(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Vaqif Heydərli: “Təkliflərdə o “lyuks”um olmayıb ki, işimi istədiyim kimi görüm”

Vaqif Heydərli: “Təkliflərdə o “lyuks”um olmayıb ki, işimi istədiyim kimi görüm”

Vaqif Heydərli azsaylı FİFA menecerlərindəndi ki, təkcə ölkəyə legioner gətirmir, həm də yerli gənclərin Avropa klublarına trasnferinə yardımçı olur. 

Hazırda Portuqaliyanın "Sportinq” klubunda çıxış edən Budaq Nəsirov, Praqa "Slaviya”sında forma geyinən Fərid Nəbiyev buna əyani misaldır. Bu gün Vaqif Heydərlinin doğum günüdü.
 
Əziz gündə onunla söhbətləşib, bizi maraqlandıran suallara cavab tapmağa çalışdıq.
 
"Bu gün yaşlanmağım heç yadıma düşmür"
 
- Doğum gününüz mübarək, Vaqif bəy. Bəziləri deyir ki, illər ötdükcə insan doğum günündə sevinmir, yaşın üstünə yaş gəlməsinə görə bikef olur. Sizdə necədi?
- Dərindən düşünəndə, düzdü, yaşlanırsan filan. Amma hər yaşın öz gözəlliyi var. Şəxsən mənim üçün il ildən maraqlı gəlir. Çox arzu edirəm ki, həyatdakı insanların hamısı sevidikləri işlə məşğul olsunlar. Hansı işlə məşğul olurlar, olsunlar, onu sevsinlər. Bu gün məşğul olduğum işi o qədər sevirəm ki, hər qarşıdakı ili səbirsizliklə gözləyirəm. Təcrübə qazanmaq vacibdi. Bu təcrübə mənə daha çox iş görmək imkanı verir və ona həvəslə yanaşıram. Əvvəl bizim üçün futbolçularımızın xaricə getməsi xəyal idisə, bir az sonra reallığa çevrildi. Bəlkə də istəyim bununla bağlıdı. Sevmədiyim işlə məşğul olsaydım, bunlar mənm üçün önəm daşımazdı. Pessimist fikirlər söyləyərdim və yaş üzərinə yaş gəldiyinə görə heyifsilənərdim. Amma bu gün yaşlanmağım heç yadıma düşmür. Mənim üçün pozitivdi. Bikef olmağa heç bir əsasım, neqativ nəsə yoxdu.
 
- Futbol sahəsinə jurnalistikadan gəldiyinizi bilirik. Bəs necə oldu ki, özünüzü menecerlikdə sınamağa qərar verdiniz?
- Əvvəl idman jurnalistikasından başladım. Sonra klub sisteminə keçdim. İdmanla bağlı "Futbol+"də təcrübə qazandım, sonra mətbuat xidmətinin rəhbəri oldum. Bilirsiz ki, bunlar bir-birinə bağlıdı, sintezdi. Artıq klub daxilində qazandığım təcrübə, başqa bir vəzifəyə sintez olmağa kömək etdi. İdman jurnalistikasından mətbuat katibliyinə, daha sonra klub funksioneri və menecerlik. Artıq təcrübə qazanırsan, savadlanırsan, işləyirsən. Daha sonra təkminləşirsən. Dil, əlaqələr baxımından təcrübə qazandım, sonra gördüm ki, bu məndə alınır. İnkişaf etməyən, üzərində işləməyən insan mənə görə yaşamır. İrəli getməyə can atdım və digər klublarda çalışdım. "Bakı"dan AZAL-a keçdim, daha sonra müstəqil fəaliyyət göstərmək istədim. O dövr üçün imtahan verdim. FİFA agenti idim, indi futbolçu təmsilçisiyəm. 
 
