(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Elnur Cəfərovu tanıyırsızmı?

Elnur Cəfərovu tanıyırsızmı?

Sənan Abdullayev email: futbolinfonews@gmail.com

Natiq Qasımovu tanıyırsızmı? 1992-ci ildə - 21 yaşında Ağdamda Azərbaycan bayrağı asılı Alban kilsəsində təkbaşına 5 gün, ac-susuz ermənilərə qarşı döyüşüb. Təslim olmadığını görən dığalar, 22 Xocalı sakinini gözü önündə güllələyəcəyini deyiblər. Bunu mənliyinə sığışdırmayan Natiq Azərbaycan bayrağını özüylə götürüb təslim olub. Azərbaycan bayrağı, bu gün də yaşayan 22 xocalılı, 5 gün ac-susuz qalan Natiq. Elnur Cəfərov 5 gün ac qala bilərmi?

Elnur Cəfərovu tanıyırsızmı? Bu "Xəzər Lənkəran”ın ümidi o Cəfərovdu ki, "bir vaxtlar heç vaxt "Neftçi”də oynamaram deyirdi”. Bu gün hardadı sizcə? Bilirsizsə, acı-acı gülürsüz. 

Hüseyn Cəbrayıloğlunu tanıyırsız? Azərbaycanın zabiti olub. Murovdağda qulluq edib. Dağda, soyuqda, uçqunun ağzının içində. Həmkarımdı. Böyükağa Hacıyevə "Razıyam "Xəzər Lənkəran” dağılsın, amma "Neftçi”yə uduzmasın” deyən adamdı. Bu gün Tahir Süleymanov demişkən, İbrahimlər, Mahsunlar, Elşənlər, Elnurlar qolu bir kənara qoy, ötürmə verəndə belə hər yanı "dağıdır” ki, bu "xəzər”lidir. Onun dumandan görünməyən meydançada "Neftçi”yə vurulan qoldan sonra üzündəki sevinci görmüsüzmü? Mən görmüşəm, Elnur Cəfərov görübmü?

Elnur Cəfərovu tanıyırsızmı? İndi "Neftçi”də oynayır, qol vurmağa çalışır "Neftçi” adına. Görəsən, bundan sonra Hüseynin üzünü görübmü? 

Yaşar Vahabzadəni tanıyırsızmı? Ömrünün yarısını məşqçi kimi milli komandalarımızda keçirib axırda 21 yaşlıların baş məşqçisi olmuşdu. Qovdular. Almaniyaya 0:7 uduzandan sonra deyib ki, "məşqçidə günah görmürəm”. Gördüyü bu gün quyruğu qapı arasında olan "böyük adam”ın "zakaz”ıyla milliyə "bayraqsızlar”ı yığmaq olub. Hə, bir də haqqını yeməyək, İslam Oyunlarını qazanıb. Azad Kərimov və Elnur Cəfərovla birgə.

Elnur Cəfərovu tanıyırsızmı? Birləşib jurnalisti döymək istəyən "trio”nun üzvüdü. Bəxti gətirib. Həmkarımı deyirəm. Elnurun ayağı güclüdü axı.

Hacı İlqarı tanıyırsızmı? Qarabağ qazisidi. Bədəni qəlpələrlə doludu. Futbolun, Azərbaycanın, millinin fanatıdı. Azərbaycan Polşaya 0:8 uduzandan sonra üstünə təcili tibbi yardım çağırıblar. Ölürmüş əməlli-başlı. İndiyədək Aslan Kərimova nifrət edir. Deyir "o rəzalətdən sonra Aslanı küçədə gülərək gəzən görmüşdüm”.  0:8, aşağılanan Azərbaycan bayrağı, gülən üz. Hacını qınamaq olmur. Görəsən, o Elnur Cəfərovu tanıyırmı? Elnur müharibəsiz şəraitdə, beşulduzlu otellərdə, kef-damaqda gəzən, ən əsası 21-ci əsrdə Almaniyaya 0:7 uduzan millinin əsas üzvüdür. Oyun bitəndən bir gün sonra yeni "inomarka”sının şəklini paylaşıb. Özü ağılda komanda yoldaşları da gülüş, ürək, aşk mesajları veriblər. 

Milli 0:7 hesabıyla bayraq günündə uduzmuşdu. O bayraq ki, Alban kilsəsində asılmışdı. O bayraq ki, Murovdağda, Hacının yaralarının üzərində var. Hə, bir də "inomarkalı”, gülüşcüklərlə dolu dostları olan, keçmiş "xəzər lənkəran”lı Elnur Cəfərovun geydiyi, əzilən milli formada. 

Elnur Cəfərovları tanıyırsızmı?  

