(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
AFFA Həvəskarlar Federasiyasının təşkil etdiyi yarışdan narazıdı

AFFA Həvəskarlar Federasiyasının təşkil etdiyi yarışdan narazıdı

“Həvəskarlar Federasiyasının təşkil etdiyi yarış AFFA-nı qane etmir” – bu sözləri futbolinfo.az saytına açıqlamasında assosiasiyanın mətbuat xidmətinin yeni rəhbəri Firuz Abdulla deyib.
 
Qurum rəsmisi AFFA-nın təşkil etdiyi yeni yarışın – Region Liqasının təşkili ilə bağlı yaranmış söz-söhbətə aydınlıq gətirərkən belə söyləyib. Belə ki, bu federasiyanın yeni yarışın təşkilatçılığında heç bir rol oynamaması, heç bir nümayəndəsinin İşçi Qrupa daxil olmaması müəyyən narazılığa səbəb olub.
 
Region Liqası həvəskar statuslu yarış olduğundan Həvəskarlar Federasiyasının kənarda qalması birmənalı qarşılanmır. Firuz bəyin buna başqa izahı da var: “Bu yarış pilot layihədi. Həm Həvəskarlar Federasiyasının təşkil etdiyi yarış AFFA-nı qane etmir, həm də yeni yarış fərqli brendi ortaya qoymaq cəhdidi. Daha nüfuzlu, daha diqqətçəkən yarış təşkil etmək niyyətindəyik”.
 
Həvəskarlar arasında Bakı zonasının oyunları artıq start götürüb. Region Liqasında isə hazırda komandaların müəyyənləşdirilməsi prosesi gedir. Bu isə qəribə vəziyyət yaradır: “Əslində, Region Liqası daha çox region komandalarının çempionatı olmalıdı. Bu səbəbdən bölgə təmsilçilərinin çox olmasına çalışırıq və bu baxımdan ciddi irəliləyiş var. Sözügedən federasiya bu baxımdan fəal deyil”.
 
Bəs, həvəskarlar arasında beynəlxalq yarışlarda ölkəmizi hansı yarışın qalibi təmsil edəcək? Firuz bəyin buna da cavabı var: “Belə yarışlar iki ildən bir keçirilir. Hələlik Həvəskarlar Federasiyasının yarışında qalib olan avrokuboklara gedəcək. Növbəti mövsümlərdə isə Region Liqasının qalibinin bu hüquqa yiyələnməsi mümkündü. Yeni yarış pilot layihədi, uğurlu olsa, daimi çempionata çevriləcək. Hazırkı əsasnamələrə görə bu hüquq sözügüdən federasiyadadı, lakin əsasnamələr hər il yenidən təsdiqlənir, ona görə də dəyişiklik realdı”.
 
Bu açıqlama göstərir ki, Həvəskarlar Federasiyasının fəaliyyətsizliyi, kütləviliyə nail ola bilməməsi öz başlarında çatlayacaq. AFFA daha səviyyəli yarış keçirməyə qərar verib. Federasiyanın kənarda qalması isə onlara etimad limitinin tükənməsi ilə bağlıdı. Ola bilsin, tezliklə Kamil Rəhimovun rəhbəri olduğu qurumun özündə də islahatlar reallaşsın. Əldə etdiyimiz bilgiyə görə, həvəskarlar çempionatında ciddi qüsurlar - bir çox matçların keçirilmədən protokollaşdırılması halları - aşkarlanıb və onlara dəfələrlə xəbərdarlıq olunub.
 
AĞA

 
tarix: 16-11-2017 09:00


 
Xəbər lenti
15.08.2018

11:23   “Sevilya”nın futbolçusu rəsmən “Roma”da

11:00   “eTopaz”da günün canlı oyunları

10:41   Rusiya yığmasının üzvü rəsmən “Valensiya”da

10:20   “Qarabağ” Azərbaycanı irəli saldı

10:00   “TOPAZ”DA BU GÜN

09:30   Pley-off mərhələsinin bütün cütlükləri - ÇL

01:02   Riçard Almeydalı “Astana” da ÇL-dən uzaqlaşdırıldı

00:35   “Fənərbaxça” da ÇL-dən kənarda qaldı

00:09   “Qarabağ” ÇL-ə heç-heçə ilə vida etdi - VİDEO

14.08.2018

23:46  Qurban Qurbanov: “Artıq Avroliqa barədə düşünməliyik”

23:32  “Neftçi” “Qəbələ” ilə oyuna 3 itki ilə hazırlaşır

22:48  “Qarabağ” BATE səddini keçə bilmədi

20:41  Soni Mustivar “Qəbələ” ilə oyunu buraxa bilər

19:19  “Neftçi”nin futbolçusu 10 gün müalicə olunacaq

18:50  Daha bir xorvatiyalı millidən getdi

18:46  AFFA-nın ifşası: azərbaycanlı öz ölkəsində legioner kimi oynayacaq

18:25  Yığmamızdan “Qarabağ”a dəstək

18:01  Millimiz Belarusa qalib gəldi

17:55  Cerarddan “Qəbələ”nin sabiq üzvünə tərif

17:50  Tural Axundov: “Zəmanə bunu tələb edir”

17:45  Orxan Sadıqlı “Sumqayıt”a gedir

17:21  “Keşlə”də 2 imza

16:17  “Çelsi”dən “Milan”a

15:57  BATE və “Qarabağ” forma seçimini etdi

15:17  “Neftçi” Super Liqadakı ilk oyunda 9 qola üzüldü

15:07  Samuel Eto'o özünə yeni klub tapdı

14:32  “Mançester Siti”dən La Liqa klubuna

14:00  Fransa klubundan 10 milyon avroluq transfer

13:05  Millimizin oyunlarının təqvimi açıqlandı

12:53  Yeni mövsümün ilk cəzası: 1 oyunluq diskvalifikasiya, 200 manat cərimə

12:43  “Sabah” “Qaradağ Lökbatan”a qalib gəldi

12:22  La Liqada klub dəyişdi

12:00  Nurlan Novruzov Türkiyə klubunda

11:43  “Barselona”nın futbolçusu rəsmən “Leqanes”də

11:22  “Qalatasaray”dan növbəti transfer

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  “Atletiko” yeni transferlərini rəsmən təqdim etdi

10:22  “Milan” futbolçusunu icarəyə verdi

10:00  “TOPAZ”DA BU GÜN

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az