(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Ağatahir Əzimov: “Rusiyanın U-17 komandası bizi 20:0 hesabı ilə udursa...”

Ağatahir Əzimov: “Rusiyanın U-17 komandası bizi 20:0 hesabı ilə udursa...”

Futzalımızın canlı əfsanəsi Ağatahir Əzimov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az hazırda “FK.İD.Futsal” komandasının kapitan sarğısını daşıyan təcrübəli oyunçunun “Yasamal” üzərindəki qələbədən (10:3) sonra verdiyi müsahibəni təqdim edir:

- Cari mövsümdə ilk dəfə bir komanda bir oyunda 10 qol vurdu. Bu rəqibin zəif çıxışından irəli gəlirdi, yoxsa hücum xətti üzərinə düşən işi layiqincə yerinə yetirdi?
- Rəqib zəif deyildi. Bu komanda bütün iştirakçılarla oynayıb. Sadəcə, “Xəmsə” ilə oyundan sonra komanda olaraq yığışdıq, söhbətləşdik. Həmin oyunda da qələbə qazanmalı idik, amma heç-heçə etdik. Bu dəfə məsuliyyətli yanaşdıq işimizə və nəticəsi ortadadı. “Xəmsə” ilə oyunda fikirləşirdik ki, asanlıqla qalib gələcəyik. Amma final fitindən sonra anladıq ki, zəif komanda yoxdu. Hazırkı çempionatda iştirakçıların səviyyəsi bir-birinə yaxındı. “Araz” hamıdan güclüdü, bu danılmazdı. Qalanları bir-biri ilə oynayacaq gücdədi.

- “Yasamal” 5-ci topu buraxdıqdan sonra sanki oyundan qopdu...
- İkinci hissədə ardıcıl qollar vurduqdan sonra onlar dayandı, bizdə isə oyun daha yaxşı alındı. Bu cür oyunların qırılma nöqtəsi həmin epizodlardı ki, gərək ardıcıl 2-3 top vurasan. Bunu edə bildinsə, rəqib yavaş-yavaş oyundan qopur.

- Debütant Yüksək Liqanın nəbzini tuta bilirmi?
- Yavaş-yavaş düzəlirik. Komanda üçün lazımi şərait yaradılıb. Rəhbərlik bütün ehtiyaclarımızı qarşılayır. Nə deyirik, dərhal yerinə yetirirlər. Hansısa problemin yaranmasını, qalmasını istəmirlər. Komanda yeni yığıldığından, uyğunlaşmaq üçün vaxt lazımdı. Birinci Liqada oynayan heyətdən cəmi 2-3 nəfər qalıb. Üstəlik, zədəli oyunçularımız da çoxdu.

- Sizin üçün 1-ci dövrə başa çatdı. Ümumi mənzərə necədi?
- Builki çempionat maraqlı keçir. Yeni komandaların gəlişi də rəqabəti artırıb. Ötən il Birinci Liqada təxminən 10-a yaxın komanda var idi ki, rəqabət aparırdılar. İndi həmin proses Yüksək Liqada gedir. “Araz” səviyyə baxımından hamıdan güclüdü. Qalan komandalar bir-birinə yaxındı. Misal üçün, “Xəmsə” bizdən xal alır, biz “Neftçi”ni uduruq.

- Komandanın təchizatı da göz oxşayır. Bəs məşq keçmək üçün lazımi şərait varmı?
- Rəhbərlik komandanın yaxşı çıxış etməsində maraqlıdı. Ona görə də hər cür şərait yaradılıb. Yalnız “Araz” bizi üstələyir. Digər komandaların heç birindən geri qalmırıq. Hər şeyimiz var, hər gün məşq keçirik, saunamız var.

- Bəs hədəfiniz nədir?
- Bu gün bizə "çempion olun", demirlər. Əlbəttə, mükafatçılar sırasına düşə bilsək, lap yaxşı. Amma “üçlüy”ə düşməsək, bu, faciə olmayacaq. Əsas odu ki, klub olaraq formalaşaq. Bundan sonra nəticə tələb olunacaq. 

- Tək-tük klublardansız ki, Birinci Liqada da təmsilçiniz var. Orada əsasən gənclər qərarlaşıb?
- Bəli, gənclərə şans verilir. Əbdülqəni Nurməmmədov adətən gənclərlə işləməyi sevir. İkinci komandanı da o, yığıb. Həmin gənclərdən biri - Eşqin Tağıyev bu oyunda bizə kömək etdi. Qapıçımız da ikinci komandadan dəvət olunub. Çünki əsas qolkiperimiz olan Ramil Həsənzadə zədəlidi.

- Məşqçiliyə başlamaq barədə necə, düşünürsən?
- Bu işə çoxdan hazıram. Gərək dəvət olsun. Bu gün bizdə uşaq məktəbləri yoxdu. Klublar indi-indi bu sahəyə diqqət ayırmaq istəyir.