Rekord.az


 
tarix: 14-11-2017 00:22


 
Xəbər lenti
20.11.2017

21:50   Super Liqa klubunda cari mövsümdə ikinci istefa

21:35   “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı

21:17   Metro da gücləndirilmiş iş rejimində olacaq – “Qarabağ”ın oyununa görə

20:45   Hakim səhvləri "Neftçi"nin prezidentini dilə gətirdi

20:38   “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı

20:18   İlham Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

19:35   Dəyişin ki, futbol da dəyişsin!

18:52   İlham Əliyev FİFA prezidentini qəbul etdi - FOTOLAR

18:25   Birinci Divizionda 10-cu turun hakim təyinatları

18:05   “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir

17:50   Qurban Qurbanovun yubiley matçı

17:26   Öncə Qurbanov, sonra Konte

17:15   “Çelsi”nin kapitanı: “Qarabağ”la oyunda bizə qələbə lazımdı”

17:00   Federasiya prezidenti istefa verdi

16:48   Premyer Liqa klubu baş məşqçisini qovdu

16:24   Təxirə salınmış matçın vaxtı açıqlandı

16:01   İlk dəfə ölkə çempionu oldular

15:36   İtaliya millisinin baş məşqçi postuna 5 namizəd

15:25   Konte: “Qarabağ”la oyun mövsümün ən vacib matçıdı”

15:12   İtaliya klubu MY-nin “ləkə”sini təmzilədi

15:01   “Sumqayıt” 3, “Kəpəz” 2 futbolçusunu itirdi

14:53   Yığmamız qələbə ilə başladı

14:28   “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı

13:31   Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”

13:20   UEFA-dan altı klubumuza 71 min avro

13:17   “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu

13:14   “Çelsi” ilə oyunu canlı izləyəcək azarkeşlərə şad xəbər

12:50   Topaz Premyer Liqasında rekord təkrarlandı

12:31   Cari mövsümdə 100-cü qol

12:17   “Keşlə”nin tarixində yeni antirekord

11:57   Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda

11:40   FIFA prezidenti Bakıya gəlir

11:27   “eTopaz”da günün canlı oyunları

11:08   “TOPAZ”DA BU GÜN

10:49   Millimiz Gürcüstana qalib gəldi

10:00   90 dəqiqə və 1 xal

09:45   Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü

09:27   Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu

09:21   Elmir Vəliyev üçün zəruri qeydlər

09:12   Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu

09:01   Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu

08:55   Tərlan Əhmədovun gücənməsi

02:16   “Yuventus” uduzdu, “İnter” qalib gəldi - VİDEOLAR

02:02   Son gündə 3 oyun, 3 heç-heçə - VİDEOLAR

01:46   “Valensiya”dan növbəti qələbə - VİDEOLAR

00:45   Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi

00:28   Dadaşov dubl etdi, komandası qalib gəldi

19.11.2017

23:56  “Fənərbaxça” darmadağına sevindi - VİDEO

23:41  Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi

23:11  “Şalke” 3, “Verder” 4 cavabsız qolla qalib gəldi - VİDEOLAR

23:00  Ruslan Qurbanov: “Bunun günahkarı mən deyiləm”

22:47  “Uotford” “Vest Hem”i məğlub yola saldı - VİDEO

21:57  “Ximnastik” İsrafilovsuz qələbə qazandı

20:50  Nazarovla Eratın dueli baş tutmadı

20:20  Mərkəzi oyunda 5 qol - VİDEO

20:08  “Neftçi” “Qəbələ”yə belə uduzdu - FOTOLAR

19:43  Tərlan Əhmədov: “O, 99 faiz komandadan gedəcək”

19:24  Roman Qriqorçuk: “Onun əvəzlənməsi cəzalanması ilə bağlı deyil”

18:53  “Qəbələ”dən “Neftçi” üzərində əzmkar qələbə

18:14  “Səbail” “Kəpəz”i səfərdə darmadağın etdi

15:48  “Kəpəz” rəsmən açıqladı: Baş məşqçi ilə bağlı qərar sabah veriləcək

14:46  “Kəpəz”də qərar günü

13:28  “Neftçi”nin fanşopunda yeni məhsullar

12:32  500-cü qələbəyə sevindi, tarixə düşdü

11:14  Xaliq Mərdanov da istefa verdi 

10:05  "Neftçi" ilə "Qəbələ"nin 41-ci dueli

09:07  Elvinlə Dmitri oynadı, “Karabakh” uduzdu

02:05  “Milan”la “Latsio” səfərdən məğlub qayıtdı - VİDEOLAR

01:57  “Real” büdrədi, “Barsa” xal fərqini artırdı - VİDEOLAR

01:43  “Qarabağ”ın rəqibi “Real” ilə bərabərə qaldı - VİDEO

01:09  PSJ 3 xalı yenə darmadağınla qazandı - VİDEO

00:35  “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az