(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Qarabağ” “Sumqayıt”a azlıqda qalib gəldi

“Qarabağ” “Sumqayıt”a azlıqda qalib gəldi

Bu gün Topaz Premyer Liqasında 12-ci tura start verilib.

Futbolinfo.az xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Son çempion “Qarabağ” “Sumqayıt”la üz-üzə gəlib. Bu oyun ilklə yadda qallb. Belə ki, Bakı Olimpiya Stadionu ilk dəfə çempionat matçına ev sahibliyi edib.

Bu matç həm də Ağdam təmsilçisinin Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində baş tutacaq "Çelsi" ilə ev oyunu öncəsi son sınağı idi. Qarşılaşma məhz buna görə Olimpiya stadionunda keçirilib. Belə ki, "zadəganlar"la oyuna yaxşı hazırlaşmaq istəyən "köhlən atlar" çempionatdakı ev oyununu məhz həmin matçın keçiriləcəyi arenaya salıb. 

Görüş meydan sahibləri üçün yaxşı başlamayıb. İlk yarım saatın tamamında qapıçı İbrahim Şehiç Ağdam təmsilçisini azlıqda qoyub. Amma bundan cəmi bir neçə dəqiqə sonra hesabı açan "Qarabağ" fasilədən sonra daha bir qol vurmaqla inamlı qələbəyə sevinib.

Topaz Premyer Liqası
12-ci tur

17 noyabr

“Qarabağ” - “Sumqayıt” 2:0
Qol: R.Almeyda, 41. D.Ndlovu, 65.
Qırmızı vərəqə: İ.Şehiç, 31.
Hakimlər: İnqilab Məmmədov, Vaqif Musayev, Cəmil Quliyev, Ömər Paşayev.
Bakı Olimpiya Stadionu.

“Qarabağ”: 13. İbrahim Şehiç, 2. Qara Qarayev, 5. Maksim Medvedev (k), 8. Markos Madera, 9. Dino Ndlovu, 11. Mahir Mədətov, 20. Riçard Almeyda, 25. Ansi Aqolli, 32. Elvin Yunuszadə, 52. Yakub Jezniçak, 99. Dani Kintana.
Ehtiyat oyunçular: 1. Anton Kanibolotski, 12. Şahruddin Məhəmmədəliyev, 7. Rahid Əmirquliyev, 10. Pedro Enrike, 19. Famil Camalov, 21. Arif Daşdəmirov, 22. Əfran İsmayılov, 30. Abbas Hüseynov, 44. Ağabala Ramazanov, 77. Donald Gerye, 90. Ramil Şeydayev, 91. Coşqun Diniyev.
Baş məşqçi: Qurban Qurbanov. 
“Sumqayıt”: 1. Fərhad Vəliyev, 2. Rail Məlikov, 3. Vurğun Hüseynov (k), 5. Vüqar Bəybalayev, 9. Amil Yunanov, 10. Cavid İmamverdiyev, 14. Bəxtiyar Həsənalızadə, 18. Tural Axundov, 19. Azər Salahlı, 32. Rəşad Eyubov, 97. Xəyal Nəcəfov.
Ehtiyat oyunçular: 23. Mehdi Cənnətov, 6. Kamal Mirzəyev, 13. Bəhlul Mustafazadə, 17. Fərid Kərimzadə, 39. Tural Bayramlı, 71. Ramazan Həsənov, 90. Ramil Həsənov.
Baş məşqçi: Samir Abasov.

Turun digər oyunları: 18 noyabr (“Keşlə” – “Zirə”, “Kəpəz” – “Səbail”). 19 noyabr (“Neftçi” – “Qəbələ”).


 
tarix: 17-11-2017 20:31


 
Xəbər lenti
17.12.2017

11:57   “TOPAZ”DA BU GÜN

11:38   “Araz”dan inamlı qələbə

10:06   Araz Abdullayevdən qol ötürməsi - VİDEO

02:19   “Valensiya” uduzdu, “Atletiko” qalib gəldi - VİDEOLAR

02:11   “İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi - VİDEOLAR

01:44   PSJ 3 xalı 4 qolla qazandı - VİDEO

01:26   “Borussiya” və “Bavariya”dan çətin qələbə - VİDEOLAR

00:52   MS “Tottenhem”i böyük hesabla yendi, “Çelsi” və “Arsenal” qalib gəldi - VİDEOLAR

00:30   “Trabzonspor” tək qolla güldü

16.12.2017

23:27  “Real” dünya çempionu oldu - VİDEO

22:55  Dəniz Yılmaz “Bursaspor”a lazım olmadı

21:27  Yunis Hüseynov istədi, “Kəpəz”də yeni məşqçi təyinatları gerçəkləşdi

20:56  Nəsirov ehtiyatda qaldı, komandası qalib gəldi

19:53  Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi

18:00  Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37  “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36  Fransa klubu baş məşqçisini qovdu

15:28  FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36  “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59  “Qəbələ”də yeni müqavilə

13:42  “Kəpəz”də baş məşqçi istefaları

13:39  “Neftçi” legioneri ilə yolları ayırdı

13:16  Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02  Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01  BOM-da təqdimat - FOTOLAR

11:46  “eTopaz”da günün canlı oyunları

11:22  “TOPAZ”DA BU GÜN

11:08  Nazim Süleymanov yenidən “Alaniya”da

10:05  Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08  “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56  La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30  “Borussiya”dan inamlı qələbə - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az