Can millidən Lippertə görə imtina edibmiş - MÜSAHİBƏ

13:44  Millimizin baş məşqçisinin brifinqi olacaq

13:37  Millimiz FİFA reytinqində gerilədi

13:22  İkisi birində: Sadıqovun komitəsi, Tuayevin birliyi

12:52  Azərbaycan klubu Sağlamla anlaşdı

12:42  “Ruslan Abışova ateist olduğumu deyəndən sonra mənimlə danışmadı”

12:35  Komitə oyunu: Məmmədov MK-nı İK ilə üz-üzə qoyur

12:33  “Qarabağ” Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az