(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Qarabağ”ın futbolçusu: “U-19 liqasında da qələbə qazananda mükafat alırıq”

“Qarabağ”ın futbolçusu: “U-19 liqasında da qələbə qazananda mükafat alırıq”

“Qarabağ”ın U-19 komandasının ukraynalı futbolçusu Yaroslav Deda ölkəsinin mətbuatına müsahibə verib. 

Futbolinfo.az xəbər verir ki, gənc hücumçu maraqlı fikirlər səsləndirib.

- Bir müddət futboldan uzaq düşdünüz. Həmin ərəfədə karyeranızı bitirəcəyinizi düşünməyə başlamışdıq. Nə baş vermişdi?
- Elədi. Bu il karyeramı başa çatdırmaq haqda düşünürdüm. Sümüyüm qırılmışdı və bərpa olunmaq üçün çox vaxt lazım gəldi. Agentlər “Volın”la bağlı məsələ bağlandıqdan və mən sağaldıqdan sonra variantlar axtarmağa başladılar. Almaniyanın “Verder” klubuna keçə bilərdim. Lakin “Qarabağ” variantını üstün tutdum. Bu komandanın Gənclər Liqasında oynamaq şansı əldə etdiyini biləndə Azərbaycanda möhkəmlənmək üçün məndə daha çox güc yarandı. “Qarabağ”a “futbola ac” vəziyyətdə keçməyim də mənə kömək etdi.
 
- Müqavilə imzalamamışdan əvvəl sizi çox yoxladılar?
- Demək olar ki, 1 ay. Əvvəlcə əsas komanda ilə məşqlərdə iştirak etdim. Bu, yayda baş verdi. Azərbaycanda yayda hava çox isti olur və belə məqamda nəinki qaçmaq, yerimək də çətindi. Birtəhər alışa bildim və “Qarabağ”a uyğun gəldim. Düzdü, hələ gənclər komandasında və əvəzedici heyətdə oynayıram.
 
- “Qarabağ” necə klubdu? Bir qədər ətraflı məlumat verərdiniz...
- “Neftçi” və “Qəbələ” ilə birlikdə Azərbaycan futbolunun lideridi. Gənclər və əvəzedicilərdən ibarət komanda oyunlarını Bakıya yaxın qəsəbədə keçirirlər. Əsas komanda isə Tofiq Bəhramov adına stadionda oynayır. Belə deyim, yayda buraya baxışa gələndə hər şey qısa zamanda xoşuma gəldi. Baza, meydança və şəhəri o qədər bəyəndim ki, ağlımdan Azərbaycanda uzun müddət qalmaq fikri keçdi.
 
- “Qarabağ”ın 19 yaşadək futbolçulardan ibarət komandası Gənclər Liqası ilə yanaşı, Azərbaycanın U-19 liqasında da oynayır...
- Azərbaycanın U-19 liqası elə də güclü deyil, Ukrayna çempionatı ilə müqayisədə səviyyəsi çox aşağıdı. Ən məsuliyyətli oyunlar “Neftçi” ilə keçir. Aramızdakı son derbidə ilk qolu biz buraxsaq da, sonra hesabı bərabərləşdirməyi bacardıq. Son dəqiqələrdə isə mən qələbə qolunu vurdum. Onu da qeyd edim ki, U-19-un oyunlarına da azarkeşlər gəlirlər.
 
- “Qarabağ”ın maliyyə vəziyyəti nə yerdədi?
- Sevindirici haldı ki, bizdə mükafat da var. Hətta U-19 liqasında, eləcə də əvəzedicilərin çempionatında prinsipial matçlarda qələbə qazananda da “premiya” alırıq. Bu, motivasiyamızı artırır.
 
- “Qarabağ”ın Çempionlar Liqasında iştirakı Bakıya futbol bumu gətirdimi?
- Təbii ki. Çempionlar Liqası oyunlarında burda anşlaq olur. Hələ bizimlə eyni qrupa düşən rəqibləri demirəm. “Kopenhagen”lə pley-off matçında da anşlaq oldu, “Roma” ilə qrup oyununda da. “Atletiko” ilə görüşə bir qədər az azarkeş gəlmişdi. Amma bu matçı da 40 min insan stadiondan izlədi. Növbəti qonağımız “Çelsi” olacaq. İngilislərə də qol vurmaq istəyirəm. (Apasport)


 
tarix: 10-11-2017 13:24


 
Xəbər lenti
21.02.2018

09:39   Messi "Çelsi" tilsimini qırdı

09:27   “TOPAZ”DA BU GÜN

09:00   “Sumqayıt”dakı təxirəsalmanın səbəbi

02:03   Londonda heç-heçə, Münhendə darmadağın - VİDEO

01:43   “Beşiktaş” darmadağın oldu, “erkən final”da qalib müəyyənləşmədi

00:34   Təxirə salınan oyundan qol səsi çıxmadı

00:02   Millimizin sabiq üzvü üçün 76 dəqiqə

20.02.2018

19:17  Bundesliqa klubunda yeni baş məşqçi

18:54  Bombardir fərqi 5-ə yüksəltdi

18:38  EKOL büdrədi, “Araz” yenə qalib gəldi

18:00  Azərbaycan - Makedoniya matçının başlama saatı dəqiqləşdi

17:28  Topaz Premyer Liqasında 17-ci turun oyun cədvəli

17:17  “Bayıl Arena”da bir gündə iki çempionat oyunu

16:11  Birinci Divizionda 15-ci turun oyun cədvəli

16:00  “Səbail” - “Qarabağ” matçında 5 qol - VİDEO

15:28  “Sumqayıt”ın prezidenti bəlli oldu - RƏSMİ

15:19  “Sumqayıt” “Keşlə” ilə oyunun hazırlığına başladı

14:54  Şehiç həftənin rəmzi yığmasında

14:46  Millimizlə qarşılaşma ən az gəlir gətirən oyun oldu

13:55  “Neftçi” “Zirə”yə qarşı: Başlama saatı bilindi

13:47  Droqba Fransa klubunda - FOTO

12:52  PFL Premyer Liqa ilə kubokun təqvimini dəyişdi

12:00  “TOPAZ”DA BU GÜN

11:25  “Qarabağ”ın futbolçusu “Fənərbaxça”da

11:00  “eTopaz”da günün canlı oyunları

10:43  İspaniya futbolunda şok - Danışılmış oyunlara görə 24 nəfər saxlanıldı

10:26  Bundesliqa klubunda baş məşqçi istefası

10:01  “Kəpəz”in “yeyilən” xalı - VİDEOFAKT

09:17  Qarşılıqsız sevgi barədə ATMACA

09:04  Ziya Əzizov PSV-yə qarşı 90 dəqiqə oynadı

09:00  Yiyəsiz “Zirə”

02:42  MS-ni kubokdan qovdular - VİDEO

02:31  “Xetafe”dən darmadağın - VİDEO

02:19  “Latsio”dan inamlı qələbə - VİDEO

01:57  “Ayntraxt” “Leytpsiq”i məğlub yola saldı - VİDEO

01:21  “Beşiktaş” millimizin qapıçısını icarəyə verdi

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az