(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Samir Ələkbərov: “Uşaq da bilərdi ki, üçdən çox top buraxa bilərik”

Samir Ələkbərov: “Uşaq da bilərdi ki, üçdən çox top buraxa bilərik”

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində evdə Almaniya yığmasına böyük hesabla uduzan (0:7) millimizin baş məşqçisi Samir Ələkbərov oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolinfo.az xəbər verir ki, Ələkbərov öncə oyunla bağlı fikirlərini bildirib:

- Futbolçular meydanda əziyyət çəkdiyi kimi, biz də kənarda əziyyət çəkirdik. Səhvlər çoxdu. Bu səhvlər üzərində çalışacağıq.

- Komanda sanki bu gün çox istəksiz görünürdü. Sizə elə gəlmir ki, komandada motivasiya çatmırdı?
- Məncə, istək var idi. Komanda oyuna hazırlaşmışdı. İlk oyunda 1:6 uduzmuşduq. İlk dəqiqədə qol buraxmağımız oyunumuza təsir etdi. Ola bilsin, bu qol uşaqları həvəsdən saldı. 

- Rəhbərliyiniz altında komanda iki oyunda 13 qol buraxdı. Daha öncə Yaşar Vahabzadənin köməkçisi idiz, bu millinin potensialına bələd idiz. Düşünmürsüz ki, baş məşqçi keçməyiniz səhv addım idi. Peşman deyilsiz ki? 
- Kimsə bu yükün altında girməli idi. Təəssüflənmirəm.

- Oyundan öncə belə xəbərlər yayılmışdı ki, millimizin üzvləri Almaniya ilə matçda üçdən çox qol buraxacağımıza pul qoyuluşu ediblər...
- Uşaq da bilərdi ki, Almaniya ilə oyunda üçdən çox top buraxa bilərik. Belə şey ola bilməz. İnanmıram.

- Sanki Renat Dadaşov Almaniyaya qarşı ümumiyyətlə, oynamaq istəmirdi...
- Məşqçilər də onun oyunundan narazı qaldı. Onu böyük ümidlərlə milliyə gətirmişdik. Ümumiyyətlə, təkcə o yox, hamı çox zəif təsir bağışladı.

- Millinin yeni baş məşqçisi Qurban Qurbanovla danışmısız?
- Onunla yalnız Ramil Şeydayev barədə danışmışam. Daha sonra o mənə, mən də ona uğurlar arzuladıq. 

- Kosovo ilə oyunda ciddi dəyişikliklər gözlənilir?
- Gözlənilməsə belə, artıq olmalıdı. Paltardəyişmə otağı xətəxanaya çevrilib. Bir çox oyunçu zədələnib. Elnur Cəfərov, Renat Dadaşov, Bəhlul Mustafazadə əzələsini dartıb. Buna görə, Kosovo ilə matçda çox güman dəyişikliklər olacaq.  

- Renat dəqiq zədələnib, bəlkə özü oynamaq istəmir?
- Bəli, əzələsini dartıb. 

FƏRİD


 
tarix: 09-11-2017 20:40


 
Xəbər lenti
21.02.2018

09:39   Messi "Çelsi" tilsimini qırdı

09:27   “TOPAZ”DA BU GÜN

09:00   “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03   Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

01:43   “Beşiktaş” darmadağın oldu, “erkən final”da qalib müəyyənləşmədi

00:34   Təxirə salınan oyundan qol səsi çıxmadı

00:02   Millimizin sabiq üzvü üçün 76 dəqiqə

20.02.2018

19:17  Bundesliqa klubunda yeni baş məşqçi

18:54  Bombardir fərqi 5-ə yüksəltdi

18:38  EKOL büdrədi, “Araz” yenə qalib gəldi

18:00  Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi

17:28  Topaz Premyer Liqasında 17-ci turun oyun cədvəli

17:17  “Bayıl Arena”da bir gündə iki çempionat oyunu

16:11  Birinci Divizionda 15-ci turun oyun cədvəli

16:00  “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO

15:28  “Sumqayıt”ın prezidenti bəlli oldu - RƏSMİ

15:19  “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı

14:54  Şehiç həftənin rəmzi yığmasında

14:46  Millimizlə qarşılaşma ən az gəlir gətirən oyun oldu

13:55  “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi

13:47  Droqba Fransa klubunda - FOTO

12:52  PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi

12:00  “TOPAZ”DA BU GÜN

11:25  “Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:43  İspaniya futbolunda şok - Danışılmış oyunlara görə 24 nəfər saxlanıldı

10:26  Bundesliqa klubunda baş məşqçi istefası

10:01  “Kəpəz”in “yeyilən” xalı - VİDEOFAKT

09:17  Qarşılıqsız sevgi barədə ATMACA

09:04  Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı

09:00  Yiyəsiz “Zirə”

02:42  MS-ni kubokdan qovdular - VİDEO

02:31  “Xetafe”dən darmadağın - VİDEO

02:19  “Latsio”dan inamlı qələbə - VİDEO

01:57  “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21  “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az