- Nə vaxtsa ölkə klublarından yenidən bilavasitə klubda vəzifə tutmaq, funksioner olmaq təklifi almısızmı?
- Olub, 2010-cu ildə "Olimpik"dən çıxandan sonra fəaliyyətə başladım. Son illər belə təkliflər olub. Amma son dövrlər daha sərbəst rejimdə çalışmağa alışmışam. Səfərlər çox olub. Başqa ölkələrdə oyunlar izləməlisən, görüşlər olmalıdı. Bu rejim hansısa klubda işləməyimə imkan vermir. İndi gördüyüm işi status olaraq, heç bir klub funksionerliyindən aşağı hesab etmirəm. Nə də ki, funksionerliyi öz işimdən aşağı tutmuram. Bu da ayrı missiyadı. Amma bu o demək deyil ki, nə vaxtsa klub sistemində çalışmayacam. Ümumi mətbəxdi, zatən klublarla əlaqələrimiz var. Gələcəkdə münbit şərait yaranarsa çalışaram. Niyə də olmasın? Klub o demək deyil ki, səhər 9-dan axşam 6-ya qədər işləyəsən. Müəyyən ştatlar var ki sərbəstliyə imkan verir. Hazırda bu yoxdu. Bugünə qədərki təkliflərdə də o "lyuks"um olmayıb ki, öz işimi istədiyim kimi görüm.
 
- Xarici klublarla geniş əlaqələriniz, dil bilikləriniz var. Xaricdən iş təklifləri olubmu?
- İş təklifi yox. Çünki bunun üçün köçüb orda yaşamalıyam. Amma onsuz da əlaqələrimiz var. Müəyyən klublarla görüşürəm, əməkdaşlıq edirəm. Onları maraqlandıran təkliflərlə bağlı müzakirələrimiz olur. Amma iş elə şeydi ki, konkret orda olmalısan. Bir ölkədə yaşayıb, digərində işləmək real deyil.
 
"Yaxın zamanlarda saydığınız adlara biri də əlavə olunacaq"
 
- Budaq Nəsirov, Fərid Nəbiyev... Hazırda bu siyahını davam etdirməyə namizəd varmı?
- Bəli, bunların yanına 3-cü bir adı yazmaq istiqamətində də işlər görülür. İnanıram ki, yaxın zamanlarda saydığınız adlara biri də əlavə olunacaq. Yığmamızın üzvü olan gənc bir futbolçumuz var. Bu işlər bəzən bir gün, ay yaxud ildən də çox çəkə bilər. Xatırlayırsızsa, Fəridi aparmaq bizə 1 ildən də çox müddətə başa gəldi. İnşallah, bu futbolçumuzun da üzərində çalışırıq. Amma adını hələlik açıqlamaq istəmirəm. Bu şərtlərə, ona marağı olan klublara təsir edə bilər. Yəqin siz də istəməzsiz ki, bu işin alınmasına hər hansı problem yaransın. Uşaqlarda da həvəs var. Budaq getdi, əvvəl zədələndi, sonra hər şey qaydasına düşdü. "Sportinq"də möhkəmləndi, ikinci ili də klubda qalmağı ona təklif etdilər. Etimad qazandı, özü də gördü ki, bu asan məsələ deyil. Fərid də uğurlu başladı. Buna inamımız böyükdü. İndidən sonra hər gördüyümüz iş daha da uğurlu olmalıdı. Gecə-gündüz çalışırıq ki, inkişaf etdirək. İşləri nə qədər düzgün aparsaq, futbolumuz, yığmamız faydalanacaq.
 
