(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
AFFA-da münaqişə: Həvəskarlar Federasiyası Region Liqasından niyə kənarda saxlanılır?

AFFA-da münaqişə: Həvəskarlar Federasiyası Region Liqasından niyə kənarda saxlanılır?

AFFA-da yeni münaqişə ocağı yaranıb. Region Liqasının hələ start götürməməsinin, bu yarışa marağın az olmasının səbəbi də budur.
 
İş ondadır ki, Region Liqasının əsasnaməsi hazırlanarkən orada yalnız həvəskar komandaların oynayacağı qeyd olunub. Yarışın təşkili isə Həvəskarlar Federasiyasına deyil, Məşqçilər Komitəsinə, AFFA-nın Kütləvi Futbol Departamentinə, Uşaq və Gənclər üzrə Yarışlarların təşkili şöbəsinə, Regional Futbol Federasiyalarına tapşrılıb. Nonsesdi – həvəskarların yarışında Həvəskarlar Federasiyası yoxdu.
 
AFFA indi Region Liqasına komanda tapa bilmir. Problemin həlli üçün peşəkar statusu olan “Şahdağ”, “Energetik”, “Göyəzən”kimi komandaları həvəskara çevirirlər. Bu, uzun prosesdi, həmin klublar Ədliyyə Nazirliyinə müraciət edib, statusunu dəyişməlidi. Birinci diviziona yüksəlmək lazım gələndə isə yenidən peşəkar klub statusu almaq üçün növbəti dəfə müraciət etməli, qeydiyyatdan keçməli olacaqlar. AFFA mükafat fondu təşkil edib, həmin klubları şirnikləndirmək, Region Liqasına yığmaq istəyir.
 
Maraqlıdı, AFFA niyə Həvəskarlar Federasiyasını görməzdən gəlir, bu quruma güvənmir? Cavabı bilmək maraqlı olar! Assosiasiyanın mətbuat xidmətinə müraciət etmişik – bu gün dolğun cavab verəcəklərini bildiriblər.
 
O da maraqlıdı ki, Həvəskarlar Federasiyası da öz işindədi. Bu qurum artıq Bakı zonasında yeni mövsümü başladıb və 3 tur arxada qalıb. Reallıq budur ki, 2 eyni statuslu yarış nəzərdə tutulub: birini AFFA təşkil etmək istəyir, digəri isə artıq başlayıb. Həvəskarlar Federasiyasının prezidenti Kamil Rəhimov da bu yarışı öz inhisarına almaq istəyən baş katib Elxan Məmmədovdan küsüb və səlahiyyətlərinin imkan verdiyi kimi davranır. Banklardan birində filial rəhbəri olan bu şəxs ayrıca yarış keçirir.
 
Bəs, UEFA Regionlar Kubokunda bu yarışlardan hansının qalibi iştirak edəcək? Bu sualı elə Kamil Rəhimova verdik. Vaxtilə Oğuz rayonunun icra başçısı olan, indisə bankirlik edən həmsöhbətimiz qəti cavab verdi:
 
- Əlbəttə ki, bizim keçirdiyimiz yarışın qalibi. Əsasnaməmizdə də belə yazılıb və onu baş katib Elxan Məmmədov imzası ilə təsdiqləyib. Belədə başqa hansısa yarışın qalibi bu hüquqa yiyələnə bilməz.
 
- Kamil bəy, bəs, bir qurumun bayrağı altında eyni statuslu 2 yarış nəyə lazımdı?
- Bu suala Region Liqasını yaradanlar cavab verməlidi. Əlbəttə, bir yarış keçirilməlidi.
 
- Region Liqası yarananda sizinlə məsləhətləşmədilər?
- İşçi Qrupunda olan Ağasəlim Mircavadov, Vaqif Sadıqov, İsgəndər Cavadovla çox yaxşı münasibətlərimiz var. Amma AFFA-dan bizimlə maraqlanmayıblar. Deyərdilər, bəlkə elə bu yarışı ləğv edib, Region Liqasının daha yaxşı təşkilinə biz də yardım edəcəkdik. Amma istəməyiblərsə, özləri bilər. İstənilən halda, həvəskarlar arasında yarışı bizim federasiya keçirir. Həm də AFFA-nın bayrağı altında.
 
