(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Hər şey “Qarabağ” üçün?!

Hər şey “Qarabağ” üçün?!

Ramin Musayevə sual versən, vətənpərvərlik damarlarında qan axınının sürəti şiddətlənəcək. Elə əsib-sovuracaq ki, sanki biz hər həftə erməni kilsəsinə gedirik.
 
Ona görə də heç səbəbini soruşmuruq. Nə cavab verəcəyi onsuz da bəllidi: “Ölkəmizin imici, “Qarabağ”ın avrokuboklarda uğurlu çıxışı naminə bu güzəştə gedirik. Qoy, məni söysünlər, qınasınlar, lakin futbolumuzun uğuru naminə belə etməliydik”.
 
***
 
Bakı Olimpiya Stadionu ilk dəfə olaraq Topaz Premyer Liqasının oyununu qəbul edəcək. “Qarabağ” çempionatın 12-ci turu çərçivəsində “Sumqayıt”la ölkənin ən böyük arenasında qarşılaşacaq. Buna səbəb "Qarabağ"ın Çempionlar Liqasında “Çelsi” ilə oyun öncəsində bu arenada oynamaq istəyi olub (xahişi yox ha, istəyi!).
 
***
 
Vəssalam. “Qarabağ” istədi, könlündən növbəti eksperiment keçdi, Peşəkar Futbol Liqası da “baş üstə” deyib, razılaşdı. Bu qədər sadə, bu qədər bəsit. Halbuki PFL prezidenti yumruğunu masaya vurub, “olmaz” deməliydi.
 
Prinsip etibarilə “Qarabağ”ın “Sumqayıt”ı hansı stadionda qəbul etməsinin fərqi yoxdu. Bu matç Mərdəkanda da keçirilsə, ağdamlılar favoritdi, nə bilim hansısa “Arena”da da. İş ondadı ki, “Qarabağ” rəqiblərindən o qədər üstün, o qədər imtiyazlıdı ki, istədiyi havanı sifariş edir, PFL də ona oynayır. Kimsə də bu kluba “gözün üstə qaşın var” demir.
 
“Kəpəz” bir dövrəni bütünlüklə səfərdə keçiribsə, “Səbail” hələ də Bayıl üzü görməyibsə, “Qarabağ”a edilən güzəşt başadüşüləndi. Amma klub 3 stadonun real sahibidisə, rəqiblərini istədiyi yerə apara biləcək qədər bərkgedən olmamalıdı. Bu işdə bir nizam-intizam, bir qayda olmalıdı.
 
***
 
“Qarabağ” bu mövsüm “Azərsun Arena”da və Respublika stadionunda rəqib qəbul edib. İndi isə 3-cü stadionda meydan sahibi olacaq. Yox, Əsasnaməyə zidd deyil. Əvvəlki mövsümlərdə bir komandanın uzağı 2 ev stadionu seçməsi ilə bağlı qayda var idi. PFL özbaşnalıqların qarşısını ala bilmədiyini görərək bu ildən həmin bəndi Əsasnaməsindən çıxarıb. Problemi fərqli yolla həll ediblər – komandalara gücləri çatmadığından, qaydalara korrektə ediblər.
 
***
 
İstənilən halda, bu, həvəskar yanaşmadı. PFL nədənsə “Qarabağ”a münasibətdə hökmlü davrana bilmir. Ağdam klubu da kef sahibidi, necə istəyir, futbol qurumuna o cür də qərar çıxartdırır. Bilirlər ki, futbol təsərrüfatındakıların bütün zibillərini Çempionlar Liqasının qrupuna vəsiqə qazanmaqla örtüblər. Ona görədə diqtəedənə, göstərişverənə çevriliblər. AFFA, PFL gözükölgəli olduğundan hər xahişə əmr alıbmış kimi müntəzirdi.
 
“Qarabağ” bu addımlarıyla təkcə AFFA-nı, PFL-i pis vəziyyətdə qoymur, rəqiblərinə, eyni zamanda azarkeşlərinə qarşı hörmətsiz davranır. “Çelsi”  ilə oyun vacibdi, amma peşəkar olmaq, rəqiblərə hörmət etmək, müəyyən dəyərlər formalaşşdırmaq, onları qorumaq daha vacibdi.
 
CAVAD

 
tarix: 14-11-2017 08:54


 
Xəbər lenti
20.11.2017

21:50   Super Liqa klubunda cari mövsümdə ikinci istefa

21:35   “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı

21:17   Metro da gücləndirilmiş iş rejimində olacaq – “Qarabağ”ın oyununa görə

20:45   Hakim səhvləri "Neftçi"nin prezidentini dilə gətirdi

20:38   “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı

20:18   İlham Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

19:35   Dəyişin ki, futbol da dəyişsin!

