(+994) 050 626 86 70
(+994) 055 673 68 09
(+994) 070 534 65 52

qaynar xətt

Vüsal Mahmudov
Qurban Qurbanov: “Azərbaycan futboluna xidmət etmək borcumdu”

Qurban Qurbanov: “Azərbaycan futboluna xidmət etmək borcumdu”

Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov “BBC Azərbaycanca”ya müsahibə verib.

Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir:

- Milli komandaya yaş məşqçi seçilməyiniz məlum olanda nə hisslər keçirdiniz?
- Bunu böyük bir məsuliyyət kimi qiymətləndirirəm. Bu, hər bir məşqçinin gözlədiyi və arzu etdiyidir - ölkəsinin yığmasında rəhbər olmaq, baş məşqçi olmaq. Bilirəm ki, daha çox səy göstərib, daha çox çalışmalıyam və daha diqqətli olmalıyam.

- Artıq 10 ildən çoxdu ki, məşqçisiz və bu müddətdə Premyer Liqada və beynəlxalq çempionatlarda Azərbaycanın ən uğurlu baş məşqçisi olmusuz. Bunu nəzərə alanda, AFFA İcraiyyə Komitəsinin qərarı sizin üçün gözlənilən bir qərar idimi?
- Gözlənilən deməzdim... Dəyər verdilər, güvəndilər. İnanıb dəvət etmək, inanıb təklif etmək, bu, belə deyək, çox böyük qərardı. Mən deməzdim ki, tam düşünürdüm ki, belə qərar veriləcək. Mən belə qərarı, belə deyək də, düzgün qarşıladım, baxmayaraq ki, iki yerdə çalışacam. Bununla böyük məsuliyyət və yük düşəcək üzərimə. Mən dediyim kimi, "mütləq mənə deməli idilər, mütləq mənə təklif etməliydilər" - belə fikrim, düşüncəm yox idi. Bilirəm ki, bacarıqlı məşqçilərin sayı çoxdu, yaxşı məşqçilər var. Sonda bu qərarı qəbul etdilər, ona görə də mənim məsuliyyətli işim daha da artır.

- İki komandanı eyni vaxtı idarə etmək çətin olmayacaqmı?
- Ola bilər çətinlik olsun. Bir komandanı idarə etməyin necə çətin olduğunu bilirəm. Təbii ki, iki komandanı idarə etmək bundan da ağır olacaq. Amma Azərbaycan futbolu naminə bu addımı atmalıyıq, çətinliyə fikir verməməliyik. Bu, elə bir oyun, elə idman növüdü ki, burada çətinlik, əziyyət çəkməsən, bu işə daha çox vaxt ayırmasan, nəyəsə nail olmaq çətindi. 

- Azərbaycanda gənc futbolçuların yetişdirilməsi, kifayət qədər təcrübə qazanması və beynəlxalq arenalarda uğurlu olması üçün sizcə, nə dəyişdirilməlidi, bununla bağlı planlarınız varmı?
- Sualınıza bu gün tam cavab verə bilmərəm. Bunlar hamısı müzakirə olunmalıdı. Bu, bir günün işi deyil. Bunu inkişaf etdirməyə, yaxşılaşdırmağa çalışacağıq. Əfsuslar olsun ki, bu gün mən sizə bundan artıq məlumat verə bilməyəcəm. Məlumat verilsə belə, bu 2, 5, 10, dəqiqənin cavabı deyil. Ona görə sadəcə dediyim kimi, həddindən çox vaxt ayırmalıyam işimə.

- “Qarabağ”la əldə etdiyiniz uğurlar Azərbaycan futbolunda müqayisəsizdi. Azərbaycan futbolunun zirvəsində olduğunuz vaxtda, milliyə də rəhbərlik etmək qərarı vermək çətin idimi?
- Əlbəttə ki, qərar asan deyildi. Amma dediyim kimi, mənim borcum, boynuma düşən vəzifə Azərbaycan futboluna xidmət etməkdi. Çünki neçə illərdi bu işin içindəyəm. Uzun müddət futbol oynamışam, həyatımın əksəriyyətini bu idman növü ilə keçirmişəm. Ona görə də vəzifəm Azərbaycan futboluna xidmət etməkdi. İş baxımından bu qərar nə qədər ağır, çətin olsa da, borcumdu.


 
tarix: 18-11-2017 12:51


 
Xəbər lenti
17.12.2017

11:38   “Araz”dan inamlı qələbə

10:06   Araz Abdullayevdən qol ötürməsi - VİDEO

02:19   “Valensiya” uduzdu, “Atletiko” qalib gəldi - VİDEOLAR

02:11   “İnter” ilk məğlubiyyətini aldı, “Napoli” və “Roma” qalib gəldi - VİDEOLAR

01:44   PSJ 3 xalı 4 qolla qazandı - VİDEO

01:26   “Borussiya” və “Bavariya”dan çətin qələbə - VİDEOLAR

00:52   MS “Tottenhem”i böyük hesabla yendi, “Çelsi” və “Arsenal” qalib gəldi - VİDEOLAR

00:30   “Trabzonspor” tək qolla güldü

16.12.2017

23:27  “Real” dünya çempionu oldu - VİDEO

22:55  Dəniz Yılmaz “Bursaspor”a lazım olmadı

21:27  Yunis Hüseynov istədi, “Kəpəz”də yeni məşqçi təyinatları gerçəkləşdi

20:56  Nəsirov ehtiyatda qaldı, komandası qalib gəldi

19:53  Araz Abdullayev oynadı, “Anortosis” qalib gəldi

18:00  Nazarov yenə fərqləndi, komandası qələbəni əldən verdi

16:37  “Neftçi”nin göndərəcəyi oyunçuların siyahısı

16:36  Fransa klubu baş məşqçisini qovdu

15:28  FİFA İspaniyanı DÇ-dən qovmaqla hədələdi

14:36  “Qəbələ”nin qış hazırlıq planı açıqlandı

13:59  “Qəbələ”də yeni müqavilə

13:42  “Kəpəz”də baş məşqçi istefaları

13:39  “Neftçi” legioneri ilə yolları ayırdı

13:16  Yubiley təxirə salındı - qərarı İcraiyyə Komitəsi verəcək

13:02  Adil Şükürov Türkiyə millisi və “Traktorsazi” rəhbərliyi ilə görüşdü

12:01  BOM-da təqdimat - FOTOLAR

11:46  “eTopaz”da günün canlı oyunları

11:22  “TOPAZ”DA BU GÜN

11:08  Nazim Süleymanov yenidən “Alaniya”da

10:05  Ziya Əzizov oynamadı, komandası uduzdu

02:08  “Monako” “Sent-Etyen”i 4 cavabsız qolla yendi - VİDEO

01:56  La Liqada 16-cı tura qolsuz start - VİDEO

01:30  “Borussiya”dan inamlı qələbə - VİDEO

bütün xəbərlər >>>

Bütün hüquqlar qorunur. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. 2013 © futbolinfo.az