(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
Samir Ələkbərov: “Vaxtında bilsəydim, onu bazadan qovardım”

Samir Ələkbərov: “Vaxtında bilsəydim, onu bazadan qovardım”

21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində evdə Kosovo ilə qolsuz bərabərə qalan Azərbaycan yığmasının baş məşqçisi Samir Ələkbərov oyunsonrası mətbuat konfransında matçla bağlı fikirlərini bölüşüb. Futbolinfo.az xəbər verir ki, Ələkbərov birbaşa sualları cavablandırıb. 

- Epizodların birində rəqibin baş məşqçisinə sərt reaksiya verdiniz. Bununla bağlı nə deyə bilərsiz?
- Hamınız məni səmimi insan kimi tanıyırsız. 3 aydı ki, anadan əmdiyim südü burnumdan gətirirlər. Hamınız boksa baxırsız. Ardıcıl 2 matçda noqdauna düşdük. Ondan sonra ayılmaq istəyirdim. Bu gün nəsə emosional reaksiya verdimsə, üzr istəyirəm. Rəqibin baş məşqçisi hər şeyə etiraz verirdi. Halbuki həmin epizodda qayda pozuntusu yox idi. Hər şey meydanda qaldı. Oyundan sonra da görüşdük. 

- Elnur Cəfərov Almaniya ilə matçdan sonra bahalı avtomobillə fotosunu paylaşdı. Bu gün isə sosial şəbəkədə azarkeşi söhbətə çağırıb...
- Mənim bundan xəbərim olmayıb. İnternetdən istifadə etməmişəm. Almaniya ilə oyundan sonra necə otağa girmişəmsə, bu gün otaqdan çıxmışam. Elnur və bəzi oyunçular bundan öncə İslam Həmrəyliyi Oyunlarında da lotuluq etmək istəmişdilər. Sonra isə hərəkətlərinə görə üzr istəmişdilər. 

- Elnur Cəfərov son hərəkətinə görə cəzalanacaqmı?
- Mütləq. Təkcə biz yox, klubu da onu cəzalandırmalıdı. Vaxtında bilsəydim, onu bazadan qovardım. 

- Baş məşqçi kimi işinizi davam etdirməyi istəyirsizmi?
- Bütün məşqçilərimizə mənim kimi köməkçi olmağı arzulayıram. Mən buraya 3 oyunluq gəlmişdim. Böyükağa Hacıyevdən üzr istəyirəm. Amma nəyə görə belə etdiyimi demək istəmirəm. Özündən soruşarsınız, deyər. Almaniyada məni harada tuturdusa, deyirdi ki, qulaq as. Üzr istəyirəm ki, ona qulaq asmadım. Sağ olsunlar ki, iki məğlubiyyətdən sonra mənə millini üçüncü oyuna çıxarmağa imkan yaratdılar. 

- Cərimə zərbələrindən komandanız çox pis istifadə edirdi. Bunu nə ilə izah edərdiniz?
- Mən nə qədər tapşırsam da, komanda meydanda öz bildiyini edirdi. Qərarı futbolçular verirdi. Tapşırıq verəndə təsdiq işarəsi göstərsələr də, yenə öz bildiklərini edirdilər. Rusca da, azərbaycanca da deyirdim, yenə xeyri olmurdu. Belə şeylərin üzərində işləmək üçün vaxt lazımdı. (Komanda.az)


 
tarix: 14-11-2017 20:31


 
Xəbər lenti
21.01.2018

02:37   “Nant” “Bordo”ya doğma meydanda uduzdu - VİDEO

01:55   “Atletiko” ev oyununda xal itirdi, “Valensiya” uduzdu - VİDEOLAR

01:44   “Bayer” darmadağınla 2-ci pillədə - VİDEOLAR

01:19   MY və “Çelsi” səfərdə, MS və “Arsenal” evdə qalib gəldi - VİDEOLAR

01:00   Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

00:33   Budaq Nəsirov oynamadı, komandası xal itirdi

20.01.2018

23:16  Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO

23:05  “Fənərbaxça”dan çətin qələbə

22:07  “Qalatasaray”da yeni prezident

21:22  Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”

21:12  Dadaşov qol vurdu, komandası qalib gəldi

20:19  “Qarabağ” Polşa klubu ilə də bərabərə qaldı - VİDEO

19:43  “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi

19:21  “Qarabağ”ın oyunundan öncə şəhidlərimiz yad edildi

19:14  Elşad Əhmədov: “İstəyirdim ki, hamı bu yükü hiss etsin”

18:55  “Xəzər” Almaniya klubu ilə bacarmadı

17:24  “Səbail” də Antalyaya getdi

16:45  Dəniz Yılmaza debüt şansı verilmədi

16:05  “Neftçi”nin legioneri baxışda olduğu klubu bəyənmədi

15:49  Avropa çempionatı CBC Sport-da

15:20  “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO

13:33  “Azərbaycan millisindən bəzi futbolçuları tanıyıram”

13:08  Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”

12:37  Antalyada 20 Yanvar şəhidləri anıldı - FOTO

11:56  Gizlənən Lippert, üstündən xətt çəkilən Kökçü

11:27  “Qəbələ” 1 ayda milli komandalara 25 yetirməsini göndərdi

11:15  Qanlı 20 Yanvardan 28 il ötür

11:00  “eTopaz”da günün canlı oyunları

10:26  Premyer Liqa klubu rekordluq transfer etdi - FOTO

10:00  “TOPAZ”DA BU GÜN

09:06  Prandelli qovuldu

02:35  Pele xəstəxanaya yerləşdirildi

02:04  Hərəyə 2 qol, 1 xal - VİDEO

01:54  Marsel “Olimpik”indən inamlı qələbə - VİDEO

01:45  “Borussiya” yenə xal itirdi - VİDEO

01:32  Super Liqada ikinci dövrə 5 qolla başladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az