(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Konte: “Azərbaycanda qrupdan çıxmaq üçün oynayacağıq”

Konte: “Azərbaycanda qrupdan çıxmaq üçün oynayacağıq”

“Komanda öz üzərində çox çalışır. Qarşıdakı oyunlara hazırıq”.

Futbolinfo.az xəbər verir ki, bu sözləri “Çelsi”nin baş məşqçisi Antonio Konte deyib.

İngiltərə Premyer Liqasının XII turu çərçivəsində bu gün “Vest Bromviç”in qonağı olacaq “zadəganlar” ayın 22-də Çempionlar Liqasının qrup mərhələsində Bakıda “Qarabağ”la, noyabrın 25-də isə çempionat görüşündə səfərdə “Liverpul”la qarşılaşacaqlar.

“Stemford Bric”də mətbuat konfransı keçirən Konte yerli jurnalistlərin suallarını cavablandırıb. O, 8 gün ərzində 3 oyun keçirəcəklərinə toxunaraq, hər bir matçın "Çelsi" üçün böyük önəm kəsb etdiyini deyib: “İndiki məqamda diqqətimizi “Vest Bromviç”lə görüşə yönəltmişik. Amma təkcə bu oyun yox, 8 gün ərzində keçirəcəyimiz hər 3 matça hazırlaşmalıyıq. “Vest Bromviç”lə görüşdən sonra səfərdə “Qarabağ”la qarşılaşmalıyıq. Azərbaycandakı matçda Çempionlar Liqasının qrupundan çıxmaq, növbəti mərhələyə yüksəlmək uğrunda oynayacağıq. Ardınca isə “Liverpul”la üz-üzə gələcəyik. Odu ki, hər bir oyuna tam hazır olmalıyıq”.

Konte hazırkı məqamda Premyer Liqada onlar üçün ən güclü rəqibin “Mançester Siti” olduğunu etiraf edib: “Reallıq budu. “Mançester Siti” təkcə İngiltərədə yox, bütün dünyada hər bir komanda üçün təhlükəli rəqibdi. Onlar çox yaxşı oyun göstərirlər. “Mançester Siti”ni dayandırmağın yollarını tapmaq olduqca çətindi. Amma İngiltərədə çempionun kim olacağı ilə bağlı indidən nəsə demək olmaz. Əgər titulumuzu qorumaq istəyiriksə, xallar itirməməli, hər oyunda qələbə qazanmalıyıq”. (Apasport)


 
tarix: 18-11-2017 11:35


 
Xəbər lenti
16.07.2018

18:30   Maksimov “Keşlə”dən getdi

17:14   “Qarabağ” - “Olimpiya”: Mətbuat konfranslarının vaxtı açıqlandı

16:38   “Sumqayıt” 4 yoxlama oyunu keçirəcək

16:00   Millidə debüt etmədən dünya çempionu oldu, tarixə düşdü

15:40   A Seriyası klubundan yeni transfer - FOTO

15:25   “Qarabağ”dan abituriyentlərə jest

14:49   Danimarka yığmasının üzvü Premyer Liqa klubunda

14:35   “Çelsi”nin yetirməsi La Liqa klubunda

14:00   “Borussiya”dan Premyer Liqa klubuna

13:42   Denis Silva: “Cavab matçında sonadək döyüşəcəyik”

13:32   “Qarabağ” - “Olimpiya” matçını yayımlayacaq kanal bəlli oldu

13:17   “Qəbələ” Differdanja yola düşür: Səfər proqramı açıqlandı

13:06   Fransa çempion oldu, milli karyerasını başa vurdu

12:50   Tarixin 3-cü ən məhsuldar DÇ-si

12:36   Qoran Paratski: “Özümüzü “Sevilya” ilə oyunlarda da göstərmək istəyirik”

12:19   Çempiona 38 milyon dollarlıq mükafat

11:54   Millimizin üzvü “Astana”da debüt şansı qazandı

11:44   Millimiz beynəlxalq turnirdə iştirak edəcək

11:30   “Sumqayıt” Türkiyəyə yola düşdü

11:21   Mandzukiç tarixə düşdü

11:11   “Qələbə qazanmağımıza baxmayaraq, çatışmazlıqlar var”

11:00   “eTopaz”da günün canlı oyunları

10:47   Kurtua fəxr edir

10:40   Millimizin sabiq forvardı Latviyada dubla imza atdı

10:33   “Finalda belə penalti təyin etmirlər”

10:21   Argentina və Uruqvaya çatdı - Fransa

10:11   Yenə də “Real”ın oyunçusu…

10:00   “TOPAZ”DA BU GÜN

09:48   İspaniya millisinə xüsusi mükafat

09:37   Qrizmann harda olduğunu bilmir

09:31   Araz Abdullayev müəmması

09:27   Emin oynamadı, “Kalmar” qalib gəldi

09:21   Sampaoli qovuldu

09:12   60 ildən sonra…

09:01   Deşam tarixə keçdi

00:52   DÇ-2018-in ən yaxşıları açıqlandı

15.07.2018

23:16  DÇ-2018-in bağlanış və mükafatlandırma mərasimi - VİDEO

21:37  Finalın ən yaxşısı seçildi

21:08  Fransa - Xorvatiya 4:2 - VİDEO

20:53  DÇ-2018-in qalibi Fransa oldu

19:03  “Səbail” Qətər klubu ilə “sülh bağladı”

15:34  “Neftçi” “Uypeşt”lə cavab oyununa hazırlığı davam etdirir

14:09  Premyer Liqa klubu rekord qıran transferini açıqladı - RƏSMİ

12:50  “Səbail”in Qətər klubu ilə matçının başlama saatı dəyişdi

11:55  “Real” TV-də real final

11:30  FİFA İngiltərəni də cəzalandırdı

11:00  “eTopaz”da günün canlı oyunları

10:41  Abbaszadə və Dadaşov

10:31  “Zirə” qanalı futbolçuları baxışa çağırdı

10:00  “TOPAZ”DA BU GÜN

09:31  44 illik seriya qırıldı

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az