(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Qəhrəmanovun “Neftçi”si: Arveladze, Kolıvanov, İsrafilov, Nazarov və başqaları...

Qəhrəmanovun “Neftçi”si: Arveladze, Kolıvanov, İsrafilov, Nazarov və başqaları...

“Neftçi” qanlı çanaq, daim bir neçə qüvvənin mübarizə apardığı klubdu. Və bu klubda həmişə əksər qüvvələr komandanın uğurundan çox, dövlətin ayırdığı büdcəni necə talayacağını, özünün bundan nə qədər qazanacağını düşünür.
 
Klubda Müşahidə Şurasının yaradılması ilə bu kimi problemlər qismən həll olunmalıydı. Şəffaf idarəçiliyə keçilməsi, fəaliyyətə şuranın nəzarət etməsi ilə hər şey qaydasına qoyulmalıydı. Lakin zaman göstərdi ki, tamah qarşısında yeni sistemlər də acizdi. Qazanmaq naminə hətta Müşahidə Şurasının iş prinsipinə də əl gəzdirildi, müşahidəçi olmalı olan şura idman nəticələrinə məsuliyyəti üzərinə götürdü və transferlərə, klubun idarəetməsinə qarışdı.
 
Klubun Müşahidə Şurasında üzv olan Zaur Qəhrəmanov daim bu kluba rəhbərlik etməkdə maraqlı şəxs olub. İndi də o, rəhbərliyin dəyişməsini və özünün bu posta gəlməsini arzulayır. Klubun Müşahidə Şurası faktiki mövcud olmadığından heç nəyə qarışa bilməsə də, imkan düşdükcə idarəetməyə barmaq etməyə çalışır.
 
2 il öncə Samir Əliyevin baş məşqçi postundan getməsi də birbaşa onun xidməti idi. 2015-ci ilin noyabrında bu məşqçinin fəaliyyəti şurada müzakirə olunarkən, o, Əsgər Abdullayevlə birlikdə Əliyevi kəskin tənqid edib. Və hərəsinin öz məqsədi olub. Abdullayev yenicə gəldiyi şurada qalmaq istəmədiyindən, məşqçi kimi fəaliyyət göstərmək istədiyindən “üsyan” edibsə, Qəhrəmanov onun “məsləhəti ilə” oturub-durmayan Samir bəyi “sözəbaxan” biriylə əvəzləmək niyyətində olub.
 
Bəri başdan deyək ki, Əliyev tez bir zamanda yola salındı və Əsgər bəy baş məşqçi təyinatı aldı. Lakin maraqlı qüvvələr tezliklə onu da yola saldı.
 
Qəhrəmanovun arzuları da ürəyində qaldı. O vaxt klubun icraçı direktoru və faktiki idarəçisi olan Elnur Məmmədov Qəhrəmanovun planlarını həyata keçirməsinə imkan vermədi. Məmmədov SOCAR-dakı dayaqları vasitəsi ilə Zaur bəyin qol-qanad açmasına əngəl oldu və özünün gələcək taleyini də müəyyənləşdirdi. Elə həmin vaxtdan icraçı direktorlarla ulduzu küsən Qəhrəmanov onun klubdan uzaqlaşdırılmasına da nail oldu. Sədr Çingiz Abdullayevlə birləşən SOCAR vitse-prezidentinin oğlu fəaliyyətinin qalan hissəsini planlarının reallaşmasına mane olan bu adamı “vurmağa” həsr etdi.
 
Maraqlıdı ki, Məmmədov klubdan getdikdən sonra şura üzvünü ümumiyyətlə, klubun işlərinə burun soxmağa qoymadılar. Qəhrəmanovu indi heç şurasının üzvü olduğu klubun oyunlarında da görmürük.
 