18:52   İlham Əliyev FİFA prezidentini qəbul etdi - FOTOLAR

18:25   Birinci Divizionda 10-cu turun hakim təyinatları

18:05   “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir

17:50   Qurban Qurbanovun yubiley matçı

17:26   Öncə Qurbanov, sonra Konte

17:15   “Çelsi”nin kapitanı: “Qarabağ”la oyunda bizə qələbə lazımdı”

17:00   Federasiya prezidenti istefa verdi

16:48   Premyer Liqa klubu baş məşqçisini qovdu

16:24   Təxirə salınmış matçın vaxtı açıqlandı

16:01   İlk dəfə ölkə çempionu oldular

15:36   İtaliya millisinin baş məşqçi postuna 5 namizəd

15:25   Konte: “Qarabağ”la oyun mövsümün ən vacib matçıdı”

15:12   İtaliya klubu MY-nin “ləkə”sini təmzilədi

15:01   “Sumqayıt” 3, “Kəpəz” 2 futbolçusunu itirdi

14:53   Yığmamız qələbə ilə başladı

14:28   “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı

13:31   Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”

13:20   UEFA-dan altı klubumuza 71 min avro

13:17   “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu

13:14   “Çelsi” ilə oyunu canlı izləyəcək azarkeşlərə şad xəbər

12:50   Topaz Premyer Liqasında rekord təkrarlandı

12:31   Cari mövsümdə 100-cü qol

12:17   “Keşlə”nin tarixində yeni antirekord

11:57   Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda

11:40   FIFA prezidenti Bakıya gəlir

11:27   “eTopaz”da günün canlı oyunları

11:08   “TOPAZ”DA BU GÜN

10:49   Millimiz Gürcüstana qalib gəldi

10:00   90 dəqiqə və 1 xal

09:45   Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü

09:27   Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu

09:21   Elmir Vəliyev üçün zəruri qeydlər

09:12   Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu

09:01   Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu

08:55   Tərlan Əhmədovun gücənməsi

02:16   “Yuventus” uduzdu, “İnter” qalib gəldi - VİDEOLAR

02:02   Son gündə 3 oyun, 3 heç-heçə - VİDEOLAR

01:46   “Valensiya”dan növbəti qələbə - VİDEOLAR

00:45   Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi

00:28   Dadaşov dubl etdi, komandası qalib gəldi

19.11.2017

23:56  “Fənərbaxça” darmadağına sevindi - VİDEO

23:41  Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi

23:11  “Şalke” 3, “Verder” 4 cavabsız qolla qalib gəldi - VİDEOLAR

23:00  Ruslan Qurbanov: “Bunun günahkarı mən deyiləm”

22:47  “Uotford” “Vest Hem”i məğlub yola saldı - VİDEO

21:57  “Ximnastik” İsrafilovsuz qələbə qazandı

20:50  Nazarovla Eratın dueli baş tutmadı

20:20  Mərkəzi oyunda 5 qol - VİDEO

20:08  “Neftçi” “Qəbələ”yə belə uduzdu - FOTOLAR

19:43  Tərlan Əhmədov: “O, 99 faiz komandadan gedəcək”

19:24  Roman Qriqorçuk: “Onun əvəzlənməsi cəzalanması ilə bağlı deyil”

18:53  “Qəbələ”dən “Neftçi” üzərində əzmkar qələbə

18:14  “Səbail” “Kəpəz”i səfərdə darmadağın etdi

15:48  “Kəpəz” rəsmən açıqladı: Baş məşqçi ilə bağlı qərar sabah veriləcək

14:46  “Kəpəz”də qərar günü

13:28  “Neftçi”nin fanşopunda yeni məhsullar

12:32  500-cü qələbəyə sevindi, tarixə düşdü

11:14  Xaliq Mərdanov da istefa verdi 

10:05  "Neftçi" ilə "Qəbələ"nin 41-ci dueli

09:07  Elvinlə Dmitri oynadı, “Karabakh” uduzdu

02:05  “Milan”la “Latsio” səfərdən məğlub qayıtdı - VİDEOLAR

01:57  “Real” büdrədi, “Barsa” xal fərqini artırdı - VİDEOLAR

01:43  “Qarabağ”ın rəqibi “Real” ilə bərabərə qaldı - VİDEO

01:09  PSJ 3 xalı yenə darmadağınla qazandı - VİDEO

00:35  “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az