- Gənc futbolçuları "gözaltı” edərkən əsas hansı xüsusiyyətinə diqqət yetirirsiz?
- Təbii ki, futbol bacarığı olmalıdı. Daha sonra xarakterinə, intellekt məsələsinə, savadına, düşüncəsinə fikir verirəm. Müasir futbolda bunlar önəmlidi. Müəyyən səviyyədə dil bazası da olmalıdı. Modern futbolda bir çox kriteriyalar futbolçunun xaricə uyğunlaşması və inkişafında böyük rol oynayır. Belədə futbolçu futbola tam "fokus"lanır və müəyyən problemlərin həll olunmasında enerji sərf etmir. Təsəvvür edin, savadı, dünya görüşü, dil biliyi, xarakteri olmayan futbolçu tez uyğunlaşar, yoxsa bunları özündə cəmləşdirən insan. Mənə görə xaricə uyğunlaşa bilməyən bəzi futbolçularda bu problemlər olub. Bəziləri, dil, xarakter, ünsiyyət və başqa cəhətdən problemlər yaşayırlar. Amma bu cəhətləri özündə formalaşdıran futbolçulara üstünlük verməyə çalışırıq. Onların möhkəmlənmək şansları daha çoxdu. Bu bizim adımıza da yaxşıdı. İndi müəyyən futbolçularımız var ki, xaricə gedirlər, orda duruş gətirirlər, oynaya bilirlər və göstərirlər ki, üzrlərində bir qədər də işləsələr daha böyük uğurlar qazanarlar. 
 
- Bizdə həm də mentalitetlə bağlı problemlər var, məsələn ailədən uzaq qalmaq. Bunları necə aşmaq olar?
- Bunları aşmaq üçün futbolçunun düna görüşü, savadı olmalıdı. Nəyin doğru, nəyin yanlış olduğunu dərk etməlidi. Keçid dövründə olan futbolçular tam qərar verə, anlaya bilmirlər. Həqiqətən o yaşda nəyin doğru və yanlış olması haqda qərar versələr, ailə və digər problemlər yaranmayacaq. Hər şey futbolçunun savad və intellekt səviyyəsindən irəli gəlir. Yanlışlardan çəkilib doğru işlər görməyə başlasa hər şey yolunda ola bilər. 
 
- Araz Abdullayev həqiqətən də böyük futbolçu ola bilərdimi? Buna nə mane oldu?
- Araz son vaxtlar Azərbaycan futbolunun inkişaf etdirdiyi ən istedalı nümayəndələrindəndi. Böyük futbolçu ola bilərdi. Yenə də böyük ola bilər, heç bir yaş futbolçu üçün gec deyil. Mən Arazla işləmədiyim və yaxın münasibətdə olmadığım üçün onun inkişaf etməməsinin səbəbini bilmirəm. Kənardan izlədiyim qədər, "Everton" məsələsi alınmadı, o dövr üçün çətin oldu, sonra "Panionis"ə getdi və "Qəbələ"yə qayıtdı. Daha sonra xaricə yollandı. Arazda alınmadı. Amma niyə alınmadı, deyə bilmərəm? Eşitdiyimizi demək doğru deyil. Gördüyümüzü danışmalıyıq. Konkret problemin nədən qaynaqlandığını bilmirəm.  
 
"Darionu "Qarabağ"la "Qəbələ" istəyirdi, amma..."
 
- "Kəpəz”ə sizin vasitənizlə gələn Dario Federiko baxımlı, məshuldar, ölkəmiz üçün supersəviyyəli hücumçu idi. Onu nə üçün Azərbaycanın digər klubları heyətinə qatmaq istəmədi? 
- Başqa klublardan təkliflərdən gəldi. "Qarabağ"dan maraq vardı. Son anda fikirlərini dəyişib başqa futbolçu üzərində  dayandılar. İkili fikir olduğuna görə alınmadı. Eyni zamanda "Qəbələ" də istəyirdi. Sadəcə, klubun təklifləri futbolçunu qane etmədi və o Koreyaya getdi. 
 
- Ona istədiyi məbləği verməyin yeri var idimi?
- Oyunu göz qabağında idi. Məncə Fedriko istənilən Azərbaycan klubunu gücləndirmək potensailı olan futbolçudu.
 