- Yəqin razılaşarsız ki, qəribə vəziyyətdi: AFFA komanda axtarır, siz isə onları gözləmədən Bakı zonasında yarışlara start vermisiz...
- Biz işimizi davam etdiririk. Hər il yarış təşkil edirik və bu il də gözləyə bilməzdik. Məsləhətləşsəydilər, bəlkə də hansısa yardımımız dəyərdi. Lakin bizi heç İşçi Qrupa salmayıblar. Deməli, məqsəd başqadı. Sakitcə işimizi görürük. Region Liqasında şərtlər başqadı, klublara diviziona vəsiqə vəd edirlər. Biz isə yalnız qalibi həvəskarlar arasında qitəmiyaslı yarışa göndəririk.
 
- Sizin yarışdan da diviziona az komanda yüksəlməyib...
- Elədi. “Qaradağ Lökbatan”, “Ağsu”, “Binə”... Onlarca belə komanda var. Amma onlar bizim yarışda təcrübə toplayandan, formalaşandan sonra peşəkar status alıblar.
 
-  Rəsmi açıqlama olmasa da, yeni liqanın təşkilatçıları sizi səviyyəli yarış keçirməməkdə, bölgələrə diqqət ayırmamaqda günahlandırır. Belə ki, yarışlar əsasən paytaxtda olur və az sayda rayon komandası mübarizəyə qoşulur.
- Mən elə deməzdim. Kifayət qədər bölgə komandamız olub. İndi də belə komandalarımız çoxdu. Region Liqası yaranandan sonra necə olacağını bilmirəm, amma bu baxımdan problemlə üzləşməmişik. Peşəkar futbolda da eyni problem var. Maliyyə çətinliyi çox şeyə təsir edir.
 
İndi AFFA-nın, Region Liqası ideyasının təşəbbüskarlarının cavabını gözləyirik. Görəsən, Həvəskarlar Federasiyası həvəskarların oynayacağı yarışda niyə təşkilatçılar sırasında yoxdu?
 
FƏRİD

 
tarix: 15-11-2017 09:00


 
Xəbər lenti
20.11.2017

21:50   Super Liqa klubunda cari mövsümdə ikinci istefa

21:35   “Araz” 3 xalı 2, “Neftçi” 6 qolla qazandı

21:17   Metro da gücləndirilmiş iş rejimində olacaq – “Qarabağ”ın oyununa görə

20:45   Hakim səhvləri "Neftçi"nin prezidentini dilə gətirdi

20:38   “Neftçi” mübahisəli hakim qərarları ilə bağlı VİDEO yaydı

20:18   İlham Əliyev: “Futbol Azərbaycanda prioritet sahələrdən biridir”

19:35   Dəyişin ki, futbol da dəyişsin!

18:52   İlham Əliyev FİFA prezidentini qəbul etdi - FOTOLAR

18:25   Birinci Divizionda 10-cu turun hakim təyinatları

18:05   “Qəbələ” rəqibləri üçün əlçatmaza çevrilir

17:50   Qurban Qurbanovun yubiley matçı

17:26   Öncə Qurbanov, sonra Konte

17:15   “Çelsi”nin kapitanı: “Qarabağ”la oyunda bizə qələbə lazımdı”

17:00   Federasiya prezidenti istefa verdi

16:48   Premyer Liqa klubu baş məşqçisini qovdu

16:24   Təxirə salınmış matçın vaxtı açıqlandı

16:01   İlk dəfə ölkə çempionu oldular

15:36   İtaliya millisinin baş məşqçi postuna 5 namizəd

15:25   Konte: “Qarabağ”la oyun mövsümün ən vacib matçıdı”

15:12   İtaliya klubu MY-nin “ləkə”sini təmzilədi

15:01   “Sumqayıt” 3, “Kəpəz” 2 futbolçusunu itirdi

14:53   Yığmamız qələbə ilə başladı

14:28   “Qarabağ” – “Çelsi” matçının hakimləri açıqlandı

13:31   Yunis Hüseynov: “İlk növbədə onların dəstəyi lazımdı”

