(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Topaz Premyer Liqasında hələ belə şey olmamışdı...

Topaz Premyer Liqasında hələ belə şey olmamışdı...

Topaz Premyer Liqasında 12-ci turun şənbə günü keçiriləcək matçları erkən - günorta saatlarında başlayacaq. 

Futbolinfo.az xəbər verir ki, buna səbəb noyabrın 18-nə təsadüf olan "Keşlə" - "Zirə" və "Kəpəz" - "Səbail" oyunları keçiriləcək stadionlarda süni işıqlandırma sistemiylə bağlı problemin olmasıdı. 

Bu üzdən hətta qarşılaşmalardan birini - konkret olaraq "Keşlə"in ev matçının saat 13:00-da başlanması nəzərdə tutulub. Gəncədəki oyunun startının isə saat 15:00-da olacağı gözlənilir. 

Daha tez oyun kimi məhz paytaxtdakı qarşılaşmanın seçilməsi təsadüfi deyil. Çünki oyunu yayımlanacaq "CBC Sport" telekanalının komandası Bakıdan 350 kilometr aralıda olan Gəncəyə səfər etməlidi və uzaq yolçuluq nəzərə alınıb. Buna görə "Kəpəz"in ev oyunu "Keşlə"ninkindən sonra başlayacaq.

Peşəkar Futbol Liqasının Texniki-İdman Şöbəsinin rəisi Zamiq Hüseynov məlumatı təsdiqləyərək şənbə günlü matçlarının birmənalı şəkildə tez başlayacağını söyləyib: "Həmin 2 stadionda projektorlar olmadığından oyunları axşam saatlarını sala bilmirik. Qışın yaxınlaşmasıyla isə havalar getdikcə daha tez qaralır. Bütün bunları nəzərə alaraq, "Keşlə"ylə "Kəpəz"in bu turdakı ev oyunlarını günorta saatlarında keçirəcəyik. Burada yayım məsələsini də nəzərə almalıyıq. "CBC Sport" hər 2 qarşılaşmanı canlı yayımlayacağından matçları eyni vaxta təyin edə bilmərik. Deməli, bir oyun digərindən ən azı 2 saat sonra başlamalıdı. Canlı yayımın vaxtını tam dəqiqləşdirəndən sonra rəsmi saytımızda oyun cədvəlini açıqlayacağıq".

Onu da bildirək ki, turun açılış və bağlanış matçları - "Qarabağ" - "Sumqayıt" və "Neftçi" - "Qəbələ" oyunları keçiriləcək Bakı Olimpiya Stadionu ilə "Bakcell Arena"da süni işıqlandırma sistemiylə bağlı problem olmadığından həmin qarşılaşmalar axşam saatlarında keçiriləcək. 

Xatırladaq ki, cari çempionatda indiyədək ən tez başlanan oyun saat 15:00-da olub. (Sport24)


 
tarix: 13-11-2017 23:48


 
Xəbər lenti
19.01.2018

02:35   “Real” səfərdən qələbə ilə döndü

02:26   “Qalatasaray” səfərdə də 3 qola sevindi

00:11   İsrafilov sıradan çıxdı, “Ximnastik” qalib gəldi

18.01.2018

22:39  “Qarabağ” öncə fitnessdə, sonra meydanda çalışdı

22:00  “Sumqayıt” debütanta belə uduzdu - FOTOLAR

21:31  “Neftçi” Antalyada belə hazırlaşır - VİDEO

20:07  Fransa klubu baş məşqçisini qovdu

19:45  Təbriz klublarından biri uduzdu, digəri liderlə heç-heçə etdi

19:29  “Sumqayıt” “Səbail”ə doğma meydanda uduzdu

19:01  Millimizin rəqibi heyətini açıqladı

18:50  Cavid Hüseynov: “Yüz faizlik şanslardan yararlana bilmədik”

18:31  “Qəbələ” “Sürix”ə belə məğlub oldu - VİDEO

18:14  “Fənərbaxça” fanatları “Qarabağ”ın düşərgəsində - FOTO

17:56  Klublarımız avrokuboklarda iştirakdan imtina edib?

17:37  Premyer Liqamızdan 16 pilləlik sıçrayış

17:14  “Kəpəz” daha bir transferi rəsmən açıqladı

17:05  Millimizə daha bir futzalçı qoşuldu

16:33  “Sabah”dan növbəti transfer - FOTO

16:10  Araz “Anortosis”ə penalti qazandırdı - VİDEO

16:00  Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

15:45  “Futzal aləmində Azərbaycan millisi ilə hesablaşırlar”

15:16  Hakimlərdən “Keşlə” üçün seminar

14:41  Kosovo seçimi: Məmmədyarov da Məmmədov kimi düşünür?

14:28  “Kəpəz” də Türkiyəyə getdi

14:06  “Qarabağ” - “Kuban” matçından FOTOLAR

13:56  Ozan Can millidən Lippertə görə imtina edibmiş - MÜSAHİBƏ

13:44  Millimizin baş məşqçisinin brifinqi olacaq

13:37  Millimiz FİFA reytinqində gerilədi

13:22  İkisi birində: Sadıqovun komitəsi, Tuayevin birliyi

12:52  Azərbaycan klubu Sağlamla anlaşdı

12:42  “Ruslan Abışova ateist olduğumu deyəndən sonra mənimlə danışmadı”

12:35  Komitə oyunu: Məmmədov MK-nı İK ilə üz-üzə qoyur

12:33  “Qarabağ” Qvardiolanın “Barselona”sı kimi tiki-taka futbolu oynayır”

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az