"Sadəcə günün ikinci yarısında saatyarım məşq etməklə yaxşı futbolçu olmaq mümkün deyil"
 
- Övladlarınızın futbola marağı necədir? Gələcəkdə səsləri ölkə xaricindən gələ bilərmi?
- İki oğlum var, biri 11, digəri 6 yaşındadı. Böyük oğlum bir neçə il futbolla məşğul olub. Sonradan mən davam etməsini istəmədim. Bu yaşda uşaq haqqında qərar vermək hələ tezdi. Öz yaşına görə fantastik istedada malik uşaq deyildi. Zəif də deyildi. Bir valideyn kimi gördüm ki, onun təhsilinin səviyyəsi oynadığı futbolun səviyyəsindən çox yüksəkdi. İki işi bir yerdə görmək çox hallarda uğur qazandırmır. Peşəkar olmağı qarşına məqsəd qoymusansa iki işdə bu mümkün deyil. Bəziləri deyir ki. dərsin və məşqin öz vaxtı var. Bununla razılaşmıram. Nahara qədər məktəblə, daha sonra futbolla məşğul olmaq deyirlərsə, məncə bu düzgün deyil.  Çünki nahara qədər məktəbdə dərs oxumaqla savadlı insan, yaxud, sadəcə günün ikinci yarısında saatyarım məşq etməklə yaxşı futbolçu olmaq mümkün deyil. Ya günortaya qədər məktəbə gedib, daha sonra əlavə hazırlaşıb təhsilini yüksəltməklə güclü mütəxəssis ola bilərsən, ya da gündə saatyarım futbol məşqinə, ardından da buna dəstək verəcək yüngül atletika, üzgüçülük və sair kimi idman fəaliyyətləri ilə məşğul olmalısan ki, top-futbolçu olasan. Belə deyək, həyatını ya təhsilə ya da idmana sərf etməlisən. Mən də təbii ki, valideyn olaraq övladımın mükəmməl insan kimi yetişməsini, xalqımıza, dövlətimizə peşəkar insan kimi xidmət etməsini arzulayıram. Təbii, öz istəkləri ilə bərabər, övladıma düzgün yolu göstəməliyəm. O bütün gücünü ya peşəkar idmançı, ya da savadlı mütəxəsis olmağa yönləndirməlidi. Ola bilər səhv edirəm. Amma mən onun təhsildəki səviyyəsinin daha yüksək olması qənaətində olduğum üçün belə qərar verdim. Digəri isə kiçikdi, 6 yaşı var, onun haqda nə qərar verəcəyimizi zaman göstərəcək. Bir şeyi bacarsın, amma onu mükəmməl etsin.
 
"Qurban Qurbanovla ən azı 10 illik müqavilə bağlanmalıdı"
 
- Günün aktual mövzusu Qurban Qurbanovun milliyə təyinatıdı. Siz bu barədə nə düşünürsüz?
- Fikirlərim birmənalıdı. Bütün kriteriyaları nəzərə alsaq, bu gün yığmanı çalışdırmağa ən layiqli namizəd Qurban Qurbanovdu. Heç bir əks-arqument yoxdu. Yığmamıza uğur qazandıracaq ən layiqli namizəd məhz Qurbanovdu. 
 
- Qurban bəydən əvvəl gələn məşqçilərdən biri 7, digəri 3 ilə yaxın çalışdı. Sizcə Qurbanovla bağlanan 6 illik müqavilə az deyilmi? Bu müddətdə futbolumuzu inkişaf etdimək mümkündü?
- Məncə azdı. Ondan əvvəl gələn məşqçilərlə daha böyük uğurlar qaznmaq, mötəbər turnirlərdə iştirak etmək ümidi ilə müqavilə imzalanıb. Bu gün fəaliyyətdə olan U-15-dən tutmuş əsas yığmaya qədər olan komandaların potensialı ilə, acı da olsa etiraf etməliyik ki, böyük turnirlərdə uğur qazanmağımız çox çətin görünür. Belə olduğu halda, nə qalır? U-14 və daha aşağı yaş qrupları üzrə işləyib uzun müddətli plan qurulmalı və yığma səviyyəsinə çatdırmaq üçün çalışılmalıdı. Həmin uşaqların 22-23 yaşında yığma səviyyəsinə çatacağını nəzərə alsaq, daha geniş miqyaslı plan üçün ən azı 10 illik müqavilə bağlanmalı və bu müddətdə doğru-düzgün işləmək lazımdı. Bəlkə də bu kiməsə real gəlməyə bilər. Amma məncə həqiqətdi.  
 