Bəs, Qəhrəmanovun məqsədi nə idi? O, Əliyevi yola salmaqla yeni komanda qurmaq, büdcəni dostlara paylamaq, onlarla şərik olmaq niyyəti güdürdü. Təbii ki, uğurlu nəticələrlə öz təbliğatında da maraqlı idi. İndi “Neftçi”nin başını ağrıdan kredit ideyasının banisi də o idi. Zaur bəyin planlarına indiki büdcə bəs etməyəcəkdi və o, kredit hesabına komanda qurulmasını planlayırdı.
 
Yazdıqlarımız havadan gəlmir. Redaksiyamıza Zaur Qəhrəmanovun hazırladığı “yeni “Neftçi” layihəsi” barədə plan-sənəd daxil olub. Bu sənəd hazırlanarkən Samir Əliyev hələ baş məşqçi idi və onu istefaya göndərmək, əvəzinə Şota Arveladzeni gətirmək planı vardı. Fotoda hər şey aydın görünür.
 
Plana görə, Samir Əliyev və köməkçiləri işdən çıxarılmalı və illik 110400 mant xərclənən bu şəxslərin əvəzinə daha bahalı məşqçilər gəlməliydi. Türkiyədəki işini itirən Şota Arveladze 400, soyadının dəqiqləşdirə bilmədiyimiz Roberto adlı əcnəbi 600, millimizin sabiq müdafiəçisi Emin Ağayev 200, rusiyalı İqor Kolıvanov 350 min manat qarşılığında real namizədlər idi. Onların hər biri köməkçisi ilə birlikdə il ərzində göstərilən məbləğə işləməyə razı idi. Hər biri ilə danışıq aparılmış, hətta Arveladze Bakıya da dəvət olunmuşdu.
 
Heyətdəki oyunçulardan 7 əcnəbi – Kaue da Silva (illik maaşı 300 min manat), Erik Ramos (275 min), Xuan Alberto Melli (120 min), Jairo Rodriges (100 min), Mihal Peskoviç (96 min), Aylton Ferreyra (100 min), Salas Quinta Anyete (220 min), eyni zamanda 4 yerli – Məhəmməd Qurbanov (100 min), Əziz Quliyev (36 min), Samir Məsimov (100 min) və Elvin Bədəlov (50 min) göndərilməli, büdcəyə 1,497 milyon manat qənaət edilməli idi. Yeri gəlmişkən, bu futbolçuların heç biri hazırda komandada deyil.
 
Əvəzində 2,790 milyon manatlıq yeni heyət formalaşmalı idi. Heyətdə olan yerli oyunçulardan aşağıdakılar komandada saxlanılmalıydı: Araz Abdullayev (illik 200 min manat), Rəhman Hacıyev (110 min), Ruslan Qurbanov (110 min), Aqil Məmmədov (100 min), Elşən Abdullayev (60 min), Məqsəd İsayev (50 min), Fəhmin Muradbəyli (30 min), Maksim Vaylo (30 min), Rahil Məmmədov (25 min). Bu oyunçulardan Rəhman, Məqsəd, Maksim və Rahil komandadı və yalnız Hacıyev əsas heyət üzvü sayıla bilər.
 
Qəhrəmanovun planına görə, Tərlan Quliyev (50 min), Emil Balayev (50 min), Elnur Cəfərov (50 min), Rahid Əmirquliyev (200 min), Dmitri Nazarov (350 min), Eddi İsrafilov (300 min) və Pavel Paşayev (130 min) komandaya transfer olunmalıydı. Bu oyunçulardan Tərlan hələ də “Neftçi”nin gündəmindədi, Elnur isə artıq müqavilə bağlayıb. Pavellə Dmitri uzun müddət bakılıların danışıq aparıb, anlaşmadığı oyunçulardı. Milli komandanın üzvləri olan bu oyunçulardan Elnur, Eddi, Dmitri, Tərlan və Pavelin agenti yığmanın meneceri Riad Rəfiyevdi. Hansı ki, AFFA-nın baş katibi Elxan Məmmədovla və Zaur Qəhrəmanovla sıx dostluq münasibətləri var.
 
