(+994) 050 678 37 80
(+994) 070 534 65 52

qaynar xətt

Tahir Süleymanov
Bakı Olimpiya Stadionu 61-ci oldu

Bakı Olimpiya Stadionu 61-ci oldu

Topaz Premyer Liqasının 12-ci turu Azərbaycan futbolunda ilklə əlamətdar olacaq. 

Futbolinfo.az xəbər verir ki, ölkənin ən böyük idman qurğusu olan Bakı Olimpiya Stadionu ilk dəfə çempionat matçını qəbul edəcək.

“Qarabağ”ın “Sumqayıt”la ev matçının keçiriləcəyi məkan inşa olunduğu vaxtdan indiyədək yalnız beynəlxalq matçlar zamanı istifadə edilib. AÇ-2016 və DÇ-2018-in seçmə matçları, İslam Həmrəyliyi Oyunları və Çempionlar Liqasına qucaq açan arenanın köməkçi meydançası yoldaşlıq görüşlərinə də məkan olub.

Amma Premyer Liqanın bu məkanda debütü yalnız noyabrın 17-də gerçəkləşəcək. Bununla, Bakı Olimpiya Stadionu Azərbaycan çempionatları tarixinə 61-ci məkan kimi düşəcək.

Belə ki, indiyədək 60 stadionda yüksək liqa görüşləri keçirilib. Bunlardan 21-i Bakı arenalarıdı. Yeni stadion da bu siyahıya paytaxtın 22-ci nöqtəsi kimi düşəcək.

Bakı Olimpiya Stadionu həm də çempionatlar tarixinə ən böyük arena kimi düşəcək. 68 min 700 tamaşaçı tutan arena Tofiq Bəhramov adına Respublika stadionunu zirvədən salacaq. Tamaşaçı tutumu dəfələrlə aparılan yenidənqurma işlərindən sonra hər dəfə dəyişən arena müxtəlif illərdə fərqli sayda azarkeş qəbul etmək iqtidarında olub. Lakin bu rəqəmlər də Bakı Olimpiya Stadionu ilə müqayisədə iki dəfədən də çox azdı. (Apasport)


 
tarix: 14-11-2017 13:01


 
Xəbər lenti
15.12.2018

09:00   “Zirə” “Səbail”ə “Neftçi” “Sumqayıt”a qarşı - YENİLƏNİR

02:15   “Selta” “Leqanes”lə “sülh bağladı”

01:47   “Volfsburq”dan “Nürnberq” üzərində inamlı qələbə

00:37   “Bursaspor”la "Göztəpə"dən heç-heçə

00:04   Avroliqada son turun ən yaxşı oyunçusu

14.12.2018

23:44  Halldorsson Londonda meydana çıxmasa da…

23:17  “Buranın havasını daha çox bəyəndim” - “Neftçi”nin yeni transferi

22:30  Rəşadın erməniyə hücumu - VİDEO

19:48  Avroliqanın finalı ilə bağlı daha bir görüş

18:34  “Neftçi” “Sumqayıt”la ilk oyuna hazırlığı başa çatdı

18:10  Qara Qarayev: “Azarkeşlərdən bayrağı aldım və yuxarı qaldırdım”

17:56  “Keşlə”nin qış hazırlıq planı məlum oldu

17:11  42 yaşlı rekordçu

16:40  ÇL-də həftənin ən yaxşı məlum oldu

16:00  “Neftçi” - “Sumqayıt” matçının biletləri satışda

15:23  “Sabah” da Türkiyəyə gedir

15:11  Moskva “Spartak”ından antirekord

14:57  Azərbaycan mətbuatı seçimini etdi: Qurban Qurbanov!

14:19  Avroliqada son turun rəmzi komandası açıqlandı

13:57  “Zenit” 5 il idi belə aqibətlə üzləşmirdi

13:16  Sampaoli Braziliya klubunda!

12:42  “Fənərbaxça”da yeni baş məşqçi - RƏSMİ

12:17  Avroliqada son turun ən yaxşı oyunçusu adına 4 namizəd

12:07  Edvinas: “Qarabağ”dan revanş almaq istəyirik” 

11:35  "Topaz": "Göztəpə" heç-heçə oynayacaqmı?

11:03  Azərbaycan kuboku: Cavab oyunlarının vaxtı açıqlandı

10:34  Azərbaycan yerində saydı - UEFA reytinqi

10:00  “eTopaz”da günün canlı oyunları

09:33  Avropa Liqasında 1/16 finalın bütün iştirakçıları

03:10  Qurban Qurbanov: “Daha yaxşı nəticələr qazana bilərdik”

02:55  “Qarabağ”ın oyununda erməni təxribatı - FOTO

02:20  Avropa Liqasında qrup mərhələsinə yekun vuruldu

01:54  “Qarabağ” “Arsenal”la yenə bacarmadı

01:29  Almeydalı “Astana” Avroliqa ilə vidalaşdı

01:14  “Qəbələ”nin “Sabah”la 3-cü dueli

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az