- Onun həm "Qarabağ"da həm də yığmada çalışması ilə bağlı fikirlər müxtəlifdi. Siz necə düşünürsüz? "Qarabağ"dan ayrılmalıdımı?
- Bu bir qədər şəxsi məsələ olduğu üçün Qurbanov özü cavab verə bilər. Çünki öz potensialını bilir. Amma məncə bugün üçün heç bir problem yaratmayacaq. Çünki uzunmüddətli müqavilə bağlayıb. Özünün planları var. Artıq işin başlanğıcındadı. İndi problem yaratmaya bilər. Amma uzunmüddətli planın bəlkə də ən qızğın dönəmində və kuliminasiya həm vaxt, həm də enerji baxımından problem yarada bilər. Onu da indidən müzakirə etməyimiz real deyil. Zaman göstərəcək. Qurbanov ağıllı insandı, həmin dövr yetişəndə düzgün qərar verib, yoluna davam edəcək. 
 
- Özünüzə və Azərbaycan futboluna nə arzulamaq istərdiniz?
- Sadəcə uğurlar. Bunu dillə demək mümkün deyil. klublarımız, yığmalarımız nə qədər uğur qazansa bizim üçün sevindirici hal olar. Həm də futbolumuzun dünya və Avropada tanınmasına şərait yaradır. Uğurlar nə qədər çox olsa, futbolçularımızın xaricə getməsini bir o qədər asanlaşdırır. Haqqımızda daha çox məlumata sahib olurlar, bizə inam göstərirlər. Doğru çalışıb əziyyət çəkəndən sonra uğur da olacaq.  Burda fərdləri ayırmıram, hamımızın məqsədi futbolu inkişaf etdirməkdi. Həm klub həm də yığma səviyyəsində ciddi uğurlara nail olmağa çalışırıq. (Sport7.az)


 
tarix: 08-11-2017 18:29


 
Xəbər lenti
21.11.2017

19:29   Antonio Konte: “Qarabağ”la ilk oyunda bəxtimiz gətirdi”

19:07   Tibo Kurtua: “Qarabağ”a erkən qol vurub, təzyiq altında saxlamalıyıq”

18:25   “Keşlə” - “Neftçi” matçının hakim təyinatları açıqlandı

18:14   Birinci Divizonda 11-ci turun oyun cədvəli açıqlandı

18:03   Millimizin toplanış üçün heyəti açıqlandı

17:51   “Çelsi” Bakıda məşq etdi - FOTOLAR

17:42   “Sumqayıt” - “Səbail” matçının başlama saatı açıqlandı

17:30   Əliyar Ağayev “Beşiktaş”ın məğlubiyyətini qeydə aldı

17:22   "Kəpəz"də daha bir istefa

17:10   “Qarabağ”dan azarkeşlərə müraciət

16:55   Liderdən növbəti qələbə, çempion yenə uduzdu

16:30   Millimizin quldurluq edən futbolçusu məhkəmə zalında həbs edildi

15:43   Yunis Hüseynov “Kəpəz”i ilk məşqə çıxardı

15:25   “Kəpəz” Yunis Hüseynovu təqdim etdi

14:44   Millimiz Kosovoya məğlub oldu

14:04   Dino Ndlovu: “Təzyiq altında olan biz yox, “Çelsi”di”