13:20   UEFA-dan altı klubumuza 71 min avro

13:17   “Kəpəz”in yeni baş məşqçisi rəsmən bəlli oldu

13:14   “Çelsi” ilə oyunu canlı izləyəcək azarkeşlərə şad xəbər

12:50   Topaz Premyer Liqasında rekord təkrarlandı

12:31   Cari mövsümdə 100-cü qol

12:17   “Keşlə”nin tarixində yeni antirekord

11:57   Birinci Divizionda 10-cu turun bütün oyunları eyni saatda

11:40   FIFA prezidenti Bakıya gəlir

11:27   “eTopaz”da günün canlı oyunları

11:08   “TOPAZ”DA BU GÜN

10:49   Millimiz Gürcüstana qalib gəldi

10:00   90 dəqiqə və 1 xal

09:45   Renatla Murad oynadı, “Ayntraxt” 6 qola üzüldü

09:27   Tural oynamadı, “Pobeda” doğma meydanda uduzdu

09:21   Elmir Vəliyev üçün zəruri qeydlər

09:12   Samir oynadı, “Fakel” biabırçı hesabla uduzdu

09:01   Kamran Ağayevsiz “Mlada Boleslav” məğlub oldu

08:55   Tərlan Əhmədovun gücənməsi

02:16   “Yuventus” uduzdu, “İnter” qalib gəldi - VİDEOLAR

02:02   Son gündə 3 oyun, 3 heç-heçə - VİDEOLAR

01:46   “Valensiya”dan növbəti qələbə - VİDEOLAR

00:45   Araz oynadı, “Anortosis” növbəti qələbəsinə sevindi

00:28   Dadaşov dubl etdi, komandası qalib gəldi

19.11.2017

23:56  “Fənərbaxça” darmadağına sevindi - VİDEO

23:41  Fərid Nəbiyev oynadı, “Slaviya” qalib gəldi

23:11  “Şalke” 3, “Verder” 4 cavabsız qolla qalib gəldi - VİDEOLAR

23:00  Ruslan Qurbanov: “Bunun günahkarı mən deyiləm”

22:47  “Uotford” “Vest Hem”i məğlub yola saldı - VİDEO

21:57  “Ximnastik” İsrafilovsuz qələbə qazandı

20:50  Nazarovla Eratın dueli baş tutmadı

20:20  Mərkəzi oyunda 5 qol - VİDEO

20:08  “Neftçi” “Qəbələ”yə belə uduzdu - FOTOLAR

19:43  Tərlan Əhmədov: “O, 99 faiz komandadan gedəcək”

19:24  Roman Qriqorçuk: “Onun əvəzlənməsi cəzalanması ilə bağlı deyil”

18:53  “Qəbələ”dən “Neftçi” üzərində əzmkar qələbə

18:14  “Səbail” “Kəpəz”i səfərdə darmadağın etdi

15:48  “Kəpəz” rəsmən açıqladı: Baş məşqçi ilə bağlı qərar sabah veriləcək

14:46  “Kəpəz”də qərar günü

13:28  “Neftçi”nin fanşopunda yeni məhsullar

12:32  500-cü qələbəyə sevindi, tarixə düşdü

11:14  Xaliq Mərdanov da istefa verdi 

10:05  "Neftçi" ilə "Qəbələ"nin 41-ci dueli

09:07  Elvinlə Dmitri oynadı, “Karabakh” uduzdu

02:05  “Milan”la “Latsio” səfərdən məğlub qayıtdı - VİDEOLAR

01:57  “Real” büdrədi, “Barsa” xal fərqini artırdı - VİDEOLAR

01:43  “Qarabağ”ın rəqibi “Real” ilə bərabərə qaldı - VİDEO

01:09  PSJ 3 xalı yenə darmadağınla qazandı - VİDEO

00:35  “Bavariya” darmadağınla qalib gəldi - VİDEOLAR

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az