Zaur bəyin hesablamalarına görə, komandaya 6 legioner gətirilməliydi ki, onların da dost agentlər tərəfindən transfer ediləcəyi şübhəsiz idi. 150 və 100 min manat illik maaşa razı salınacaq 2 mərkəz müdafiəçisindən başqa, 100 və 120 minə gətiriləcək 2 cinah oyunçusu da əcnəbi olmalıydı. 200 minlik yarımmüdafiəçi və 275 minlik hücumçu da “biznes-plan”a daxil idi.
 
Qəhrəmanov öz beynində heyət də qurmuşdu. Fotoya baxıb onun nə düşündüyünü özünüz görə bilərsiz. Bu sənəd Zaur bəy tərəfindən hazırlanıb, amma o, hazırda kluba yaxın buraxılmır. Bu planın uğurlu olub-olmayacağını zaman göstərəcəkdi, lakin o dəqiqdi ki, Müşahidə Şurasının üzvü olan birinin belə plan hazırlaması idarəetməyə, məşqçi işinə müdaxilə idi. Qəhrəmanov yalnış müşahidəçi olmalıydı, amma...
 
FƏRİD

 
tarix: 08-11-2017 08:47


 
Xəbər lenti
19.10.2018
18.10.2018

21:00  GÜNÜN NİDASI: Stuxlikin sağ əli Məmmədov olacaq!

19:46  Türkiyənin daha iki klubundan Azərbaycana təbrik - FOTO

18:33  Dabo “Qəbələ”yə qarşı oynamaya bilər

18:01  Paytaxt klublarının 14-cü dueli

17:54  İbrət götürməli qonşu və marketoloq səriştəsizliyi

17:42  “Fənərbaxça” da Azərbaycan xalqını təbrik etdi - FOTO

17:00  Liderdən ardıcıl 7-ci qələbə

16:31  “Qarabağ” - “Vorskla”: Statistika nə deyir?

16:13  Müstəqillikdə Süleymanov izi: İlk qolun müəllifi, ilk kapitan... 

15:52  “Qarabağ”ın rəqibi futbolçusunu cəzalandırdı

15:30  “Beşiktaş” Azərbaycan xalqını təbrik etdi - FOTO

15:17  Sumqayıtda uşaq futboluna “möhtəşəm dəstək"

15:11  BOS-da UEFA seminarı

15:00  GÜNÜN XATIRLATMASI: Əliyar Ağayev özünü oyunlara təyin edirsə...

14:51  Şəkil Xəyal Nəcəfovundu, amma onu “oğru” yayıb

14:36  Baş məşqçisi: “Şehiçi asanlıqla verməyəcəyik”

14:21  Qurban Qurbanovdan millinin oyunçularına qadağa

13:57  UEFA Rusiya klubunu avrokuboklardan kənarlaşdırdı

13:31  “Azərbaycanla futbol yox, sanki həndbol oynayırdıq”

13:09  Kərim Diniyev: “İlk dövrədəki məğlubiyyəti unutmamışıq”

12:51  “Neftçi”nin legionerlərindən müstəqillik günü təbriki - VİDEO

12:29  Nazarov: “90 dəqiqə meydanda olduğum oyunu xatırlamıram”

12:00  PFL-dən möhtəşəm poster: Əbədiyyətin 27-ci ili

11:48  “Topaz”da bu gün: 16 canlı oyun

11:27  “Vorskla” erməni futbolçunu Bakıya gətirməyəcək - RƏSMİ

11:11  Topaz Premyer Liqasında 8-ci tur: tarixə səyahət

10:30  “eTopaz”da günün canlı oyunları

10:14  İsrafilovun komandası İspaniya Kuboku ilə vidalaşdı

10:01  Abbasovun gözünü açan 10 gün: “Biz bünövrəni düşünmürük”

09:48  “Sumqayıt”ın futbolçusu “tüstülətdi”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az