13:55   Qurban Qurbanov: “3-cü yer barədə düşünməməliyik”

13:50   9-cu turun oyun cədvəli açıqlandı

13:35   “Roma”nın futbolçusu: “Qarabağ”la oyunadək vəsiqəni təmin etməliyik”

13:11   Əliyar Ağayev bu gün “Beşiktaş”ın oyununu idarə edəcək

13:00   “Keşlə”dən “cavab atəşi”

12:45   Tərlan Əhmədov köməkçilərini yola salmaq istəyir

12:32   Məmmədovun təşvişi, təkzibi

12:26   “Neftçi”dən 18 cavabsız qol

11:56   “Payız turniri” keçiriləcək

11:31   “eTopaz”da günün canlı oyunları

11:24   Monroz "Diqqət Mərkəzində" - VİDEO

11:15   “TOPAZ”DA BU GÜN

11:01   “Qarabağ” – “Çelsi” matçında türkiyəli hakimlər

10:45   “Beşiktaş” “Portu”ya qarşı - YENİLƏNİR

10:37   “Traktorsazi” darmadağın oldu

10:03   Mövsümün əvvəlində qovulmuşdu, yenidən Super Liqa klubuna qayıtdı

09:35   Vüqar qol vursa da, komandası elitaya yüksələ bilmədi

09:01   Rauf Əliyev oynadı, “Kukesi” evdə uduzdu

02:15   Son matçda darmadağın

02:07   Premyer Liqada 12-ci tura heç-heçə ilə yekun vuruldu

01:58   Son oyunda “Bolonya” qalib gəldi

01:38   "Keşlə"də əvvəl pul verdilər, sonra baş məşqçiyə barmaq silkələdilər

01:29   “Çelsi” Bakı Olimpiya Stadionundan imtina etdi

00:20   Təxirə salınmış matçda darmadağın - VİDEO

00:06   “Kasımpaşa”dan səfərdə inamlı qələbə

20.11.2017

23:14  Səfərdə 200-cü qol, Dabo 7-ci, Bezotosnı 4-cü oldu 

21:50  Super Liqa klubunda cari mövsümdə ikinci istefa

21:35  “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı

21:17  Metro da gücləndirilmiş iş rejimində olacaq – “Qarabağ”ın oyununa görə

20:45  Hakim səhvləri "Neftçi"nin prezidentini dilə gətirdi

20:38  “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı

20:18  İlham Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

19:35  Dəyişin ki, futbol da dəyişsin!

18:52  İlham Əliyev FİFA prezidentini qəbul etdi - FOTOLAR

18:25  Birinci Divizionda 10-cu turun hakim təyinatları

18:05  “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir

17:50  Qurban Qurbanovun yubiley matçı

17:26  Öncə Qurbanov, sonra Konte

17:15  “Çelsi”nin kapitanı: “Qarabağ”la oyunda bizə qələbə lazımdı”

17:00  Federasiya prezidenti istefa verdi

16:48  Premyer Liqa klubu baş məşqçisini qovdu

16:24  Təxirə salınmış matçın vaxtı açıqlandı

16:01  İlk dəfə ölkə çempionu oldular

15:36  İtaliya millisinin baş məşqçi postuna 5 namizəd

15:25  Konte: “Qarabağ”la oyun mövsümün ən vacib matçıdı”

15:12  İtaliya klubu MY-nin “ləkə”sini təmzilədi

15:01  “Sumqayıt” 3, “Kəpəz” 2 futbolçusunu itirdi

14:53  Yığmamız qələbə ilə başladı

14:28  “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı

13:31  Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”

13:20  UEFA-dan altı klubumuza 71 min avro

13:17  “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu

13:14  “Çelsi” ilə oyunu canlı izləyəcək azarkeşlərə şad xəbər

12:50  Topaz Premyer Liqasında rekord təkrarlandı

12:31  Cari mövsümdə 100-cü qol

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az