(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Aydın Bağırov
“Neftçi” fanatlarından bəyanat: “Onu komandadan qovun”

“Neftçi” fanatlarından bəyanat: “Onu komandadan qovun”

Futbol üzrə Azərbaycanın U-21 yığmasının və “Neftçi”nin yarımmüdafiəçisi Elnur Cəfərovun son günlərdəki qalmaqala səbəb olan hərəkətləri azarkeşləri də özündən çıxarıb.

Futbolinfo.az xəbər verir ki, Almaniyaya 0:7 hesablı məğlubiyyətin ardından aldığı bahalı avtomobilini sosial şəbəkədə nümayiş etdirən futbolçu bu gün də bir azarkeşin tənqidinə təhqirlərlə cavab verdi, hətta onu söhbətə çağırdı. Bütün bunlar milli azarkeşləri ilə yanaşı, “Neftçi” fanatlarının da səbr “kasasını daşırıb”. Belə ki, “Forza Neftçi” azarkeş qrupu bəyanat yayaraq, klub rəhbərliyinin Cəfərovu komandadan qovmağı tələb edib:

“Forza Neftçi” olaraq klub rəhbərliyindən tələb edirik ki, Elnur Cəfərov komandadan qovulsun. Çıxıb üzr istəsə belə, komandamız 10 nəfərlə qalsa belə, biz onu “Neftçi”də görmək istəmirik. Əks halda, istər “Bakcell Arena”nı, istərsə də rəqib meydanını onun üçün cəhənnəmə çevirəcəyik!

Hörmətsiz Elnur Cəfərov, bu müraciətimiz sənədi. İstənilən bir insanı yüksəldən də, onu qəhrəman edən də, xalq artisti edən də, varlı, məşhur edən də, adam edib hörmətə mindirən də, bir sözlə, sevdirən də, nifrət etdirən də onun izləyicisi, tamaşaçısı olur, yəni XALQ! O xalq heç vaxt yanılmır, öz tərəzisində hər kəsə layiq olan rəqəmi göstərir. Bu rəqəm isə onsuz da səndə Almaniya (0:7) ilə oyundan sonra sıfıra yaxınlaşmışdı. İndi isə mənfiyə düşmüsən artıq. Sənə azarkeşin nə demək olduğunu futbol məktəbində öyrətməli idilər. Bəlkə də öyrədiblər, amma sən həmin dərsdə bahalı maşın, pul, şan-şöhrət, gələcəkdə böyüyüb necə “oğlan yandırmaq” xəyallarına dalmışdın. Təəssüf ki, bu dərsin məzmununu sənə “Forza” keçəcək. 

1-ci tapşırığımız odu ki, bizim haqqımızda məlumat al, hansı klubda oynadığını, hansı qrupla üz-üzə durduğunu bir də düşün. Azarkeşin nə olduğunu müəyyən qədər bilmiş olacaqsan. “Forza Neftçi” olaraq istənilən klubun azarkeşinə edilmiş hörmətsizliyin qarşılığında heç vaxt susmayacağıq. Sən hansı yaşına, hansı əməllərinə görə belə yekə danışıb, azarkeşi təhqir edirsən?! Bəxtin onda gətirib ki, bu qədər biabırçı məğlubiyyətlərdən sonra səndən hesab istəyən azarkeşlərin qarşısında başıaşağı dayanmırsan. 

2-ci tapşırığımız praktiki olacaq. Əlbəttə ki, cürət edib Qəbələ ilə oyunda meydana çıxsan. Səni də Katalin Tiranın aqibəti gözləyir. Sənin kimi harınlayıb azarkeşi təhqir edən “futbolçu” o böyük “Neftçi” formasına yaraşmır. Bizim millətin, bizim azarkeşin xarakteri var. Odu ki, sən istər Ronaldo ol, istər Elnur. Qanacağın olmayandan sonra oynadığın oyun da özünə qalsın. 

Bəli, biz xaricdə deyilik, burdayıq. “Forza”nın məkanı hər kəsə bəllidi. Nə sözün olsa, yaza bilərsən. Oğlan yandırmaq, söndürmək, sındırmaq, hörmət, tərbiyə, paxıllıq, sevgi, kriminal və s. nə mövzuda istəsən, bu azarkeş sənə dərs keçə bilər. Bu səhvin bağışlanmayacaq”.


 
tarix: 14-11-2017 23:27


 
Xəbər lenti
21.01.2018

02:37   “Nant” “Bordo”ya doğma meydanda uduzdu - VİDEO

01:55   “Atletiko” ev oyununda xal itirdi, “Valensiya” uduzdu - VİDEOLAR

01:44   “Bayer” darmadağınla 2-ci pillədə - VİDEOLAR

01:19   MY və “Çelsi” səfərdə, MS və “Arsenal” evdə qalib gəldi - VİDEOLAR

01:00   Topaz Premyer Liqasında qış bazarlığı - YENİLƏNİR

00:33   Budaq Nəsirov oynamadı, komandası xal itirdi

20.01.2018

23:16  Araz Abdullayev oynadı, “Anortosis” 3 qola sevindi - VİDEO

23:05  “Fənərbaxça”dan çətin qələbə

22:07  “Qalatasaray”da yeni prezident

21:22  Qurban Qurbanov: “Futbolçulardan və oyundan razı qaldım”

21:12  Dadaşov qol vurdu, komandası qalib gəldi

20:19  “Qarabağ” Polşa klubu ilə də bərabərə qaldı - VİDEO

19:43  “Neftçi” Şəhidlər Xiyabanını ziyarət etdi

19:21  “Qarabağ”ın oyunundan öncə şəhidlərimiz yad edildi

19:14  Elşad Əhmədov: “İstəyirdim ki, hamı bu yükü hiss etsin”

18:55  “Xəzər” Almaniya klubu ilə bacarmadı

17:24  “Səbail” də Antalyaya getdi

16:45  Dəniz Yılmaza debüt şansı verilmədi

16:05  “Neftçi”nin legioneri baxışda olduğu klubu bəyənmədi

15:49  Avropa çempionatı CBC Sport-da

15:20  “Neftçi”dən 1 dəqiqəlik sükut - VİDEO

13:33  “Azərbaycan millisindən bəzi futbolçuları tanıyıram”

13:08  Dino Ndlovu: “Həmişə qəlbimdə qalacaqsız”

12:37  Antalyada 20 Yanvar şəhidləri anıldı - FOTO

11:56  Gizlənən Lippert, üstündən xətt çəkilən Kökçü

11:27  “Qəbələ” 1 ayda milli komandalara 25 yetirməsini göndərdi

11:15  Qanlı 20 Yanvardan 28 il ötür

11:00  “eTopaz”da günün canlı oyunları

10:26  Premyer Liqa klubu rekordluq transfer etdi - FOTO

10:00  “TOPAZ”DA BU GÜN

09:06  Prandelli qovuldu

02:35  Pele xəstəxanaya yerləşdirildi

02:04  Hərəyə 2 qol, 1 xal - VİDEO

01:54  Marsel “Olimpik”indən inamlı qələbə - VİDEO

01:45  “Borussiya” yenə xal itirdi - VİDEO

01:32  Super Liqada ikinci dövrə 5 qolla başladı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az