(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
“Neftçi”nin baş məşqçisi: “Çempionata hazır deyildik”

“Neftçi”nin baş məşqçisi: “Çempionata hazır deyildik”

Futzal üzrə Yüksək Liqanın birinci dövrəsinin son oyununda “Marafon Futsal” üzərində qələbə qazanan “Neftçi”nin baş məşqçisi İlqar Aslanov Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətinə müsahibə verib.

Futbolinfo.az həmin müsahibəni təqdim edir:

- Son iki oyunda turnir cədvəlinin zirvəsində qərarlaşan komandalara qarşı oynadız və 4 xal qazandız. Xüsusilə də, “Marafon Futsal”la oyunun bu qədər gərgin keçəcəyinə hazır idiniz? 
- Onların bu cür oynayacaqlarını gözləyirdik. Çünki “Marafon Futsal” Yüksək Liqada “Araz”dan başqa bütün rəqiblərini udmuşdu. Bizdən 5 xal artıq toplamaları oyunun əhəmiyyətini bir qədər də artırmışdı. Hətta matçdan əvvəl uşaqlara dedim ki, bu görüş bizim üçün “6 xallıq” oyundu. Udsaq, fərqi bir oyunda aradan qaldırılacaq qədər azaldacaq, uduzsaq, onları çox irəli buraxmış olacağıq. Bütün bunlar gərginlik yaratmaya bilməzdi.

- EKOL-a yenilgi sanki “Neftçi”ni ayıltdı. Həmin qarşılaşmada nə baş vermişdi ki, əzəli rəqibinizə yenildiz? 
- Yayda üç əsas oyunçumuz komandanı tərk etdi. Biz də boşluğu doldurmaq üçün iranlı legionerləri dəvət etdik. Onlar da dilimizi tam bilmirlər, müəyyən sözləri anlayırlar. Bu da anlaşmada problem yaradır. Xətlərarası əlaqə də hələ zəifdi. Bu da yenə ünsiyyət qura bilməməyin nəticəsidi.

- Deməli, komandanız çempionata hazır deyildi? 
- Bəli, çempionata hazır deyildik. Çünki legionerlərimiz komandaya mövsümün startına 1 aydan da az vaxt qalmış qoşuldular. Komandada qalıb-qalmayacaqlarını bilmirdik. Bəziləri cəmi bir həftə qalmış düşərgəmizə qoşuldu. Yəni, komandanın vaxtında komplektləşməməsi təsirini göstərir.

- Əslində, “Neftçi” yenilərlə müqayisədə daha təcrübəli hesab edilir. Amma debütantlar deyəsən planları pozub? 
- “Araz” istina olmaqla, qalan komandalar bir-birindən xal ala, sürpriz nəticə qeydə alına bilər.

- Bəs ustalıq səviyyəsi? 
- Yenə “Araz”ın üzvlərini fərqləndirərdim. Millinin bazası hesab edilən bu komandadan başqa, qalanları bir-birinə yaxındı. EKOL-un da üstün cəhəti var, bu komanda neçə illərdi eyni heyətlə çıxış edir. Bu məqam meydanda bir-birini başa düşmək baxımından onlara çox kömək edir.

- “Neftçi”dəki dəyişikliklər nədən irəli gəlirdi: gedən futzalçıları saxlamaq mümükün olmadı, yoxsa özünüz yeni nəfəsə ehtiyac duydunuz? 
- Açığı, maddi durumumuz həmin oyunçuları komandada saxlamağa imkan vermədi.

- Çempionatla bağlı hədəflər, planlar necədi? 
- Mükafatlar uğrunda mübarizə aparacağıq. Amma reallıq göstərir ki, heyətimizi gücləndirməliyik. Qış fasiləsi zamanı bunun üzərində işləyəcəyik. Zəif çıxış edən futzalçını güclüsü ilə əvəzləyəcəyik.

- Bəs millinin oyunu ilə bağlı yaranacaq fasilədən necə istifadə etməyi düşünürsüz? 
- Adi qaydada məşqlərimizi davam etdirəcəyik. Səhvlərimiz üzərində işləyəcəyik. Fasilədən sonrakı oyunlara daha yaxşı hazırlaşmaq üçün maksimum istifadə edəcəyik.

- Demək olar, bütün komandaların çıxışını izləmisiniz. Yaxşı mənada xüsusi qeyd etmək istədiyiniz oyunçu və ya komanda varmı? 
- “FK.İD.Futsal” xoş təsir bağışlayır. Çünki bu komandanın heyətində Rəcəb Fərəczadə kimi təcrübəli, ustalıq səviyyəsi yüksək olan futzalçı var. O, komandasına çox kömək edir. Bizimlə oyunda da qarşılaşmanın taleyini həll edən futzalçı Rəcəb oldu.


 
tarix: 17-11-2017 12:47


 
Xəbər lenti
16.07.2018

18:30   Maksimov “Keşlə”dən getdi

17:14   “Qarabağ” - “Olimpiya”: Mətbuat konfranslarının vaxtı açıqlandı

16:38   “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

16:00   Millidə debüt etmədən dünya çempionu oldu, tarixə düşdü

15:40   A Seriyası klubundan yeni transfer - FOTO

15:25   “Qarabağ”dan abituriyentlərə jest

14:49   Danimarka yığmasının üzvü Premyer Liqa klubunda

14:35   “Çelsi”nin yetirməsi La Liqa klubunda

14:00   “Borussiya”dan Premyer Liqa klubuna

13:42   Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32   “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17   “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06   Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50   Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36   Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19   Çempiona 38 milyon dollarlıq mükafat

11:54   Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44   Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30   “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21   Mandzukiç tarixə düşdü

11:11   “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Kurtua fəxr edir

10:40   Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33   “Finalda belə penalti təyin etmirlər”

10:21   Argentina və Uruqvaya çatdı - Fransa

10:11   Yenə də “Real”ın oyunçusu…

10:00   “TOPAZ”DA BU GÜN

09:48   İspaniya millisinə xüsusi mükafat

09:37   Qrizmann harda olduğunu bilmir

09:31   Araz Abdullayev müəmması

09:27   Emin oynamadı, “Kalmar” qalib gəldi

09:21   Sampaoli qovuldu

09:12   60 ildən sonra…

09:01   Deşam tarixə keçdi

00:52   DÇ-2018-in ən yaxşıları açıqlandı

15.07.2018

23:16  DÇ-2018-in bağlanış və mükafatlandırma mərasimi - VİDEO

21:37  Finalın ən yaxşısı seçildi

21:08  Fransa - Xorvatiya 4:2 - VİDEO

20:53  DÇ-2018-in qalibi Fransa oldu

19:03  “Səbail” Qətər klubu ilə “sülh bağladı”

15:34  “Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

14:09  Premyer Liqa klubu rekord qıran transferini açıqladı - RƏSMİ

12:50  “Səbail”in Qətər klubu ilə matçının başlama saatı dəyişdi

11:55  “Real” TV-də real final

11:30  FİFA İngiltərəni də cəzalandırdı

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Abbaszadə və Dadaşov

10:31  “Zirə” qanalı futbolçuları baxışa çağırdı

10:00  “TOPAZ”DA BU GÜN

09:31  44 illik seriya qırıldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az