- Bu illər ərzində parket üzərində yığdığın təcrübəni gənclərlə bölüşə bilirsənmi?
- Nə bilirəmsə, öyrətməyə çalışıram. Problem ondadı ki, futzalımızda gənclər yoxdu, çox azdı sayları. Bunun üçün məktəblər olmalıdı ki, gənclər ordan hazır gəlsinlər. Daha çox böyük futboldan kimlərisə dəvət edirik. U-17-nin heyəti də belə quruldu. Böyük futbolda oynayan gəncləri komandaya dəvət etdilər, nəticəsi isə acınacaqlı oldu. Heyətdə olanlardan yalnız qapıçı futzalda oynayır. Fuad Rzayev qısa vaxtda onlara nə öyrədə bilərdi ki?

- Bu işdə klublar daha çox maraqlı olmalı deyilmi?
- İnkişaf istəyiriksə, uşaq komandaları yaradılmalıdı. Əvəzedici komandalar formalaşdırılmalı, onların çempionatı keçirilməlidi. Əgər bu gün Rusiyanın U-17 komandası bizi 20:0 hesabı ilə udursa, deməli, fərq çox böyükdü. Onların məktəbləri çox güclü işləyir ki, ortaya bu mənzərə çıxır.

- Bəs veteranlarla necə, görüşüb, ötən günləri xatırlayırsınız?
- Hərdən görüşürük, yığışıb futzal oynayırıq. 


 
tarix: 10-11-2017 11:08


 
Xəbər lenti
12.12.2018

11:00   “Monako” “Borussiya”ya da uduzdu - VİDEO

10:45   “İnter” pley-off şansını belə əldən verdi - VİDEO

10:30   Milli komanda Məşqçilər Komitəsinə tapşırılsın!

10:15   “Barselona” “Tottenhem”lə “sülh bağladı” - VİDEO

10:00   “eTopaz”da günün canlı oyunları

09:40   “Liverpul” “Napoli”ni tək qolla üstələdi - VİDEO

09:20   “Qalatasaray” “Portu”ya uduzsa da… - VİDEO

09:00   Elxan Məmmədov AFFA rəhbərliyinə qarşı

02:03   “Liverpul”la “Tottenhem” 1/8 finalda, “Qalatasaray” Avroliqada

11.12.2018

22:52  “Qəbələ” “Sabah”la ev oyununa Bakıda hazırlaşır

22:34  “Qəbələ”dən 5 cavabsız qol

21:08  “Qarabağ” Londona yola düşdü - VİDEO

18:52  Danışılmış oyunlara qarşı forum

17:52  AFFA “Səbail”lə bağlı qərarını qüvvədə saxladı

17:31  “Neftçi” kubok oyununa da Abışovsuz hazırlaşır

17:05  “Mançester Siti”də yeni müqavilə

16:48  37 yaşlı forvard Messiyə çatdı

16:23  U-21-in oyunlarının təqvimi də açıqlandı

15:53  Qurbanovun istefasıyla bağlı yeni sensasiyalar - Müqaviləsi 6 illik deyilmiş, təzminat məbləği...

15:01  Millimizin oyunlarının təqvimi açıqlandı

14:42  “Onlarla yaxın günlərdə müqavilə imzalayacağıq”

14:23  Azərbaycan Kuboku: 1/4 finalın hakimləri bəlli oldu

14:15  “Azərbaycan çempionatı daha populyardı”

13:42  “Aktobe” açıqladı: Reynaldo “Qarabağ”a qayıdır

13:23  Mövsümün 5-ci avtoqolu

13:00  Millimiz Fransa, İsveçrə və Slovakiya ilə bir qrupa düşdü

12:44  “Topaz”: Liverpulda həlledici “döyüş”

12:25  Azərbaycan kuboku: Oyunların başlama saatı açıqlandı

12:06  “Neftçi”nin seriyası qırıldı 

11:43  “Qarabağ”ın rekordu

11:22  Xorvatiya - Azərbaycan matçının məkanı bəlli oldu

11:05  Azərbaycan millisinə 22 futbolçu dəvət olundu

10:30  Ramil Şeydayev BƏƏ və Türkiyədə hazırlıq keçəcək

10:00  “eTopaz”da günün canlı oyunları

09:45  Ozan Canın komandası səfərdə 1 xal qazandı

09:17  De Byazi “Futbolinfo”ya danışdı: “Təklif almışam, sadəcə, gözləməliyəm”

09:12  İlin rəmzi komandası üçün 50 namizəd - UEFA açıqladı

09:01  La Liqa klubunda yeni baş məşqçi

08:45  Reynaldo təkzib etmədi: “Bir şey olacaq”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az