(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Çempionatımızda bu gücdə komanda yoxdu”

“Çempionatımızda bu gücdə komanda yoxdu”

Futzal üzrə yüksək liqada 6-cı turun mərkəzi oyunu sayılan “Araz” - “Neftçi” İK dueli gözlənildiyindən də gərgin keçdi. Xüsusilə də, “Neftçi”nin hesabı açmasından sonra “Araz”ın oyunçularında təşviş aşkar hiss olunurdu. Düzdü, son çempion sonradan 2 top vurmağı bacardı. Amma matçın başa çatmasına saniyələr qalmış “Neftçi” hesabı bərabərləşdirdi və ötən turdakı EKOL yenilgisini bir növ sığortalamış oldu.

Futbolinfo.az xəbər verir ki, gərgin keçən matçdan sonra “Neftçi”nin və millinin qapıçısı Elnur Zamanov Futzal Federasiyasının “Facebook”dakı rəsmi səhifəsinə müsahibə verib:

- Oyunun gərgin keçəcəyi gözlənilirdi, amma bu dərəcədə dramatik sonluqla bitəcəyi yox. Nə deyə bilərsən son çempionla duel haqda? 
- Həqiqətən də gərgin, həm də dramatik oyun alındı. Hesabı açdıq, üstünlüyümzü qoruya bilmədik, son saniyələrdə vurduğumuz qolla isə məğlubiyyətə layiq olmadığımızı sübut etdik. Bu cür oyunlar çempionatın bəzəyidir. Uşaqları təbrik edirəm, bu gün meydanda son saniyələrə qədər vuruşdular.

- Ötən oyunda EKOL-a yenildiz, bu dəfə son çempiona qarşı fərqli oyun nümayiş etdirdiz və 1 xal qazandız. Bu qeyri-sabitliyin səbəbi nədir? 
- Həmin matçda çox zəif çıxış etdik. Səbəbini izah edə bilməyəcəm, amma bunun yeganə oyun olacağına inanıram. Elə etməliyik ki, “Neftçi” layiq olduğu yerə yüksəlsin. Çempionat 4 dövrədən ibarətdi. Qarşıdakı 3 dövrəni daha yüksək səviyyədə keçirəcəyik.

- Bəlkə motviasiya problemi var? 
- Niyə ki? EKOL da bizim əsas rəqiblərimizdədir. Ümumiyyətlə, indi asan-güclü rəqib yoxdur, gərək bütün oyunlara əvvəlkindən də ciddi hazırlaşa, yanaşasan. Komandada hansısa problem yoxdur, sadəcə heyətimizə yeni oyunçular dəvət olunub ki, onların da tam uyğunlaşması üçün müəyyən zamana ehtiyac var.

- Sona 1 dəqiqə qalmış hesabda geridə idiz. Həmin an oyunun əldən getdiyini düşündünmü? 
- Oyun çox dəyişdi. Çünki hesabı açdıqdan sonra davamını gətirə bilərdik. Bir neçə əks-hücumumuz oldu ki, istifadə edə bilmədik. Sonra rəqib üstünlük qazandı. Ümumi götürdükdə, məncə, heç-heçə ədalətli hesab oldu. Hər iki komanda əzmkarlıq göstərdi, oyundan qopmadı.

- “Araz”ın hücumçuları əksər qapıçılar üçün arzuolunmazdır. Bu, sənin üçün də keçərlidir? 
- Mənim üçün də belədir. Çünki bu komandanın heyətində güclü oyunçular cəmləşib. Demək olar, hamısı millinin üzvləridir. Bu gücdə komanda çempionatımızda yoxdur.

- “Neftçi”nin cari mövsümü də mükafatçılar sırasında bitirəcəyi realdırmı? 
- Bunun üçün çalışırıq və niyə də olmasın! Düzdü, əvvəlki illərlə müqayisədə indi oyunlar gərgin keçir, heç kim asan təslim olmur. Ancaq məqsədimiz dəyişməz olaraq qalır.

- Ancaq hələ ki, komanda olaraq ümidləri doğrultmursuz... 
- “Araz”la oyun dönüş nöqtəsi olacaq. Artıq özünəinam artıb. Bunun növbəti oyunlara müsbət təsir edəcəyi şübhəsizdir.


 
tarix: 08-11-2017 12:30


 
Xəbər lenti
21.02.2018

09:39   Messi "Çelsi" tilsimini qırdı

09:27   “TOPAZ”DA BU GÜN

09:00   “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03   Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

01:43   “Beşiktaş” darmadağın oldu, “erkən final”da qalib müəyyənləşmədi

00:34   Təxirə salınan oyundan qol səsi çıxmadı

00:02   Millimizin sabiq üzvü üçün 76 dəqiqə

20.02.2018

19:17  Bundesliqa klubunda yeni baş məşqçi

18:54  Bombardir fərqi 5-ə yüksəltdi

18:38  EKOL büdrədi, “Araz” yenə qalib gəldi

18:00  Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi

17:28  Topaz Premyer Liqasında 17-ci turun oyun cədvəli

17:17  “Bayıl Arena”da bir gündə iki çempionat oyunu

16:11  Birinci Divizionda 15-ci turun oyun cədvəli

16:00  “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO

15:28  “Sumqayıt”ın prezidenti bəlli oldu - RƏSMİ

15:19  “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı

14:54  Şehiç həftənin rəmzi yığmasında

14:46  Millimizlə qarşılaşma ən az gəlir gətirən oyun oldu

13:55  “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi

13:47  Droqba Fransa klubunda - FOTO

12:52  PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi

12:00  “TOPAZ”DA BU GÜN

11:25  “Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:43  İspaniya futbolunda şok - Danışılmış oyunlara görə 24 nəfər saxlanıldı

10:26  Bundesliqa klubunda baş məşqçi istefası

10:01  “Kəpəz”in “yeyilən” xalı - VİDEOFAKT

09:17  Qarşılıqsız sevgi barədə ATMACA

09:04  Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı

09:00  Yiyəsiz “Zirə”

02:42  MS-ni kubokdan qovdular - VİDEO

02:31  “Xetafe”dən darmadağın - VİDEO

02:19  “Latsio”dan inamlı qələbə - VİDEO

01:57  “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21  “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az